04 Oktyabr 2024 08:10
346
CƏMİYYƏT
A- A+
Paytaxtın quruculuq mənzərələri 

Paytaxtın quruculuq mənzərələri 


Getdiyimiz, gördüyümüz şəhərlər həmişə tarixi yerləri, körpüləri, yaşıllığı, abadlığı, bir sözlə, bənzərsiz gözəlliyi ilə yaddaşımızda qalır. Bu da təbiidir. Çünki insan həmişə gözəlliyə can atır, onun vurğunu olur, onu vəsf edir. Bir də ki, səliqə-sahman, abadlıq həmişə könül açır, göz oxşayır. Gözoxşayan gözəlliklər isə insanların ovqatına ovqat qatır, yaşamaq həvəsini artırır. 

Bu gün ölkəmizin paytaxtı Bakı şəhərində aparılan abadlıq işləri hamımızı sevindirir. Meydanlar, küçə və prospektlər, hətta məhəllələr belə gündən-günə gözəlləşir. Belə şəhərdə yaşamaq və işləmək isə insanda xoş ovqat yaradır. 

Azərbaycan cari ilin noyabr ayında COP29-a evsahibliyi edəcək. Həmin günlər şəhərimiz qonaqlı-qaralı olacaq. Ölkəmizin paytaxtına demək olar ki, dünyanın hər yerindən nümayəndələr gələcək. Qonaqlar istirahət vaxtlarında şəhərimizin tarixi yerlərini, meydanlarını, küçə və prospektlərini gəzəcəklər. Deməli, şəhərimizi elə abadlaşdırmalıyıq ki, Bakı gələn qonaqların yaddaşında dünyanın ən gözəl, insanları valeh edən məkanlarından biri kimi qalsın. Məhz buna görə də indi şəhərimizin demək olar ki, bütün guşələrində geniş abadlıq işləri aparılır.

Paytaxtımızın sakinləri aparılan bu abadlıq, təmir və bərpa işlərinin hər gün şahidi olurlar. Abadlaşan binalar, parklar, meydanlar, tarixi məkanlar, küçələr sanki əyinlərinə yeni don geyinirlər. Daha möhtəşəm, bənzərsiz görkəmdə görünürlər. Bu gözəllik isə hər birimizi sevindirir və zövqümüzü oxşayır. Çünki insan yaranandan gözəllik aşiqi olub. Buna görə də həmişə səfalı, səliqə-sahmanlı yerlərdə məskən salıb.

Sevindirici odur ki, abadlıq və quruculuq işləri təkcə böyük meydan, park və prospektlərdə deyil, hər yerdə - dayanacaqlarda, yeraltı keçidlərdə, səkilərdə, binaların fasad və eyvanlarında, bir sözlə, hər addımda aparılır. Belə hərtərəfli quruculuq və bərpa işləri hamıda heyranlıq yaradır. Görülən hər kiçik iş, yerə döşənən hər kiçik daş, silinən və rənglənən hər metr divar təmizliyə və gözəlliyə xidmət edir. 

Təmizlik, abadlıq işləri daim insanlara başucalığı gətirib. Ona görə də bu vacib tədbirlər həmişə ölkəmizdə diqqətdə saxlanılıb, heç vaxt unudulmayıb. Abadlıq işləri başa çatandan sonra təbiidir ki, şəhərimiz daha cəlbedici, daha  möhtəşəm olacaq və noyabr ayında ölkəmizə gələcək COP29-un iştirakçılarının zövqünü oxşayacaq. 

Quruculuq, abadlıq işlərinin daha rəvan getməsi üçün ən bacarıqlı, ən peşəkar mütəxəssislər cəlb olunub. Təbiidir ki, bu amil işlərin yüksək keyfiyyətlə aparılmasına müsbət təsir göstərəcək. Bu isə son nəticədə görənlərin zövqlərini oxşayacaq. 


Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

20:19
04 Oktyabr

Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib

20:17
04 Oktyabr

Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub

20:15
04 Oktyabr

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

20:14
04 Oktyabr

Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub

19:51
04 Oktyabr

Kilometrlərlə uzaqdan nüvə silahlarını aşkar edən detektor

19:31
04 Oktyabr

Mobil cihazlar təyyarə pəncərəsindən istifadə edilərk şarj ediləcək

19:16
04 Oktyabr

Supernovanın fərqli anları tək kadrda qeydə alınıb   

19:08
04 Oktyabr

Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər

18:59
04 Oktyabr

Azərbaycan cüdoçusu bürünc medal qazandı  

18:47
04 Oktyabr

O dünyanın ən zəngin iki adamından biridir

18:35
04 Oktyabr

Rusiya "Taliban"ı terrorçuların siyahısından çıxarır  

18:12
04 Oktyabr

Aİ və Gürcüstan arasındakı danışıqlar dayandırıldı

18:08
04 Oktyabr

    Xüsusi xidmət orqanlarının rəhbərləri Astanaya toplaşır 

17:59
04 Oktyabr

BRICS-ə üzv olmaq üçün şərtlər açıqlandı 

17:55
04 Oktyabr

İsveçrə Ukraynanın yenidən qurulmasına pul ayırır

17:46
04 Oktyabr

Ən sürətlə yayılan xəstəlik süd vəzi xərçəngidir 

17:31
04 Oktyabr

“Mən komandanı düzəldəcəm, bir az səbrli olun!” – İDDİALI AÇIQLAMA

17:24
04 Oktyabr

NATO-nun yeni Baş katibi Kiyevdədir

17:22
04 Oktyabr

Keçmiş prezident insan alverində günahlandırılır - Nazirdən açıqlama 

17:12
04 Oktyabr

Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən məsələlər plenar iclasa tövsiyə olunub  

16:42
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!