20 Mart 2022 01:19
3358
CƏMİYYƏT
A- A+
Qarabağın meşələri bərpa olunur

Qarabağın meşələri bərpa olunur

 

İşğaldan azad edilən torpaqlarımızda indiyədək 40 mindən çox ağac tingi əkilib

 

Otuz il ərzində Qarabağdakı nəinki tarixi, mədəni-dini abidələrimiz, infrastrukturumuz, hətta bu yerlərin hər daşı da, torpağı da erməni terroruna məruz qalıb. Bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib.

İşğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi ermənilərin vandalizm cinayətlərinə məruz qalıb. Hələ 1988-ci ildən dağıdılmağa başlanılan Topxana meşəsində bu illər ərzində minlərlə ağac kəsilib. Yaşıllığı, səfalı yerləri, gözəl təbiəti ilə seçilən Qarabağı yerləyeksan edən erməni barbarları 30 il ərzində orada heç bir dənə də olsun ağac əkməyiblər. İllərlə bu faktları gizlətsələr də, Vətən müharibəsindəki şanlı zəfərdən sonra dünya bir daha erməni barbarlığına şahidlik etdi.

Bu gün isə qalib Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, yaşıllıqları da bərpa etməyə başlayb.

 

Zəfər gününün şərəfinə əkilən 44 min ağac

 

Müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmağa başlanıldı. Böyük qələbədən ötən bir ildə - Zəfər günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Bununla da Topxana meşəsinin bərpasına başlanıldı.

Bundan sonra Heydər Əliyev Fondunun  layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası keçirildi.

2020-ci il dekabrın 3-də Zəngilanın Ağalı kəndində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilib, palıd, Şərq çinarı və tut ağaclarının toxumları əraziyə səpilib. Bununla Zəngilanda ekoloji dayanıqlığın bərpasının başlanğıcı qoyulub.

Ötən ilin dekabrında Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Zəngilanda ekoloji müxtəlifliyin qorunması məqsədilə daha 1000 ədəd ağac əkilib. Layihə çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun eldar şamı, həmişəyaşıl sərv, göyrüş, şeytan ağaclarının və Şərq çinarının əkilməsi nəzərdə tutulur. Bu layihənin 2022-ci ilin payızında yekunlaşdırılması planlaşdırılır.

 

“Şuşa ili” çərçivəsində şəhərdə yaşıllaşdırma tədbirləri davam edəcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin və təbii sərvətlərin  tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev qəzetimizə bildirib ki, indiyə kimi Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Ağdam rayonları və Şuşada ümumilikdə 40 mindən çox ağac tingləri əkilib. Burada eldar şamı, göyrüş, qarağac, dağdağan və digər müxtəlif cinsli ağaclar əkilib,

2 tondan çox  palıd toxumu səpilib. Şuşada Topxana meşəsində və şəhərin bəzi yerlərində 1000 ağac - dağdağan, göyrüş, qarağac və saqqız ağacı, 200 kiloqram  palıd toxumu əkilib. Bu il “Şuşa ili” çərçivəsində Şuşa şəhərinin ətrafında yaşıllaşdırma tədbirləri davam etdiriləcək.

Raqub Mirzəyevin sözlərinə görə, həmin ərazilərdə yerli və iqlim şəraitinə uyğun olaraq ağaclar əkilir. Zəngilan və Ağdamda əkilən yaşıllıq sahələrinin hamısında damcılı suvarma sistemi qurulub. Hazırda ağacəkmə tədbirləri davam etdirilir: “2022-ci il ərzində Zəngilanın giriş hissəsində terras sahələrdə, təxminən 55 hektar ərazidə, eyni zamanda Cəbrayıl-Hadrut avtomobil yolunun sağ tərəfində - 15 hektar sahədə və Füzulidə 200 hektara yaxın ərazidə yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə magistral avtomobil yollarının kənarında da yeni yaşıllıqlar salınacaq. ETSN və  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə layihəsi çərçivəsində yol kənarlarında  ağac və kollar əkiləcək”.

