10 Iyun 2024 19:55
570
Elm və texnika
A- A+

Qatlanan iki ekranlı monitor təqdim edilib


“ASUS” şirkəti “Computex 2024” sərgisində iki ekrana sahib “ZenScreen Duo OLED MQ149CD” adlı qatlana bilən portativ monitorunu təqdim edib. Yeni monitor 1920x1200 piksel keyfiyyətli 14 düym ölçülü iki ədəd OLED ekranla təchiz olunub. Ekranlar DCI-P3 rəng diapazonunun 100 faizini əhatə edir.

“ZenScreen Duo OLED MQ149CD” 360 dərəcəlik şarnir konstruksiyasına sahibdir. Bu isə o deməkdir ki, onu 360 dərəcə qatlamaq mümkündür. Tam açıq vəziyyətdə monitorun ümumi sahəsi 21 düym təşkil edir. Portret rejimində monitorda daha çox məlumat əks olunur.

Çəkisi 700 qram olan monitor özündə HDMI və iki ədəd USB-C girişlərini birləşdirir. USB-C girişləri üstəlik DisplayPort Alt dəstəyinə sahibdirlər. Bunun sayəsində monitoru eyni anda iki xarici cihaza qoşmaq olar. Bu isə öz növbəsində istifadəçiyə eyni zamanda iki ekranda müxtəlif mənbələrdən olan kontentlərlə çalışmaq imkanını verir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video