30 Noyabr 2024 18:10
729
CƏMİYYƏT
A- A+
Psixoloqlarımız beynəlxalq tədbirdə

Psixoloqlarımız beynəlxalq tədbirdə


Noyabrın 28-30-da Tiflisdə Beynəlxalq Nevrologiya Konqresi (NEURO-2024) keçirilib.

Konqresə dünyanın müxtəlif ölkələrindən - Türkiyə, Yaponiya, Yunanıstan, İngiltərə, Malayziya, Almaniya, Pakistan, Hindistan, Serbiya, Fransa və digər yerlərdən mütəxəssislər qatılıblar.

Tədbirdə ölkəmizi Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik-psixoloq Narınc Rüstəmova təmsil ediblər.

Elnur Rüstəmov  və Narınc Rüstəmova konqresdə çıxış edərək “Uşaqlarda Neurofeedback terapiyasından əvvəl və sonra Amerika Diaqnostik Qiymətləndirmə Şkalasının Qiymətləndirilməsi” (“Assessment of the American Diagnostic Rating Scale before and after Neurofeedback Therapy in children with ADHD”) mövzusunda Azərbaycanda aparılan araşdırma ilə bağlı ətraflı danışıblar. Qeyd ediblər ki, tədqiqat 18 ay müddətində (fevral  2023-avqust 2024) 2-18 yaşlı 3978 uşaq və yeniyetmə arasında aparılıb. Bildiribər ki, ağır hiperaktivlik-DEHB ilk doğulan uşaqların 23%-i, ikinci doğulanların 19%-i, üçüncü doğulanların 16%-i və tək uşaqların 23% -ində müşahidə olunub.

Mütəxəssislərimiz məruzələrində vurğulayıblar ki, keysəriyyə əməliyyatı ilə doğulan uşaqların 22%-ində ağır hiperaktivlik və DƏHB sindromu, 47%- ində isə orta səviyyələr müşahidə edilib. Təbii yolla doğulan uşaqlar arasında  21% ağır DƏHB simptomları var və 46% isə orta səviyyədədir.

Bu statistikaya əsaslanaraq psıxoloqlarımız  istər keysəriyyə, istərsə də təbii doğuş üsulunun uşaqlarda hiperaktivlik və ya DƏHB inkişaf ehtimalına əhəmiyyətli təsir göstərmədiyini nəzərə çatdırıblar. Həmçinin deyiblər ki, tədqiqat nəticəsində şəhərlərdə yaşayan uşaqların 46%-ində ağır hiperaktivlik-DƏHB, 21%-ində isə çox ağır simptomlar izlənib. Rayonlarda bu göstəricilər müvafiq olaraq 50% və 23%, kəndlərdə isə 52% və 21%-dir.

Təmsilçilərimiz çıxışlarında ailə tipi (kiçik ailə, geniş ailə, himayədarlıq) ilə uşaqlarda hiperaktivlik arasındakı əlaqənin tədqiqat nəticələrini də iştirakçılarla bölüşüblər. 

Məruzənin sonunda bildirilib ki, psixoloji dəstək və dərman müalicəsi ilə birlikdə 20 seans NFB terapiyası sayəsində ağır hiperaktivliyi olan 11-18 yaşlı uşaqlarda 55%, orta dərəcədə şiddətli hiperaktivlikdə isə 49% azalma müşahidə olunub, uşaqların 13%-ində isə hiperaktivlik əlamətləri tamamilə aradan qaldırılıb.

Əlavə edək ki, tədbirdən sonra f.ü.f.d Elnur Rüstəmov və uzman klinik-psixoloq Narınc Rüstəmova  növbəti Beynəlxalq Nevrologiya Konqresinin (NEURO-2025)  Azərbaycanda - Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilməsi ilə bağlı rəsmi görüşdə iştirak ediblər və bu istiqamətdə danışıqlar aparılıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən  

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən  

14:18
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!