25 İyun 2024 08:01
1063
CƏMİYYƏT
A- A+
Qarabağa qayıdış Qərbi Azərbaycana qayıdışın müjdəsidir

Qarabağa qayıdış Qərbi Azərbaycana qayıdışın müjdəsidir

 

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir. Ədalətin bərpası, soydaşlarımızın təməl hüquqlarının təmin edilməsi istiqamətində növbəti addımdır. Hər kəsin öz əzəli vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda öz əksin tapıb. 
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qüdrəti, apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün heç də uzaqda olmadığına tam əmindir.
2020-ci ildə Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 gün ərzində düşməndən azad edildi. Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər tariximizə yeni bir salnamə həkk etdi. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm qələbə yeni reallıqlar yaratdı. Ölkəmiz 24 saatdan az bir vaxtda reallaşdırdığı antiterror tədbirləri ilə öz qətiyyətini bütün dünyaya növbəti dəfə nümayiş etdirdi. Dövlətimiz qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Azərbaycan Ordusu yazdığı tarixlə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi. Azərbaycan dövləti postsovet məkanında suverenliyini və ərazi bütövlüyünü bərpa edən ilk dövlət kimi tarixə düşdü. Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi birdəfəlik həll edildi. Ardınca dövlətimizin başçısının uğurlu diplomatik siyasəti nəticəsində olduqca mürəkkəb geosiyasi mövqedə yerləşən ölkəmiz tarixi nailiyyətlərə, zəfərlərə, qələbələrə imza atmağa davam etdi. Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlıları vaxtından əvvəl çıxarıldı, 4 kəndimiz bir güllə atılmadan geri qaytarıldı. 
Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, qarşıda soydaşlarımızı Qərbi Azərbaycana qayıdış gözləyir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: "Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir". Bu hədəfi Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bəyan etdi. "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar", - deyə dövlətimizin başçısı vurğulayıb. 
Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul edildi. Sistemli layihələrin həyata keçirilməsinə başlanıldı. 
Butün istiqamətlərdə olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər və bu tezislərdən irəli gələn məsələlər Naxçıvanda daim diqqətdə saxlanılır. Muxtar Respublika ictimaiyyəti, ziyalıları, alimləri bu yöndə öz birliklərini nümayiş etdirirlər. 
Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də ölkədə ilk dəfə olaraq "Qərbi Azərbaycana qayıdış" festival-konqresin reallaşdırılmasıdır. 23-24 noyabr 2023-cü il tarixlərində Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" adlı festival və hər il davam etməsi planlaşdırılan "Qərbi Azərbaycana qayıdışa gedən yol" adlı konqres keçirildi. Festival-konqresin əsas məqsədlərindən biri də tarixi ədalətin bərpa edilməsi yolunda Prezident İlham Əliyevin yurd-yuvasından didərgin, qaçqın düşmüş Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətin elmi əsaslarla həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaq, ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, onların Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaq idi.
Festival-konqresdə Müzəffər Ali Baş Komandan, ölkə Prezidentinin ziyalılar, tədqiqatçılar qarşısında qoyduğu strateji tapşırıqların icrası istiqamətində ölkə alimləri, mədəniyyət və sənət adamları bir araya gəldilər. Qərbi Azərbaycandan zorla köçürülən soydaşlarımız bu elmi, mədəni-kütləvi tədbirlərdə birləşdilər.
Son yüzillik tariximizdə ilk dəfə Qərbi Azərbaycan maddi-mədəniyyət nümunələri, sənət əsərləri, ailə-məişət ənənələri, milli geyim kolleksiyaları, zəngin folklor və şifahi xalq ədəbiyyatı nümunələri, mahnıları, yallıları, aşıq havaları, rəqslər təqdim edildi. Mövzu ilə bağlı filmlərin təqdimatı, Naxçıvan Dövlət Universitetinin kulinariya sərgisi, tarixi və müasir rəsm əsərləri, dekorativ tətbiqi sənət əsərləri, kitab, monoqrafiya, məqalələr, yaradıcılıq nümunələri kompleks şəkildə nümayiş olundu. Naxçıvan Dövlət Universitetində keçirilən konqresdə 17 bölmə iclasında ölkəmizin müxtəlif elm, təhsil müəssisələrinin alimlərinin 200-dən artıq mövzuya dair məruzələri dinlənildi. 
Bu il də 21-22 iyun tarixlərində keçirilən növbəti "Qərbi Azərbaycana qayıdış" festival-konqresi ötən il olduğu kimi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,  Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə reallaşdırıldı. 
