05 Fevral 2026 20:43
489
İQTİSADİYYAT
A- A+
“PAŞA Holding”in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS Hüquq Forum”u keçirilib  

“PAŞA Holding”in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS Hüquq Forum”u keçirilib  


“PAŞA Holding” və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Baş prokuror Kamran Əliyev, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov, eləcə də “PAŞA Holding”in qrup üzrə hüquq və komplayens departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.

“Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda forum keçirilir və bizim üçün bu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həm çox sevindirici, həm də çox qürurverici haldır”, - deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov çıxışında bildirib.

“İqtisadiyyatın şaxələndirilməsi üçün bu sahədə hüquq sisteminin inkişafı, həmçinin dövlət və özəl sektor arasında qarşılıqlı etimadın daha da gücləndirilməsi vacibdir. Biznes fəaliyyətinin stimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi iqtisadi sferada prioritet istiqamətlərdəndir. İqtisadiyyatın ayrı-ayrı sahələri inkişaf etdikcə hüquq-mühakimə sisteminin də qarşısında yeni çağırışlar yaranır. “LEGIS Hüquq Forumu” qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin dəyərləndirilməsi üçün əhəmiyyətli platformadır”, - deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib.

“Dövlət və özəl sektor arasında təmasın olması zəruridir. Bu təmas, təbii ki, hakimiyyətin hər üç qolunu əhatə etməlidir. Düşünürəm bu forum bu məqsədə əhəmiyyətli dərəcədə xidmət göstərəcək”, - deyə ədliyyə naziri Fərid Əhmədov vurğulayıb.

“Özəl sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər. Prokurorluq qanunların dəqiq və dürüst icra olunmasına nəzarət edən qurumdur. Biz özəl sektorla bağlı müraciətlərlə açıq-aydın cinayət əməli olmayanda digər dövlət qurumlarına yönəldilir. Biz açıq-aşkar çalışırıq ki, özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməsin, zərurət olmadığı halda qarışılmasın”, - deyə Baş prokuror Kamran Əliyev “LEGIS Regional Hüquq Forum”unda deyib. O bildirib ki, lakin müasir Baş Prokurorluq onların müdafiəçisi qismindədir.

Bundan əlavə, tədbir çərçivəsində hüquq sahəsinin aktual məsələlərinə həsr olunmuş bir neçə mühüm panel müzakirələri keçirilib.

Dövlət və özəl sektor əməkdaşlığı panel müzakirə sessiyası hüquqi çərçivələrin gücləndirilməsi və innovasiyaların təşviqi istiqamətində tərəfdaşlıqların rolunu araşdırıb. “PAŞA Bank”ın hüquqi məsələlər şöbəsinin rəhbəri İlham Hüseynov panelin moderatoru kimi dövlət, özəl, akademik və vəkillik sahəsində çalışan hüquqşünasları salamlayıb və qeyd edib ki, hüquqşünasların birləşdiyi bu dörd icma arasında dialoq çox vacib və önəmlidir, hüquqşünasların dövlət və özəl dialoqunda yaxından iştirak etdiyi üçün onların arasında olan dialoqun keyfiyyəti dövlət və özəl dialoquna da təsir edir, hüquqşünaslar bu dialoqu təmin edərkən daha çox həllyönümlü davranmalıdırlar.

Eyni zamanda, paneldə spiker kimi çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib. O, dövlət və özəl sektorun birgə fəaliyyətinin sosial əhəmiyyətli problemlərin həllində və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında əhəmiyyətli olduğunu bildirib.

Həmin paneldə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov bildirib ki, prokurorluq orqanlarında aparılan sistematik təhlillər nəticəsində bütün sahələrdə, o cümlədən özəl sektorda baş verən hüquqpozmalar və korrupsiyaya şərait yaradan hallar müəyyən edilir: “Onların qarşısının alınması və gələcəkdə törədilməməsi məqsədilə, habelə qanun pozuntularından çəkindirmək üçün həmin qurumlara və aidiyyəti dövlət təsisatlarına prokuror təsir aktı olan müvafiq təqdimatlar, xəbərdarlıqlıqlardan geniş şəkildə istifadə olunur. Təhlil edilmiş son iki ilin statistik göstəricilərinə görə aidiyyəti qurumlara 194 təqdimat göndərilib, 80 halda isə xəbərdarlıq elan edilib”.

