03 Noyabr 2024 08:20
743
SİYASƏT
A- A+
Qərb Gürcüstanı dirijor çubuğu ilə idarə etməyə çalışır

Qərb Gürcüstanı dirijor çubuğu ilə idarə etməyə çalışır


"Oktyabrın 26-da Gürcüstanda demokratik, şəffaf və beynəlxalq standartlara uyğun parlament seçkiləri keçirildi. Seçkiləri izləyən beynəlxalq müşahidəçilərin əksəriyyətinin mövqeyi belədir. Mövqeyi fərqlənənlər isə Avropa İttifaqı, ABŞ-dən olanlardır ki, onlardan da başqa çağırışlar gəlir". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elman  Nəsirov deyib. O bildirib ki, onlar bununla seçki nəticələrinə kölgə salmağa çalışırlar. Eyni zamanda Qərbin Gürcüstanda hakimiyyətə gətirdiyi prezident Salome Zurabişvili tamamilə fərqli mövqedən çıxır edir və  birlikdə 37,8 faiz səs toplamış 4 müxalif partiyanı öz səslərindən və mandatlarından imtinaya çağırıb. Onun bu çağırışını Qərb dəstəkləyir. Onlar heç bir halda xalqın seçdiyi, 54 faizə qədər səs toplamış "Gürcü Arzusu" partiyasının qələbəsini həzm etmək istəmirlər. "Bu, gözlənilən idi, çünki bu il mayın 28-də hakim partiya xarici agentlər haqqında qanunun qəbulunda tutduğu mövqeyə görə Qərbin qəzəbinə düçar olmuşdu. ABŞ oxşar qanunu 1938-ci ildə qəbul etmişdir, buna baxmayaraq, Gürcüstana təzyiq göstərmək, hakimiyyəti asılı vəziyyətə salmaq, diktə dili ilə danışmaq üçün bu siyasəti seçmişdi. Qərb Gürcüstanın müstəqil, öz milli maraqlarından irəli gələn siyasət yürütməsini heç bir halda qəbul edə bilmir. Onların düşüncəsinə görə belə olmamalıdır", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Qərb düşünür ki, Gürcüstan hakimiyyəti dirijor çubuğu ilə hərəkət etməli və diktə altında fəaliyyət göstərməlidir. Qərblə yaxındırsa, Rusiya və beynəlxalq birliyin digər subyektləri ilə normal münasibətlərdə olmamalıdır. Avropa hansı istiqamətə yönəltsə, o yöndə də siyasət yürütməlidir. Bu yanaşma demokratiya ilə daban-dabana ziddir. Fikir, düşüncə plüralizminin tam əksidir və demokratiyanın fundamental prinsiplərinin üstündən xətt çəkmək anlamına gəlir. Hansı ki Qərb demokratiya məsələlərində Gürcüstanı tənqid edir. 

Avropa İttifaqının yarıdan çox dövlətinin seçki nəticələrini şübhə altına aldığını vurğulayan E.Nəsirov xatırladıb ki, onlar təkrar seçkilər ideyasını ortaya atıblar: "Hətta hakimiyyəti zorla devirməyə gedəcəklərini göstərən cürbəcür şüarlar səsləndirirlər. Onlar üçün marionet hakimiyyət lazımdır. Bu baxımdan Kobaxidze hökumətinin həyata keçirdiyi siyasəti həzm edə bilmirlər. Qərb Gürcüstanda Moldovadan sonra ikinci dəfə böyük uğursuzluğa düçar oldu. Moldovada keçirilən seçkilərdə və referendumda xalqın təxminən yarısı Qərb siyasi kursunun əleyhinə səs verdi ki, bunu qətiyyən gözləmirdilər. Bu analoji proses daha kəskin şəkildə Gürcüstanda özünü göstərdi. Qərb fərqindədir ki, artıq demokratiya pərdəsi altında öz geostrateji niyyətlərini həyata keçirmək istəkləri fiaskoya uğrayır. Buna görə də təzyiq və təhdid kampaniyasına başlayırlar".

Deputat hesab edir ki, gürcü xalqı müdrikliyi sayəsində seçkilərdə olduğu kimi, Qərb dairələrinin anti-Gürcüstan siyasətini dəstəkləməyəcəklər. Xalq, əslində, sülhün lehinə səs verdi. Dörd partiyanın niyyəti faktiki olaraq Gürcüstanı ikinci Ukraynaya çevirmək idi. Bu isə Gürcüstan üçün fəlakətdir və bunu bu gün Ukrayna xalqı yaşayır. Gürcü xalqı sülhü seçərək hakim partiyaya səs verdi. Bu partiya çoxtərəfli fəaliyyət göstərərək, milli maraqlara söykənən siyasət həyata keçirir. 12 ildir bu fəaliyyəti xalq dəstəkləyir və bundan sonra da dəstəkləmək niyyətini ortaya qoydu.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!