Ötən ildən fərqli olaraq builki festival Zəngəzur Milli Parkında, Batabat yaylağında, konqres isə Naxçıvan Dövlət Universitetində keçirildi. Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin Muzeyini ziyarətlə başlayan festival-konqresin rəsmi açılış tədbiri Zəngəzur Milli Parkında, Batabatda rəsmiləşdirildi. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının "Dərələyəz" kompozisiyası ilə başlayan tədbirdə Qərbi Azərbaycana həsr olunmuş video-çarx nümayiş etdirildi. Festival-konqresi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açaraq   Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana da qayıdışın qısa vaxtda reallaşacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər çıxış edənlər Qərbi Azərbaycana qayıdışın ləyaqətli şəkildə reallaşacağına əminliklərini ifadə etdilər. Ardınca "Qərbi Azərbaycana qayıdış" olimpiadası qalibləri mükafatlandırılıb, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının sənət adamlarının ifasında konsert proqramı, Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin təqdimatında "Misri" kompozisiyası nümayiş olunub.
Builki festival-konqresdə Qərbi Azərbaycandan olan iki gəncin toy mərasimi keçirilib. Qərbi Azərbaycan toy adətləri: "Elçilik", "Nişantaxma", "Paltarbiçmə", "Çörəküstü", "Xına" "Gəlinköçürmə" kimi mərasimlər nümayiş olunub. Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzi tərəfindən Qərbi Azərbaycan mətbəxinə məxsus olan kulinariya sərgisinə 60-dan çox yemək, 44 çeşid meyvə və meyvə qurusu, 30 adda müalicəvi bitki,  94 növ mürəbbə, 12 adda bitki çayı, 13 növdə şirniyyat, 20-dən çox adda xoşab və meyvə şirəsi çıxarılıb.
Festivalda Qərbi Azərbaycana məxsus 11 mahalı əks etdirən çadırlarda muxtar respublikanın icra hakimiyyətləri və dövlət qurumları tərəfindən müxtəlif sahələri özündə əks etdirən sərgilər təşkil olunub. Sərgidə Qərbi Azərbayan mədəniyyətinə aid milli geyim nümunələri, məşiət əşyaları, quramalar, xalçalar, keçə sənəti nümunələri, bədii tikmələr, Qərbi Azərbaycan xəritəsini əks etdirən dekorativ sənət nümunələri, Qərbi Azərbaycanı təbliğ edən suvenirlər, müəllim və tələbələr tərəfindən hazırlanmış Qərbi Azərbaycana məxsus tarixi abidələrin maketləri, rəsm əsərləri, etüdlər təqdim edilib.
Festival-konqresin ikinci günü Naxçıvan Dövlət Universitetində davam edib. 7 istiqamət üzrə 30-a yaxın bölmədə 300-dən çox məruzə dinlənilib. Konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gələrək Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıb, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, incəsənəti ilə bağlı araşdırımalarını təqdim ediblər.  Festival-konqresdə 10-dan çox Qərbi Azərbaycanın müxtəlif sahələrini əks etdirən kitab təqdimatları keçirilib. Festival-konqres ölkə mediası daxil olmaqla ümumilikdə 190 adda qəzet, jurnal, televiziya, xəbər saytlarında işıqlandırılmışdır. Eləcə də 20-dən çox xarici ölkə mediasında yer almış və həmçinin bundan narahatçılıq keçirən Ermənistan mediasında təşvişə səbəb olmuşdur.  
Festival-konqresin gedişində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi: "Bizi Qərbi Azərbaycana böyük qayıdış gözləyir" hədəfi istiqamətində bütün iştirakçılar tərəfindən birlik və əminlik ifadə edilmiş, Qərbi Azərbaycanda ermənilərin və onlara havadarlıq edənlərin xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti, milli faciə və vandalizm faktları geniş şəkildə ictimaiyyətə çatdırılmışdır. Ermənilərin doğma torpaqlarımızda yerləşdirilmələri, azərbaycanlıların planlı surətdə doğma yurdlarından qovulması ilə bağlı tarixi faktlara söykənilmiş, yeni, dolğun məlumatlar təqdim edilmiş, Qərbi Azərbaycana məxsus maddi mədəniyyət nümunələri nümayiş olunmuş, etnomədəni siyasətin qurbanı olmuş yer adlarımızın - toponimlərin, oykonimlərin, hidronimlərin dəyişikliyə məruz qalmasının tarixi faktlara söykənərək elmi əsaslarla təsdiqinə və dünya elmi ictimaiyyətinə çatdırılmasına çalışılmışdır. 
Butün istiqamətlərdə olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər və bu tezislərdən irəli gələn məsələlər festival-konqresin iştirakçıları tərəfindən gündəlik fəaliyyət istiqaməti olaraq müəyyən edilib. 
Xalqımız Müzəffər Ali Baş Komandanın qüdrəti və apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmadığına tam əmindir və öz liderinin ətrafında sıx birləşərək yeni qələbələrə zəmin yaradır.

Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!