09 Aprel 2026 16:03
143
CƏMİYYƏT
A- A+
Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 9-da nazir Mustafa Çiftçi və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı "Əbədi məşəl" kompleksini və “Türk şəhidliyi”ni ziyarət ediblər.

Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov türkiyəli həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

V.Eyvazov iki ölkənin daxili işlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq-mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Bu əlaqələrin, ilk növbədə, qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığı diqqətə çatdırılıb.

Vilayət Eyvazov Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb, Mustafa Çiftçinin şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib. Vilayət Eyvazov Mustafa Çiftçinin Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu da bildirib.

Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından və təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cibuti – qeyri-sabit bölgədə sabit ölkə 

17:17
09 Aprel

“Kia”nın gələcək hədəfləri  

16:56
09 Aprel

Gəncə beynəlxalq diqqət mərkəzində: “WUF13 Ganja” sənədli filmi təqdim olunub  

16:47
09 Aprel

1 milyondan çox Sudan qaçqını yardımların kəsimləri ilə üzləşir 

16:39
09 Aprel

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

16:28
09 Aprel

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

16:20
09 Aprel

İtaliya Aİ-nin büdcə qaydalarını dayandırmağı gündəmə gətirdi

16:13
09 Aprel

MOK rəsmisi: “Los-Anceles-2028” üçün hazırlıq prosesinə indidən ciddi yanaşmaq vacibdir

16:07
09 Aprel

Tramp NATO-nu xəyanətdə ittiham edir

16:05
09 Aprel

Azərbaycan-Türkiyə hüquq-mühafizə əməkdaşlığı daha da güclənir

16:03
09 Aprel

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatları açıqlayıb  

15:57
09 Aprel

Vəkillər Kollegiyasının CLDP ilə əməkdaşlığı uğurla davam edir

15:56
09 Aprel

Bakıda sürüşmə təhlükəsi: hansı ərazilər risk altındadır?

15:55
09 Aprel

İranda müharibə qurbanlarının sayı 3 mini ötüb

15:54
09 Aprel

Çingiz Hüseynzadə: Millimiz o vaxt güclü olacaq ki, futbolçularımız Avropada çıxış edəcəklər  

15:53
09 Aprel

Çində avtomobil satışları ötən ay 15 faiz azalıb

15:52
09 Aprel

Şamil Ayrım: TDT-nin Azərbaycanın sədrliyi dövründə daha da fəallaşması mühüm irəliləyişdir  

15:51
09 Aprel

İndoneziyada zəlzələ: 100-dən çox ev dağılıb, xəsarət alanlar var

15:50
09 Aprel

Pakistan ABŞ-İran danışıqlarından əvvəl əlavə təhlükəsizlik tədbirləri tətbiq edir  

15:49
09 Aprel

“Turan Tovuz” klubu yüksək məbləğdə cərimələnib

15:13
09 Aprel

Ziya Öztürklər: Ortaq tariximiz, mədəniyyətimiz və köklü ənənələrimiz ən möhkəm dayağımızdır  

14:57
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!