Aprelin 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri Əli Hüseynli çıxış edərək Prezident İlham Əliyev tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi ilə bağlı 5 məsələnin gündəliyə daxil edildiyini bildirib.
Çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov son dövrlərdə Şura tərəfindən görülən işlər və ümumilikdə məhkəmə sistemində həyata keçirilən islahatlar barədə danışıb. O qeyd edib ki, bütün bu islahatlar beynəlxalq təcrübənin - norma və prinsiplərin öyrənilməsi ilə tətbiq olunur. Şura tərəfindən, eyni zamanda, hakimlərin qəbulu, qiymətləndirilməsi, irəli çəkilməsi, elektron məhkəmə sisteminin inkişafı və vətəndaş müraciətlərinə baxılması kimi sahələrdə kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, hakimlərin irəli çəkilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının nəzdində Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb.
Namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 16 hakimlə bağlı məsələlərin müzakirəyə təqdim olunduğunu bildirən deputat Nizami Səfərov onlardan 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 3 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinə, 4 nəfərin isə Şirvan Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, apellyasiya instansiyası məhkəmələrinin 4 hakiminin iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad olunması da gündəmdədir.
Sonra deputatlar Kamal Cəfərov və Bəhruz Məhərrəmov ölkədəki məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, öz təklif və qeydlərini səsləndiriblər.
Komitə sədri Əli Hüseynli bildirib ki, məhkəmə hakimiyyətində ədalət prinsipləri əsasında gəncləşdirmə prosesi aparılır, təcrübə mübadiləsi həyata keçirilir. O, son dövrlərdə qadın hakimlərin sayının artmasına da xüsusi diqqət çəkib.
Daha sonra gündəlikdəki 5 məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub
Dubay Beynəlxalq Hava Limanı dünyanın ən işlək aeroportu seçilib
Heyvan yağlarına yeni alternativ yağ istehsal ediləcək
Əlcəzair hakimiyyəti 12 fransız diplomatı ölkədən çıxarır
ABŞ və İran danışıqların yerini dəyişə bilər
Tacikistanda zəlzələ nəticəsində 94 yaşayış binası dağılıb
ANAMA: Ötən həftə 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Xəzər dənizində zəlzələ olub
AMADA "Ədalətli idman həftəsi - 2025" çərçivəsində tədbir keçirib
Qarabağ Universitetində “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - YENİLƏNİB
AÇG və “Şahdəniz”dən hasil edilən qazın 36 faizdən çoxu ixrac edilib
Baş prokuror Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib
Kiyev 15 milyard dollara ABŞ-dan 10 ədəd “Patriot” sistemi almağa hazırdır
Temperatur enəcək, leysan yağacaq - PROQNOZ
Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib
Azərbaycan Respublikasının kommersiya mübahisələrinə baxan hakimləri Türkiyədə səfərdə olublar
Ekvador Seçki Komissiyası hazırkı prezident Noboanı seçkilərin qalibi elan edib
Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri müzakirə olunub
BƏT-in nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri diqqətli olmağa çağırır
Tramp İranla bağlı çox tez qərar veriləcəyinə ümid bəsləyir
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!