18 Sentyabr 2026 16:31
166
SİYASƏT
A- A+
Prezidentin Şamaxıya hər səfəri rayonun iqtisadi inkişafına yeni təkan verir  

Prezidentin Şamaxıya hər səfəri rayonun iqtisadi inkişafına yeni təkan verir  

Əsrlər boyu öz sözünü deyən Şamaxı rayonu bu gün də zəngin torpağı, çalışqan insanları və iqtisadi potensialı ilə seçilir. Bölgə Azərbaycanın qədim və zəngin tarixə malik ərazilərindən biri olmaqla yanaşı, ölkənin iqtisadi və sosial həyatında özünəməxsus mövqeyə malikdir. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları və təbii ehtiyatları rayonun iqtisadi inkişafına imkan yaradır.

Rayonun iqtisadi həyatında kənd təsərrüfatı aparıcı istiqamətlərdən biridir. Geniş əkin sahələri, bağları və üzüm plantasiyaları illərdir yerli təsərrüfatın əsasını təşkil edir. Xüsusilə üzümçülük rayonun adı ilə assosiasiya olunan sahələrdəndir. Vaxtilə formalaşmış üzümçülük ənənəsi bu gün yeni yanaşmalar və müasir təsərrüfat üsulları ilə yaşadılır. Eləcə də taxılçılıq, heyvandarlıq, meyvəçilik və bağçılıq da kənd təsərrüfatının ümumi mənzərəsində geniş yer tutur. Bu sahələr rayonun kəndlərində həyatın, məşğulluğun və yerli iqtisadi fəallığın davamlılığını təmin edən əsas istiqamətlərdir.

Qeyd edək ki, Şamaxı Prezident İlham Əliyevin xüsusi diqqət göstərdiyi rayonlardan biridir. Dövlət başçısının Şamaxıya mütəmadi səfərləri, burada həyata keçirilən layihələrin açılışında iştirakı və rayonun inkişaf perspektivləri ilə bağlı verdiyi mesajlar həmin diqqətin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir. Bölgəyə hər səfər rayonun qarşısında duran əsas inkişaf istiqamətlərinin nəzərdən keçirilməsi, yeni layihələrin təqdimatı və mövcud potensialın daha geniş şəkildə reallaşdırılması baxımından əhəmiyyət daşıyır. 

Üzümçülüyün yenidən dirçəldilməsi ilə yanaşı, Şamaxının aqrar potensialının digər istiqamətlər üzrə də hərəkətə gətirilməsi diqqət mərkəzindədir. 2018-ci ildə isə Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında İlham Əliyev Şamaxının ənənəvi üzümçülük diyarı olduğunu xüsusi vurğulayıb və rayonun üzümçülük mərkəzi kimi inkişaf etdirilməsi fikrini vurğulayıb. Burada üzümçülüyün yalnız tarixi ənənə kimi qorunması deyil, onun müasir istehsal, emal, məşğulluq və ixrac imkanları ilə əlaqələndirilməsi nəzərdə tutulur. 

Bu istiqamətdə həyata keçirilən işlərin ardıcıllığı 2026-cı il martın 23-də Prezident İlham Əliyevin Şamaxıya növbəti səfəri zamanı da özünü göstərdi. İlham Əliyev səfər çərçivəsində “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib. Təxminən 100 hektar ərazini əhatə edən kompleksdə 9 min baş heyvanın saxlanılması üçün imkan yaradılıb və layihənin əsas məqsədlərindən biri süd və ət istehsalının artırılması ilə yanaşı, Şamaxı və ətraf rayonlarda məşğulluğa töhfə verməkdir. Dövlət başçısı bu müəssisənin Şamaxının və bütövlükdə ölkənin kənd təsərrüfatının inkişafı baxımından əhəmiyyətini xüsusi qeyd edib. 

Şamaxının inkişafı müxtəlif istiqamətləri əhatə edir. Kənd təsərrüfatı ilə yanaşı, turizmin inkişafına və yeni iqtisadi imkanların yaradılmasına da diqqət yetirilir. Rayonun zəngin tarixi-mədəni irsinin qorunması və tanıdılması isə bu işlərin mühüm hissəsidir. Bu baxımdan, son illər həyata keçirilən layihələr Şamaxının həm müasir turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsinə, həm də zəngin tarixi-mədəni irsinin qorunmasına xidmət edir. Bu istiqamətdə görülən işlərin növbəti nümunəsi iki gün öncə - sentyabrın 17-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı bir daha özünü göstərib. Səfər çərçivəsində onlar bir sıra layihələrlə tanış olub, yeni turizm obyektlərinin açılışında iştirak edib, eyni zamanda tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə tanış olublar.

