18 Sentyabr 2026 16:56
157
CƏMİYYƏT
A- A+
617 balın fərqli seçimi: Xaliq Zeynallı niyə baytarlığı seçdi?  

617 balın fərqli seçimi: Xaliq Zeynallı niyə baytarlığı seçdi?  


Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin məzunu Xaliq Zeynallı Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanında 617 bal toplayaraq Xəzər Universitetinin Baytarlıq ixtisasını seçib. Xaliqin bu seçimi aqrar sektorda da maraqla qarşılanıb. Onun kənd təsərrüfatı sahəsində gələcək qurmaq istəyini dəstəkləmək məqsədilə təhsilində və peşəkar inkişafında istifadə etməsi üçün texniki avadanlıqlar təqdim olunub. Bundan əlavə, ona bir il müddətində aylıq təqaüd təyin edilib.

Xaliq Zeynallının öz gələcəyini kənd təsərrüfatı sektoru ilə bağlamaq qərarı “PAŞA Holding”ə daxil olan “Agro Dairy” şirkətinin də diqqətini çəkib. Aqrar sektorda peşəkar insan kapitalının formalaşmasına və gənclərin bu istiqamətdə inkişafına xüsusi önəm verən şirkət onun seçimini dəstəkləmək qərarına gəlib. Bu məqsədlə görüş zamanı Xaliq Zeynallıya təhsil prosesində istifadə etməsi və gələcək peşəkar inkişafına töhfə verməsi üçün texniki avadanlıqlar hədiyyə edilib. Görüş zamanı baytarlıq sahəsində təhsil və praktiki əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Xəzər Universiteti ilə “Agro Dairy” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Baytarlıq yalnız heyvanların müalicəsi ilə məhdudlaşmır. Bu sahə heyvan sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması, heyvandarlığın məhsuldarlığının artırılması və qida təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Buna görə Xaliq Zeynallının yüksək nəticə ilə məhz bu ixtisası seçməsi aqrar sektorda peşəkar kadrlara ehtiyac məsələsini də gündəmə gətirir.

Xaliqin seçiminin şüurlu olduğunu bildirir. O, heyvanlara və kənd təsərrüfatına marağının bu qərarda əsas rol oynadığını, gələcəkdə baytarlıq sahəsində peşəkar mütəxəssis kimi formalaşmaq istədiyini deyir.

Xaliq Zeynallının seçimi göstərir ki, yüksək qəbul balı yalnız geniş seçim imkanları yaratmır. Əsas məsələ gəncin öz marağına və gələcək məqsədlərinə uyğun peşə seçməsi və həmin sahədə özünü inkişaf etdirməsidir.


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”


 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PAŞA Bank səhmdarlarına 107 milyon manatdan çox dividend ödəyəcək  

17:54
18 Sentyabr

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

17:10
18 Sentyabr

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

17:09
18 Sentyabr

Kəlbəcər sakinlərinə tibbi xidmət göstərilib

17:08
18 Sentyabr

Goranboyda aqrar layihələr genişləndirilir - 2026–2030 Dövlət Proqramının icrası diqqət mərkəzindədir  

17:05
18 Sentyabr

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

17:04
18 Sentyabr

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib  

17:02
18 Sentyabr

Sentyabrın 18-də Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.  

16:58
18 Sentyabr

617 balın fərqli seçimi: Xaliq Zeynallı niyə baytarlığı seçdi?  

16:56
18 Sentyabr

Naxçıvanda qadın sahibkarlığının yeni ünvanları  

16:52
18 Sentyabr

Prezidentin Şamaxıya hər səfəri rayonun iqtisadi inkişafına yeni təkan verir  

16:31
18 Sentyabr

Türk dünyasının dayağı və aparıcı gücü 

16:23
18 Sentyabr

Pakistanda partlayış! 15 ölü, 50-dən çox yaralı

16:19
18 Sentyabr

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır 

16:12
18 Sentyabr

Türk dünyasının strateji gücü və milli dövlətçiliyin yeni mərhələsi

15:56
18 Sentyabr

AFFA və PFF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

15:54
18 Sentyabr

32 ilin həsrətlisi qayğı ilə əhatə olunub

14:55
18 Sentyabr

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB  

14:49
18 Sentyabr

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb 

14:47
18 Sentyabr

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

14:45
18 Sentyabr

İfrat sağçı Erik Zemmur prezident seçkilərində namizəd olacağını deyib  

14:21
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!