Həmçinin, paneldə çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət və özəl tərəfdaşlığına Rəqabət Məcəlləsinin təsiri və sağlam rəqabət mühitinin formalaşdırılması barədə, bp Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli xarici investor kimi dövlət və özəl tərəfdaşlığının bp təcrübələri barədə, “Deloitte Azərbaycan” şirkətinin vergi və hüquq üzrə partnyoru Nuran Kərimov isə həm özəl və dövlət sektorunun qarşılıqlı dialoqda gözləntiləri barədə, COVİD19 və Vətən Müharibəsi dönəmində dövlət və özəl sektorun sıx əməkdaşlığı kimi mühüm mövzulara toxunublar.

Digər mühüm sessiya olan “Arbitraj” panelində müasir hüquq sistemlərində arbitrajın inkişaf edən roluna, arbitrajın müasir hüquq sistemlərində artan əhəmiyyətinə və Azərbaycanda bu sahənin inkişaf perspektivlərinə həsr olunub. Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyevanın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, İsveçrənin “Patocchi & Marzolini” hüquq firmasının təsisçi partnyoru Paolo Marzolini, İsveçrənin “Peter & Kim” hüquq firmasının partnyoru və professor Hüqo Barbier, eləcə də SOCAR-ın korporativ hüquq departamentinin rəhbəri Nurlan Mustafayev çıxış ediblər. Paneldə arbitrajın səmərəli mübahisə həlli mexanizmi kimi əhəmiyyəti vurğulanıb və onun Azərbaycanın hüquqi mühitində daha geniş tətbiqi imkanları müzakirə edilib.

Bununla yanaşı, Rəqəmsal Ekosistem paneli maraqlı müzakirələr ilə yadda qalıb. Texnologiya hüququ sahəsindəki aktual məsələlərin təhlili sessiyasında hüquq və innovasiyanın kəsişmə nöqtələri araşdırıldı. “Kapital Bank”nin hüquq departamentinin direktoru Ələkbər İsmayılzadənin moderatorluğu ilə baş tutan müzakirədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev, Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayev, “Competo”nun hüquq departamentinin direktoru Həbib Teymurov, “Trendyol Qrup” Azərbaycan şirkətinin hüquq departamentinin rəhbəri Funda Tüfekçi və “PashaPay”in hüquq departamentinin direktoru Arif Mehdiyev fikirlərini bölüşüblər. Paneldə ecosistem funksiallığı və vacibliyi, süni intellektin tətbiqi, hüquqi risklər və dövlət tənzimlənməsi müzakirə olunub.

Bundan əlavə, spikerlər texnoloji inkişafı, innovasiyaları dəstəkləyən vergi təşviq mexanizmləri, vergi islahatlarının planlamasında ekosistem strategiyasının faydalı aspektləri, eləcə də rəqamsal ekosistemdə hüquqşunasın və hüquq departamentin mövcud və gələcək rolu barədə fikirlərini səsləndiriblər.

“Rəqəmsal ekosistemin əsas məqsədi müştəri məmnuniyyətidir. Halbuki, innovasiyalar, xüsusən də süni intellekt hüquqşünasların öz işini səmərəli görməsində yeni resurs olduğu⁠ üçün bəzən tənzimləyici orqanların həddən artıq konservativ yanaşmaları, rəqəmsal biznesin inkişafı ⁠üçün çətinliklər yaradır”, - deyə “Kapital Bank”ın hüquq departamentinin direktoru Ələkbər İsmayılzadə vurğulayıb.

“Süni intellekt texnoloqiyalarının tətbiqi ilə bağlı bir sıra hüquqi məsələlərin həllinin zəruri olduğu vurğulamaq istəyirəm. O cümlədən növbəti illərdə bu sahədə inkişafın təmin edilməsi üçün hazırda ayrıca süni intellekt strategiyası hazırlanır”, - deyə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vüsal İsayev çıxışı zamanı qeyd edib.

