06 İyul 2026 10:35
183
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycan–Aİ əməkdaşlığını yeni səviyyəyə yüksəldir

Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycan–Aİ əməkdaşlığını yeni səviyyəyə yüksəldir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Bu bəyanat ölkəmizin beynəlxalq nüfuzunun artmasının, həyata keçirilən uzaqgörən xarici siyasətin və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq modelinin növbəti təsdiqidir.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə formalaşan yeni dinamikanın göstəricisidir. Bu təmaslar siyasi dialoqun dərinləşdiyini, qarşılıqlı etimadın möhkəmləndiyini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini göstərir.

Azərbaycan bu gün Avropa İttifaqının etibarlı enerji tərəfdaşı kimi strateji əhəmiyyətini daha da artırır. Ölkəmizin təbii qaz ixracının artması, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə və enerji sahəsində strateji tərəfdaşlığın uğurla inkişafı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən enerji siyasətinin nəticəsidir. Xüsusilə hazırkı geosiyasi şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənmişdir.

Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevirir. Nəqliyyat və logistika infrastrukturuna qoyulan böyük investisiyalar regionun iqtisadi inkişafına və beynəlxalq ticarətin genişlənməsinə mühüm töhfə verir.

Bəyanatda xüsusi diqqət çəkən məsələlərdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi oldu. Azərbaycanın zəngin günəş, külək və su enerji potensialının beynəlxalq tərəfdaşlarla birgə inkişaf etdirilməsi ölkəmizin yaşıl enerji strategiyasının uğurla həyata keçirildiyini göstərir. Qarşıdakı illərdə reallaşdırılacaq yeni layihələr Azərbaycanın Avropanın yaşıl enerji təhlükəsizliyində də mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirəcək.

Cənab Prezident İlham Əliyevin regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı verdiyi mesajlar da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın sülh gündəliyinə sadiqliyi, humanitar və iqtisadi etimad tədbirləri, regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunmasına yönəlmiş təşəbbüsləri ölkəmizin konstruktiv mövqeyini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, sülh artıq yalnız siyasi bəyanat deyil, real həyatda özünü göstərən bir prosesə çevrilməkdədir.

Avropa Komissiyasının regionda sülh və əməkdaşlıq təşəbbüslərinə dəstək verməyə hazır olması Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq regionun gələcək inkişafı, iqtisadi inteqrasiyası və xalqlar arasında etimadın gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçısı, eyni zamanda regionda sülhün və sabitliyin təşəbbüskarı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir. Bu uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi inkişafına və vətəndaşlarımızın rifahına xidmət edən strateji siyasətin məntiqi nəticəsidir.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Son iki gündə 81 cinayətin açılması təmin olunub

11:28
06 İyul

Rəqəmsal inkişaf Azərbaycanın yeni iqtisadi inkişaf modelinin əsas dayağıdır  

11:25
06 İyul

Hafiz Paşayev: XX Bakı Yay Enerji Məktəbinin iştirakçıları zəngin bilik və dəyərli təcrübə qazanacaqlar  

11:21
06 İyul

Dünya bazarında neft qiymətlərinin enmə tendensiyası başlayıb

11:07
06 İyul

“AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib

11:04
06 İyul

Muxtar Babayev: İqlim dəyişikliyi ilə bağlı fəlakətlərin intensivliyi sürətlə artır

11:01
06 İyul

DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı

10:51
06 İyul

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib  

10:42
06 İyul

XX Bakı Yay Enerji Məktəbi başlayır

10:36
06 İyul

Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycan–Aİ əməkdaşlığını yeni səviyyəyə yüksəldir

10:35
06 İyul

Xocalının Malıbəyli kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır  

10:31
06 İyul

Qızılın qiyməti son 2 həftənin maksimumuna yaxınlaşır 

10:23
06 İyul

FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib

10:18
06 İyul

Kiyevə kütləvi hava zərbələri nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb

09:43
06 İyul

Yəməndə hökumət qüvvələri ilə şiddətli döyüşlərdə 50-dən çox husi silahlısı öldürülüb

09:18
06 İyul

Cəbrayıl sakini: İnanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq

09:17
06 İyul

Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb

09:16
06 İyul

Dünya çempionatı: İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazanıb

09:14
06 İyul

Almaniyada yeni rəy sorğusu AfD-nin retinqinin artmaqda olduğunu göstərir

09:11
06 İyul

Dünya çempionatında sensasiya: Norveç Braziliyanı mübarizədən kənarlaşdırıb

09:09
06 İyul

Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır

08:57
06 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!