03 Sentyabr 2026 08:10
415
CƏMİYYƏT
A- A+
Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş "Ölümcül Miras" sənədli filminin təqdimatı olub

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş "Ölümcül Miras" sənədli filminin təqdimatı olub


ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi ilə "Beach House Pictures" şirkəti tərəfindən çəkilən "Ölümcül Miras" ("Deadly Legacy") sənədli filminin qapalı təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, QDF-in donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Film Azərbaycan Prezidenti İlham Əliyevin dünyada mina terroruna son qoyulması və humanitar minatəmizləmə təşəbbüsünün BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinə daxil edilməsi üzrə beynəlxalq səylərini, işğaldan azad edilmiş ərazilərdəki mina probleminin miqyasını və təhlükənin fəsadlarını faktlarla işıqlandırır. Çəkilişləri Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya və Laosda aparılan ekran əsəri yerli və beynəlxalq ekspertlərin, rəsmi şəxslərin müsahibələri, eləcə də mina terrorundan zərər çəkmiş şəxslərin hekayələri əsasında hazırlanıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, "Saksesful Strateciz" Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru, filmin baş prodüseri Faiq Bağırov və rejissoru Alison Æayne Vilson film və onun əsas mövzusu olan mina problemi ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, "Ölümcül Miras" filmi mina probleminin yalnız texniki və humanitar aspektlərini deyil, həm də onun qlobal miqyasda yaratdığı uzunmüddətli fəsadları diqqətə çatdırır. Filmdə münaqişələr başa çatdıqdan onilliklər sonra belə, minalarla çirklənmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsinin ölkələr və icmalar qarşısında mühüm çağırış olaraq qaldığı vurğulanır. Qeyd olunub ki, sənədli film vasitəsilə mina təhlükəsinin qurbanlarının həyat hekayələrinin beynəlxalq ictimaiyyətə çatdırılması, problemin miqyası barədə məlumatlılığın artırılması və humanitar minatəmizləmənin qlobal gündəmdə daha geniş yer almasına töhfə verilməsi qarşıya məqsəd qoyulub.

Çıxışlarda həmçinin Azərbaycanın mina probleminin aradan qaldırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və bu sahədə qabaqcıl təcrübələrin bölüşdürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Təqdimat çərçivəsində qonaqlara Qarabağ Dirçəliş Fondunun sifarişi ilə ərsəyə gətirilmiş "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabı hədiyyə olunub.

Xatırladaq ki, bir müddət əvvəl çap olunmuş bu kitab Azərbaycan həqiqətləri ilə yaxından tanış olan tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınıb. Münaqişə dövründən bugünkü bərpa prosesinə qədər olan dövrü əhatə edən 500 səhifəlik bu nəşr analitik yanaşması, zəngin fotoşəkilləri və interaktiv rəqəmsal materialları ilə Qarabağın dirçəliş hekayəsini canlandıran dəyərli bir salnamədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!