08 Noyabr 2026 15:39
87
CƏMİYYƏT
A- A+
 Ağdamda sevinc yaşanır

 Ağdamda sevinc yaşanır


Ağdam Muğam Mərkəzində Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini, Şəhidlər xiyabanını və “Şəhidlər” Abidə Kompleksini ziyarət ediblər. 

Rayon icra hakimiyyətinin və YAP rayon təşklilatının birgə təşkilatçılığı ilə baş tutan bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşklilatının sədri Mansur Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər. Çıxış edənlər 2020-ci il sentyabrın 27-dən başlayıb 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, qalib ordumuzun 19-20 sentyabr 2023-cü il tarixlərdə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından bəhs etmişlər. 

Tədbir Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Əməkdar artist Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri ilə yekunlaşıb. 

Lazım QULİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağcabədidə Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib  

15:47
08 Noyabr

Xalqın Zəfər salnaməsinin 44 günü

15:44
08 Noyabr

Astarada yeni içməli su xəttinin açılışı olub  

15:43
08 Noyabr

 Ağdamda sevinc yaşanır

15:39
08 Noyabr

Mingəçevirdə Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib  

15:29
08 Noyabr

Tərtərdə bayram ovqatı

15:25
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib 

15:23
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib

15:17
08 Noyabr

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

15:10
08 Noyabr

Şanlı Zəfərin 6-cı ildönümü Vyetnamda qeyd olunub

15:08
08 Noyabr

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

15:06
08 Noyabr

Şimali Kipr XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

15:04
08 Noyabr

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb

14:40
08 Noyabr

“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada 

14:35
08 Noyabr

Türkiyə Müdafiə Nazirliyi: Zəfər Günün mübarək, qəhrəman Azərbaycan!

14:34
08 Noyabr

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

14:32
08 Noyabr

8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil edilib 

14:28
08 Noyabr

Naxçıvanda Zəfər Abidəsi ziyarət edilib

14:26
08 Noyabr

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!

14:21
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir 

14:20
08 Noyabr

Xalqımız Zəfər parkını ziyarət edir

14:17
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!