02 Sentyabr 2026 18:33
974
SİYASƏT
A- A+
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri yeni inkişaf mərhələsinə yüksəlir

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri yeni inkişaf mərhələsinə yüksəlir


Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rolunu bir daha təsdiqləyib. Səfər çərçivəsində dövlətimizin başçısının keçirdiyi ikitərəfli görüşlər və aparılan müzakirələr Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin dinamikasını, eləcə də ölkəmizin regionda və beynəlxalq müstəvidə fəal diplomatik mövqeyini nümayiş etdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib. Deputat bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri regional və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilməsidir. Hazırda bu istiqamətdə ölkəmizin əldə etdiyi uğurlar davamlı xarakter daşıyır. Bu baxımdan Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələri də uğurla inkişaf edir.

“Azərbaycanın Avrasiya məkanında mühüm tranzit ölkəyə çevrilməsi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, eləcə də müasir nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır. Təşkilatda dialoq tərəfdaşı statusuna malik olan Azərbaycan üçün yenidən formalaşan dünya nizamında mövqeyini daha da möhkəmləndirmək baxımından geniş imkanlar yaranır. Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə müzakirəyə çıxarılan “ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə” mövzusu da təşkilatın qarşısında duran prioritetləri və çağırışları özündə əks etdirib”, - deyə müsahibimiz bildirib.

Deputat Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu şərtləndirən amillərə də diqqət çəkib. O deyib: “Ölkəmiz hazırda dünyaya təqdim etdiyi sülh modeli ilə diqqət mərkəzindədir. Dövlətimizin başçısı çıxışlarında vurğuladığı kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini və ərazi bütövlüyünü güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə kimi təcrübəmiz beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir nümunədir. Ermənistanla sülh yalnız kağız üzərində əldə edilməyib. Sülh sazişi paraflanıb və birgə bəyanat qəbul olunub. Artıq real həyatda da sülh təmin edilib.

Azərbaycanın regionda dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi davamlı töhfələr beynəlxalq səviyyədə dəstəklənir. Təbii ki, bu amil yeni əməkdaşlıq formatlarının yaradılmasına və iqtisadi inkişaf üçün geniş imkanların açılmasına şərait yaradır. Azərbaycan atdığı real addımlarla əməkdaşlıq məkanı kimi qazandığı mövqeyi daha da möhkəmləndirir.

Ölkəmiz çoxtərəfliliyin tərəfdarıdır. Azərbaycan qlobal problemlərin həllində birlik və həmrəyliyə çağırışlarını, eləcə də bu məqsədlərə nail olmaq üçün göstərdiyi səyləri ilə öz mövqeyini nümayiş etdirir. Əlaqələrin inkişafında ölkəmizin coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan ölkələri və xalqları birləşdirən mühüm bağlantı rolunu oynayır. Qazanılan uğurlar ölkəmizin malik olduğu imkanlara, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə söykənir”.

Malik Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycanın bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirməsi ölkəmizin qlobal gündəmdə öz mövqeyini fəal şəkildə müdafiə etmək əzmini bir daha təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakının sülh gündəliyi dəyişməz reallıqdır

08:40
23 Sentyabr

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib 

08:30
23 Sentyabr

Zəfərdən sülhə uzanan yol

08:20
23 Sentyabr

Forumda Orta dəhlizin Şərqlə Qərb arasında əhəmiyyətindən danışılıb

08:10
23 Sentyabr

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

08:00
23 Sentyabr

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!