05 Noyabr 2024 10:27
101
SİYASƏT
A- A+
Prezident İlham Əliyev: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır  

Prezident İlham Əliyev: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır  

Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır. İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin COP29 çərçivəsində Bakıda “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı müraciətində, həmçinin qeyd edib: “COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.

Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir. Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan 7-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur  

14:08
05 Noyabr

Ravil Qaynutdin: İqlim gündəliyi ölkələr tərəfindən ayrı-ayrılıqda həyata keçirilə bilməz

14:06
05 Noyabr

Ravvin: İqlim dəyişikliyi ilə mübarizədə həmrəylik göstərməliyik

14:05
05 Noyabr

Azərbaycandan hava nəqliyyatı ilə tranzit daşınan sərnişinlərin sayı 1,4 dəfəyədək artıb  

14:05
05 Noyabr

Ombudsman Aparatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub  

14:04
05 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:55
05 Noyabr

Bu ilin 9 ayında Gürcüstan Azərbaycandan 160 milyon dollarlıq qaz idxal edib  

13:54
05 Noyabr

Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib  

13:53
05 Noyabr

Xalkidonun baş mitropoliti: İqlim dəyişikliyi özündə mənəvi amilləri birləşdirən bir məsələdir  

13:51
05 Noyabr

Allahşükür Paşazadə: Yaşıl iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf imkanı bəxş edir VİDEO  

13:40
05 Noyabr

bp Cənubi Qafqaz Boru Kəmərinə çəkilən xərcləri artırıb

13:39
05 Noyabr

Videoqraflar Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər 

13:36
05 Noyabr

Komitə sədri: Dini liderlərin Bakı Sammitinin dünyaya verəcəyi mesaj mühüm əhəmiyyətə malik olacaq  

13:22
05 Noyabr

MİDA-nın Sumqayıt və Lənkəran Yaşayış Kompleksindəki mənzilləri gələn ay satışa çıxarılacaq

13:20
05 Noyabr

Səngəçal terminalından 166 milyon barel neft və kondensat göndərilib  

13:18
05 Noyabr

Misir diyarının baş müftisi: Azərbaycan birgəyaşayışın, mədəni müxtəlifliyinin mövcud olduğu ölkədir  

13:17
05 Noyabr

Azərbaycanın veteran cüdoçusu 12 qat dünya çempionu olub

13:01
05 Noyabr

“Bakı-Tbilisi-Ceyhan” vasitəsilə dünya bazarına 4,4 milyard barel neft nəql edilib  

12:51
05 Noyabr

Pxenyan Koreya yarımadasında paritetin pozulacağı təqdirdə müharibə olacağını proqnozlaşdırıb  

12:43
05 Noyabr

Air France naməlum obyektə görə Qırmızı dəniz üzərində uçuşları ləğv edib

12:37
05 Noyabr

İlon Mask: ABŞ iflasın qarşısını almaq üçün xərcləri azaltmalıdr

12:30
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!