 

Bu il Qarabağ və Şərqi Zəngəzurda 455 hektara yaxın ərazidə ağac əkilməsi nəzərdə tutulur

 

Raqub Mirzəyev qeyd edib ki, nazirlik tərəfindən 2022-2026-cı illəri əhatə edən “Meşə Fondunun Bərpası” Proqramı hazırlanıb. Proqram çərçivəsində ümumilikdə 30 min hektar meşə fondu sahəsinin bərpası üçün meşə bərpa, əkin və təbii bərpa işləri aparılacaq. Ərazilər minalardan təmizləndikcə həmin ərazilərdə yaşıllıqların salınması həyata keçiriləcək.

Yaz aylarında ilk olaraq Zəngilan rayonunun giriş hissəsində -55 hektar sahədə ağacların əkilməsi planlaşdırılıb, əkinə tam hazırlıq gedib. Raqub Mirzəyev vurğulayıb ki, əslində burada ağacəkmə işlərinə artıq başlanılıb, 15 minə yaxın ağac əkilib və bu proses davam etdiriləcək.

R.Mirzəyev ötən il Kəlbəcər və Laçın ərazisində də ağaclar əkildiyini,  amma hazırda həmin ərazilərdə mina təhlükəsi olduğundan geniş sahədə ağac əkməyin mümkün olmadığını bildirib. Bu il ərazilər minalardan təmizləndikcə 455 hektarda ağacəkmə tədbirləri nəzərdə tutulub.

IDEA İctimai Birliyindən qəzetimizə bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihə çərçivəsində ötən il Qarabağda ağacəkmə aksiyası həyata keçirilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə layihəsi çərçivəsində təbiət elmləri sahəsində təhsili olan və bu sahədə fəaliyyət göstərən 60 gənc ekoloqun Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Ağdam və Şuşa daxil olmaqla işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri təşkil edilib. Səfərlər zamanı onlar sözügedən ərazilərdə aparılan ekoloji qiymətləndirmədə, o cümlədən xüsusi cihaz və qurğularla  havada olan radiasiya fonu, suyun keyfiyyəti, torpağın analizi  və s. proseslərdə iştirak etmiş,  işğal nəticəsində törədilmiş ekosidi əyani şəkildə görmüşlər.

IDEA İB-dən bildirilib ki, layihə çərçivəsində Füzulidə 50, Zəngilanda 60, Ağdamda 70 şam ağacı, Qubadlıda və Şuşada isə 50 göyrüş ağacı əkilib. Bundan başqa, Qubadlı və Füzulidə 5 kiloqram palıd toxumu səpilib. 

 

“Zəfərdən dirçəlişə” meşə massivi layihəsi

 

Qarabağ Dirçəliş Fondunun PR və kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova qəzetimizə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə meşə massivinin salınması, ekoloji tarazlığın və  təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxlində, eyni zamanda xaricdə təşviq etmək məqsədilə fondla Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında memorandum imzalanıb.

Zəngilanda həyata keçirilən “Zəfərdən dirçəlişə” meşə massivinin salınması layihəsi bu memorandum çərçivəsində həyata keçirilən ilk layihədir.

“Zəfərdən dirçəlişə” layihəsinə ilk olaraq Zəngilanda başlanılıb və layihənin birinci mərhələsi çərçivəsində 30 hektar ərazidə 30 min ağacın əkilməsi nəzərdə tutulur. Bu mərhələ üçün artıq 30 min ağac əldə olunub və bu ağacların əkilməsi mərhələli şəkildə davam edir. Eyni zamanda “Zəfərdən dirçəlişə - 2” layihəsi də artıq start götürüb. İkinci mərhələdə Zəngilanda 20 hektar ərazidə 20 min ağacın  əkilməsi nəzərdə tutulub. Bu  layihələr çərçivəsində yalnız ağacların əkilməsi deyil, əkin materiallarının yetişdirilməsi, enerji təminatı, suvarma sisteminin qurulması, əkilmiş sahələrə müntəzəm nəzarət edilməsi, prosesi izləmək məqsədilə 3 il əzində dron vasitəsilə foto, videoçəkilişlərin aparılması nəzərdə tutulub.

