01 Sentyabr 2025 16:10
622
SİYASƏT
A- A+
Prezidentin Çinə səfəri ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir - RƏY

Prezidentin Çinə səfəri ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir - RƏY


Prezident İlham Əliyev bu il ərzində artıq ikinci dəfə Çin Xalq Respublikasına səfər edib. Dövlət başçısının aprelin 23-dəki rəsmi səfəri zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsinə dair bir sıra mühüm sənədlər imzalanmışdı. Bundan əlavə, 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması, eləcə də sonrakı dövrdə münasibətlərdə müşahidə edilən sürətli inkişaf iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatdığını göstərir. Xüsusilə, Azərbaycan və Çin arasında viza rejiminin qarşılıqlı şəkildə ləğvi və imzalanmış sənədlərin yaratdığı möhkəm hüquqi baza əməkdaşlığın geniş spektrdə inkişafı üçün yeni imkanlar açıb. Viza rejiminin aradan qaldırılması həm də turizm sektorunda öz müsbət təsirini göstərib. Məsələn, 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayında 1,9 dəfə artım qeydə alınıb və bu rəqəm 45 min nəfərə çatıb. Cari ilin ilk rübündə isə çinli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artıb. Bu fakt viza rejiminin ləğvinin turizm sahəsinə güclü impuls verdiyini təsdiqləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O qeyd edib ki, Azərbaycan-Çin münasibətlərindən danışarkən ilk növbədə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin dinamik inkişafını xüsusi vurğulamaq lazımdır. Belə ki, 2024-cü ildə Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,75 milyard dollara çatıb. Bununla da Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşına çevrilib.

Hazırda Çin Azərbaycanın xarici ticarət dövriyyəsinin 7,9 faizini təşkil edir və ölkəmizin idxalında 18 faizlik paya sahib olaraq ən iri idxalçı dövlət mövqeyini tutub.

2019-cu ildə keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna qoşulan Azərbaycan Orta Dəhlizin inkişafını dəstəkləyərək, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə töhfə verən ilk tərəfdaş ölkə olub.

Müasir reallıqlarda Orta Dəhlizin əhəmiyyətinin sürətlə artdığını vurğulayan deputat deyib ki, bu marşrut vasitəsilə Çindən Avropaya yüklər artıq 10 min kilometr deyil, 7 min kilometr məsafə ilə, cəmi 12 günə daşına bilir. Çinlə Avropa arasında illik 700 milyard dollarlıq ticarət dövriyyəsini nəzərə alsaq, Orta Dəhlizin strateji və perspektivli əhəmiyyətini aydın görmək mümkündür. 2024-cü ildə bu dəhliz vasitəsilə daşınan Çin yüklərinin həcmi 86 faiz artaraq 378 min tona çatıb. Həmçinin dəhliz üzərindən hərəkət edən qatarların sayı 287-ni keçib. Bu göstəricilər Azərbaycanın təqdim etdiyi tranzit imkanlarının regional və qlobal ticarətə mühüm töhfə verdiyini bir daha təsdiqləyir.

“Azərbaycan Şərq-Qərb dəhlizinin yükdaşıma potensialını gücləndirmək istiqamətində ardıcıl addımlar atır. 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinə əlavə 100 milyon dollar investisiya yatırılaraq, yolun illik yükötürmə gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb. Paralel olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün 15 milyon tondan 25 milyon tona qaldırılması istiqamətində işlər davam etdirilir. Bundan başqa, Azərbaycanın reallığa çevirdiyi Zəngəzur dəhlizinin açılması birinci mərhələdə 15 milyon ton yükün daşınmasına imkan verəcək. Bu isə Orta Dəhlizin şaxələnməsinə və Asiya ilə Avropa arasında yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq.

Azərbaycanla Çin arasında ticarət, istehsal, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya, bərpaolunan enerji və digər sahələri üzrə əməkdaşlıq imkanları genişdir. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydiyyatdan keçib və onlardan 300-ə yaxın şirkətin fəaliyəti aktivdir. Çin şirkətləri işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrasında yaxından iştirak edirlər. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və formalaşmış geniş hüquqi baza əməkdaşlıq imkanlarının hərtərəfli genişləndirilməsi üçün yeni imkanlar açır”, - deyə Azər Badamov bildirib.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirak etməsi üçün bu ölkədə işgüzar səfərdə olduğunu xatırladan A.Badamov fikirlərinə belə davam edib: “Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çinin Şanxay şəhərində təsis olunmaqla 10 üzv dövləti və 14 dialoq tərəfdaşını özündə birləşdirir. Həm də bir neçə ölkə dialoq tərəfdaşı statusu almaq üçün müraciət edib. ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60, dünya əhalisinin 40, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması istiqamətində addımların atılmasından ibarətdir. Azərbaycanın ŞƏT-in sammitlərində iştirakı ölkəmizə regional təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq üçün yeni bazarlar və imkanlar qazandırır”.

Çində “ŞƏT plyus” formatında keçirilən Zirvə toplantısının gündəliyinin çox zəngin olduğunu deyən deputat sonda əlavə edib: “Dünyada iqtisadi böhran və ticarət müharibələri, regional təhlükəsizlik, enerji, nəqliyyat və digər aktual mövzuların müzakirəsi nəzərdə tutulur. Çində keçiriləcək tədbirlərdə 26 dövlət başçısı və 10 beynəlxalq təşkilatın nümayəndəsinin iştirakı, həmin Zirvənin qlobal əhəmiyyətinin yüksək olduğunu göstərir. Dövlətimizin başçısının Çinə səfərini isə ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi və dostlarımızla yeni əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından çox əhəmiyyətli hesab edirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!