17 Yanvar 2025 08:30
233
SİYASƏT
A- A+
Qərbi Azərbaycana qayıdış prioritet məsələlərdəndir

Qərbi Azərbaycana qayıdış prioritet məsələlərdəndir


Ermənistan XX əsrin axırlarında Azərbaycan xalqına ən böyük zərbəsini vurdu. Qərbi Azərbaycanda bir nəfər də yerli sakin qalmadı. Silahlı ermənilər qərbi azərbaycanlılara doğma evlərində, isti ocaqlarında rahat yaşamağa imkan vermədilər, qətllər, qarətlər törətdilər, onları dədə-baba yurdlarından didərgin saldılar. Azərbaycanlıların qədim torpaqlarına iki yüz il öncə tədricən köçürülərək yerləşdirilən və sonunda həmin yerlərdə özlərinə dövlət quran ermənilər, nəhayət, məkrli niyyətlərinə çatdılar.

Ermənistanın etnik təmizləmə siyasəti səbəbindən qərbi azərbaycanlılar zəhmətlə, əziyyətlə, eyni zamanda xoş arzularla tikdikləri evlərindən ayrılmaq məcburiyyətində qaldılar. Azərbaycana pənah gətirdilər, respublikamızın müxtəlif bölgələrində yaşamalı oldular. O yerlərdə onların yalnız evləri deyil, həm də ən gözəl diləkləri, xəyalları, xatirələri qaldı. Qərbi azərbaycanlılar hazırda zorla çıxarıldıqları, qovulduqları evlərinin, yurdlarının nisgili, xiffəti ilə yaşayırlar.

Təəssüf ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına zidd olaraq açıq şəkildə Qərbi Azərbaycanda etnik təmizləmə həyata keçirən Ermənistan beynəlxalq səviyyədə cəzalanmadı. Elə buna görə daha da arxayınlaşdı, beynəlxalq hüququ tamamilə heçə sayaraq yeni cinayətlər törətdi. Azərbaycanlıların tarixinin nişanələri, mədəni irsinin dəyərli nümunələri olan abidələrini vəhşicəsinə məhv etdilər. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi, mədəni irs kütləvi şəkildə dağıdıldı, toponimlər dəyişdirildi. Bununla erməni vandallar Azərbaycan tarixi irsini Qərbi Azərbaycan torpaqlarından siləcəklərini, tarixi həqiqətləri unutduracaqlarını güman etdilər. Ancaq yaddan çıxardılar ki, heç zaman qərbi azərbaycanlıların qəlbindən, düşüncəsindən, yaddaşından yurd sevgisini çıxara bilməyəcəklər. Onlar öz yurdlarına qovuşmağa, haqq səslərini dünyaya çatdırmağa çalışacaqlar.

Qeyd edək ki, tarixi həqiqətlər o qədər aydındır ki, onları ermənilərin ört-basdır etmələri mümkün deyil. Bu yaxınlarda mətbuatda yayılan Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti ikən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bəyan edən çıxışının videoyazısı da bunu təsdiqləyir. Ermənistanın ovaxtkı prezidenti həmin ilin iyununda terrorçularla görüşlərinin birində Göyçə gölünün, Zəngəzurun, Basarkeçərin, Uluxanlının, Amasiya rayonlarının adlarını çəkərək deyib ki, bu ərazilərdə azərbaycanlılar çoxluq təşkil edirdi. O, söyləyib ki, guya bu, Ermənistanın müstəqilliyi üçün böyük təhlükə imiş. L.Ter-Petrosyan azərbaycanlıların həmin ərazilərdən məqsədli şəkildə deportasiya olunduqlarını etiraf edib. O, çıxışında Ermənistanın irqçi, etnik təmizləmə siyasəti həyata keçirdiyi, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulduğu ilə öyünüb.

Qərbi Azərbaycan İcmasının bəyanatında diqqətə çatdırıldığı kimi, hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir: "Həmçinin xatırlatmaq yerinə düşür ki, L.Ter-Petrosyan həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib".

Bu məsələ ilə əlaqədar olaraq, Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilib.

Qərbi Azərbaycana qayıdış İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra rəsmi Bakı üçün əsas prioritetlərdən biridir. Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə vurğuladığı kimi, indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün biz deyirik ki, 300 min qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır, amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur.

Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda və orada yaşaya bilmələri bütün beynəlxalq norma və prinsiplərə uyğun olan haqlı tələbdir. Prezident İlham Əliyev bildirdi ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Dövlətimizin başçısı bir faktı da nəzərə çatdırdı ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürmək lazım olmayacaq: "Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar".

Qərbi Azərbaycana qayıdış Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olaraq qalacaq. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha bəyan etdi: "Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!