Elə buradaca qeyd edək ki, Şamaxının təbiəti və zəngin tarixi turizmə qapı açır. Qədim abidələr, dağ mənzərələri, üzüm bağları və kənd həyatı burada turizmin müxtəlif istiqamətlərinin inkişafı üçün imkan yaradır. Bu baxımdan turizm yalnız istirahət sektoru deyil, həm də kənd təsərrüfatını, ictimai iaşəni, nəqliyyatı, xidmət sahələrini və yerli sahibkarlığı hərəkətə gətirən iqtisadi qüvvədir.  Səfər çərçivəsində “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edilməsi, “Pirqulu Park” hotelinin təqdimatı, “Nəsimi Bağları” kompleksi ilə tanışlıq və Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işlərinə baxış Şamaxının inkişafının müxtəlif istiqamətlərinin diqqətdə saxlanıldığını göstərir. Xüsusilə “Meysari Grand Hotel & SPA” kompleksində 320 yeni iş yerinin yaradılması rayonun turizm potensialı ilə yanaşı, yerli məşğulluq və iqtisadi fəallıq baxımından da yeni imkanlar formalaşdırdığını göstərir. 

Prezidentin Şamaxıya son səfəri onu deməyə əsas verir ki, rayonun zəngin tarixi-mədəni irsinin tanıdılması, turizm imkanlarının genişləndirilməsi və mövcud potensialının daha çox artırılması istiqamətində qarşıdakı dövrdə də mühüm addımlar atılacaq. Şamaxının tarixi keçmişi, zəngin mədəni irsi və əlverişli coğrafi mövqeyi onu ölkənin turizm xəritəsində xüsusi mövqeyə çıxaran əsas amillərdəndir. Burada tarixi abidələrin qorunması və bərpası ilə yanaşı, müasir turizm infrastrukturunun yaradılması da rayonun cəlbediciliyini artırır. Bu proses Şamaxının yalnız yerli turistlər üçün deyil, Azərbaycanın tarixi və mədəni irsi ilə maraqlanan xarici ziyarətçilər üçün də daha tanınan və cəlbedici məkana çevrilməsinə imkan yaradır. 

Şamaxının böyük iqtisadi imkanları var. Bu imkanlardan səmərəli istifadə etmək üçün müxtəlif sahələrin inkişafını paralel şəkildə davam etdirmək vacibdir. Kənd təsərrüfatının, turizmin və sahibkarlığın inkişafı yeni istehsal və xidmət sahələrinin yaranmasına şərait yaradar. Bu isə rayonda həm iqtisadi fəallığı, həm də məşğulluq imkanlarını artıra bilər.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”






Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

17:10
18 Sentyabr

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

17:09
18 Sentyabr

Kəlbəcər sakinlərinə tibbi xidmət göstərilib

17:08
18 Sentyabr

Goranboyda aqrar layihələr genişləndirilir - 2026–2030 Dövlət Proqramının icrası diqqət mərkəzindədir  

17:05
18 Sentyabr

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

17:04
18 Sentyabr

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib  

17:02
18 Sentyabr

Sentyabrın 18-də Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.  

16:58
18 Sentyabr

617 balın fərqli seçimi: Xaliq Zeynallı niyə baytarlığı seçdi?  

16:56
18 Sentyabr

Naxçıvanda qadın sahibkarlığının yeni ünvanları  

16:52
18 Sentyabr

Prezidentin Şamaxıya hər səfəri rayonun iqtisadi inkişafına yeni təkan verir  

16:31
18 Sentyabr

Türk dünyasının dayağı və aparıcı gücü 

16:23
18 Sentyabr

Pakistanda partlayış! 15 ölü, 50-dən çox yaralı

16:19
18 Sentyabr

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır 

16:12
18 Sentyabr

Türk dünyasının strateji gücü və milli dövlətçiliyin yeni mərhələsi

15:56
18 Sentyabr

AFFA və PFF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

15:54
18 Sentyabr

32 ilin həsrətlisi qayğı ilə əhatə olunub

14:55
18 Sentyabr

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB  

14:49
18 Sentyabr

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb 

14:47
18 Sentyabr

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

14:45
18 Sentyabr

İfrat sağçı Erik Zemmur prezident seçkilərində namizəd olacağını deyib  

14:21
18 Sentyabr

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

14:14
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!