“Təşviq mexanizmlərinin formalaşdırılmasında dövlət və özəl sektorların effektiv qarşılıqlı fəaliyyəti vacib amildir. Bu xüsusda, texnoloji sahələrin gələcək inkişafının vergi alətləri vasitəsilə dəstəklənməsi üçün sahibkarlıq subyektlərinin təkliflərinə və dialoqa açıq olduğumuzu bir daha ifadə etmək istəyirəm”, - deyə Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayev bildirib.

Panel müzakirələri ilə yanaşı, tədbir çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynovun çıxışı da baş tutub. O, insan hüquqları sahəsində aktual məsələlərə dair dəyərli fikirlərini bölüşərək, insan hüquqlarının müasir hüquq sistemindəki rolu və inkişaf tendensiyaları haqqında vacib məqamları diqqətə çatdırıb.

Tədbirin ən maraqlı məqamlarından biri isə dünyaca məşhur humanoid robot Sofiyanın iştirakı ilə baş tutan interaktiv müsahibə olub. “PAŞA Həyat Sığorta”nın hüquq departamentinin direktoru Səbuhi Göyüşovun moderatorluğu ilə keçirilən bu sessiyada innovasiya və qanunvericilik sahəsindəki son trendlər müzakirə edilib. Süni intellekt və hüququn kəsişmə nöqtələrinə toxunan bu dialoq, rəqəmsal dövrdə hüquqi tənzimləmə mexanizmlərinin necə dəyişdiyini və gələcəkdə bu sahədə hansı çağırışların gözlənildiyini izah edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

16:28
09 Aprel

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

16:20
09 Aprel

İtaliya Aİ-nin büdcə qaydalarını dayandırmağı gündəmə gətirdi

16:13
09 Aprel

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

16:07
09 Aprel

Tramp NATO-nu xəyanətdə ittiham edir

16:05
09 Aprel

Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

16:03
09 Aprel

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatları açıqlayıb  

15:57
09 Aprel

Vəkillər Kollegiyasının CLDP ilə əməkdaşlığı uğurla davam edir

15:56
09 Aprel

Bakıda sürüşmə təhlükəsi: hansı ərazilər risk altındadır?

15:55
09 Aprel

İranda müharibə qurbanlarının sayı 3 mini ötüb

15:54
09 Aprel

Çingiz Hüseynzadə: Millimiz o vaxt güclü olacaq ki, futbolçularımız Avropada çıxış edəcəklər  

15:53
09 Aprel

Çində avtomobil satışları ötən ay 15 faiz azalıb

15:52
09 Aprel

Şamil Ayrım: TDT-nin Azərbaycanın sədrliyi dövründə daha da fəallaşması mühüm irəliləyişdir  

15:51
09 Aprel

İndoneziyada zəlzələ: 100-dən çox ev dağılıb, xəsarət alanlar var

15:50
09 Aprel

Pakistan ABŞ-İran danışıqlarından əvvəl əlavə təhlükəsizlik tədbirləri tətbiq edir  

15:49
09 Aprel

“Turan Tovuz” klubu yüksək məbləğdə cərimələnib

15:13
09 Aprel

Ziya Öztürklər: Ortaq tariximiz, mədəniyyətimiz və köklü ənənələrimiz ən möhkəm dayağımızdır  

14:57
09 Aprel

RSXM: Xəzərdə ardıcıl zəlzələlərin baş verməsi seysmik aktivliyin artması ilə əlaqədardır

14:51
09 Aprel

Milli Məclisin komitə sədri: Azərbaycan-Türkiyə-Şimali Kipr əlaqələri günbəgün genişlənir  

14:43
09 Aprel

İşğaldan azad edilmiş ərazilərdə 800-dək sakin üçün kiçik bizneslər yaradılıb  

14:34
09 Aprel

Danimarkada həbsxanaların dolu olması ciddi problemlər yaradır  

14:27
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!