21 Yanvar 2025 17:54
205
PARLAMENT
A- A+
Parlamentin Səhiyyə komitəsinin ötən ilin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab edilib

Parlamentin Səhiyyə komitəsinin ötən ilin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab edilib


Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Əhliman Əmiraslanov yeni sessiya münasibətilə komitə üzvlərini təbrik edib və onlara işlərində müvəffəqiyyətlər arzulayıb. O, iclasın gündəliyində 3 məsələnin olduğunu deyib.

Komitə sədri əvvəlcə, 2024-cü il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlərdən bəhs edib. O bildirib ki, hesabat dövründə komitənin 14 iclası keçirilib, 17 məsələ, o cümlədən “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, habelə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” və digər qanun layihələri müzakirə olunub.

Qeyd edilib ki, ötən sessiya ərzində komitəyə daxil olmuş 134 ərizə və şikayətlə bağlı aidiyyəti ünvanlara müvafiq tədbirlərin görülməsi üçün 150-dən çox məktub göndərilib. Bununla yanaşı, komitənin sədri tərəfindən 175 nəfər, ümumilikdə 516 nəfər vətəndaş qəbul edilib, qaldırılan məsələlərlə əlaqədar lazımi işlər görülüb.

Sessiya dövründə komitənin sədri və üzvləri bir sıra yerli və beynəlxalq tədbirlərdə fəal iştirak edib, görüşlər keçiriblər. Deputatlar habelə, müxtəlif mövzularda təşkil olunmuş konfranslar, dinləmələr və dəyirmi masalarda müzakirələrə qatılıblar.

Sonra Əhliman Əmiraslanov Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil edilmiş bir sıra qanun layihələrinə baxılacaq, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflər təhlil ediləcək. İş planında, habelə, “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda, “Dərman vasitələri haqqında” Qanunun icrasının monitorinqi ilə bağlı ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sənədi təqdim edərək bildirib ki, “Tibbi sığorta haqqında” Qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Belə ki, Qanunun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Habelə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə müştərək maliyyələşmə məbləği tətbiq edilən halların göstərildiyi, icbari tibbi sığortanın göndəriş sistemi üzərində qurulduğu və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləğinin tətbiq edildiyi qeyd olunub.

Yuxarıda göstərilənlər nəzərə alınaraq, icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur. Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı çıxış edən deputatlar 2024-cü il payız sessiyası dövründə Səhiyyə komitəsinin məhsuldar fəaliyyət göstərdiyini deyiblər, bu müddətdə görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər. Çıxışlarda komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı bir sıra təkliflər verilib və iş planının layihəsi təsdiq edilib.

Deputatlar “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu, sənəddə əks olunan məsələlərin vacibliyini söyləyiblər, bəzi qeydlərini səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 14 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə

03:15
22 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması qaydasına dair

03:13
22 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə

03:12
22 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə  

03:11
22 Yanvar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" adlı müsabiqə keçirir

03:10
22 Yanvar

Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib

22:57
21 Yanvar

Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib

22:56
21 Yanvar

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb

22:54
21 Yanvar

Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

21:18
21 Yanvar

Vladimir Putin Türkiyə Prezidentinə başsağlığı verib

21:17
21 Yanvar

Mexikoda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

21:16
21 Yanvar

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb

21:14
21 Yanvar

İran Prezidenti Məsud Pezeşkian Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

21:14
21 Yanvar

Françesko Randazzo: Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır - MÜSAHİBƏ

21:13
21 Yanvar

Türkiyədəki yanğınla bağlı ölkədə bir günlük matəm elan edilib 

21:12
21 Yanvar

Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb

21:11
21 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib

21:10
21 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in sədri Numan Kurtulmuşa başsağlığı verib

19:33
21 Yanvar

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb YENİLƏNİB

19:30
21 Yanvar

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub

19:27
21 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub

19:09
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!