Bu layihədə iştirak edən bütün donor şirkətlərə fond tərəfindən “İanə Sertifikatı” təqdim edilib: “Fondun veb səhifəsi vasitəsilə məbləğindən asılı olmayaraq ianə edən hər kəs “İanə sertifikatı” əldə edə, digər şəxsin adına alaraq hədiyyə edə və paylaşaraq digər insanları da bu mühüm missiya ətrafında birləşdirə bilər. Ümumi “İanə sertifikatı” ilə yanaşı, əlamətdar günlər münasibətilə də sertifikatlar əldə edib hədiyyə etmək mümkündür. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bəzi şəxslər, qurumlar, korporativ şirkətlər onlara əziz və doğma olan xanımları Qarabağda ağac hədiyyə etməklə sevindirib”.

Bu təşəbbüs təbiətin oyanışı ilə əlaqədar Novruz bayramında da davam etdirilir. İstənilən şəxs sayta daxil olaraq “Qarabağa ağac ianə et” düyməsindən istifadə etməklə istəyinə uyğun sayda ağac ianə edə və əldə etdiyi sertifikatı hədiyyə edə bilər.

Meşə massivinin salınması layihəsi yalnız Zəngilanda deyil, işğaldan azad olunmuş digər ərazilərdə də davam etdiriləcək. Qarabağ Dirçəliş Fondunun prioritet istiqamətləri arasında ekoloji tarazlığın bərpası önəmli yer tutur. Çünki torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərimizə dəyən zərərin miqyası da üzə çıxıb. Qarabağda mədəniyyət obyektləri, yaşayış yerlərimizlə bərabər, ekologiyaya da çox ciddi zərər dəyib. Bu zərərin aradan qaldırılması üçün mütləq şəkildə gücləri birləşdirmək, müxtəlif  təşəbbüslər həyata keçirmək olduqca vacibdir.

Əkilən hər bir ağac, gül kolu Qarabağın təbiətinə can qatacaq. Zamanla Qarabağda, Şərqi Zəngəzurda əvvəlki yaşıllıqlarımızın, meşələrimizin bərpasının şahidi olacağıq.

 

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında

02:10
22 Noyabr

“Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:08
22 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

02:07
22 Noyabr

“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1177-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:06
22 Noyabr

“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:04
22 Noyabr

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması QAYDASI

02:03
22 Noyabr

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:02
22 Noyabr

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib  

23:07
21 Noyabr

 Yeni “Wrangler” nümayiş olunub   

23:03
21 Noyabr

“Jaguar”ın yeni loqotipi təqdim edilib

23:00
21 Noyabr

“Messenger”də yeni funksiyalar təqdim edilib

22:48
21 Noyabr

Braziliya rəsmisi: Meşələrin qorunması yalnız milli maraq deyil, qlobal məsuliyyətdir  

22:45
21 Noyabr

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib  

22:39
21 Noyabr

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə edilib  

22:38
21 Noyabr

COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filminin təqdimatı olub  

22:36
21 Noyabr

COP29-un hindistanlı iştirakçısı: Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır  

22:34
21 Noyabr

Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə görüşüb  

22:33
21 Noyabr

Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib  

22:31
21 Noyabr

Cin Baderşnayder: Təzyiqlərə baxmayaraq, Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu VİDEO  

22:25
21 Noyabr

COP29 çərçivəsində Dəyirmi Masada SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb  

22:22
21 Noyabr

Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirib

22:03
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!