02 Aprel 2025 14:39
286
DÜNYA
A- A+
Polşanın XİN başçısı: 30-a yaxın ölkə Ukraynada sülhü qorumağa hazır olduqlarını bəyan ediblər  

Polşanın XİN başçısı: 30-a yaxın ölkə Ukraynada sülhü qorumağa hazır olduqlarını bəyan ediblər  


Ukraynada sülh bərqərar olduqdan sonra 30-a yaxın ölkə ona riayət olunmasını dəstəkləməyə hazır olduqlarını bəyan edib.

AZƏRTAC xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski “El Pais” qəzetinə müsahibəsində deyib.

“Artıq 30-a yaxın ölkə sülhdən sonra onu dəstəkləməyə hazır olduğunu bəyan edib. Lakin 1300 kilometrlik təmas xəttini ukraynalılar özləri qoruyacaqlar”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın qarşısını almaq vəzifəsini öhdəsinə götürə bilməz. “Bu, bizim üçün çox böyük vəzifədir. Bunun üçün bütövlükdə NATO-nun səyləri lazımdır”, - deyə nazir əlavə edib.

Bir müddət öncə, Qərb mediası London və Parisin Ukrayna üzrə sülh sazişini təmin etmək üçün 10-30 min hərbçidən ibarət sülhməramlı korpusun formalaşdırılacağına ümid etdiklərini yazıb. Həmçinin qeyd olunub ki, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcıları Polşa ərazisindən havaya qalxaraq Ukrayna üzərində patrul missiyası həyata keçirə bilər.

Martın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, NATO qoşunlarının istənilən bayraq altında Ukrayna torpaqlarında yerləşməsi Rusiya üçün təhlükədir və Moskva heç bir halda bunu qəbul etməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb  

21:51
07 Aprel

Gimnaziada: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  

20:19
07 Aprel

Tramp Çinə tətbiq edəcəyi vergini 50 faiz qaldıracağını açıqlayıb

19:57
07 Aprel

David Babayan: İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı  

19:46
07 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib  

19:41
07 Aprel

Azərbaycan və İsrail yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanlarını müzakirə edəcək  

19:35
07 Aprel

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

19:23
07 Aprel

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:17
07 Aprel

“Jewish Press”: Azərbaycanın “İbrahim razılaşması”na qoşulacağı günə ümidliyik  

19:06
07 Aprel

Gimnaziada: Azərbaycanın 10 yunan-Roma güləşçisindən 9-u medal qazanıb

18:53
07 Aprel

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən

18:43
07 Aprel

YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər  

18:42
07 Aprel

Maqnit qasırğası müşahidə edilir  

18:39
07 Aprel

Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

18:35
07 Aprel

Ağdərə sakini: Ötən illər ərzində doğma yurdumuza qovuşacağımızı gözləmişik  

18:33
07 Aprel

Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

18:31
07 Aprel

Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında qlobal çağırışlardan danışıb  

18:30
07 Aprel

Britaniya parlamentarisi lord Con Man ilə Azərbaycan-Britaniya münasibətləri müzakirə olunub  

18:27
07 Aprel

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin I rübü üzrə nəticələri açıqlayıb

18:25
07 Aprel

Parlamentin növbəti iclasının gündəliyi bəlli olub

18:19
07 Aprel

Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər  

18:18
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!