21 Yanvar 2025 21:18
213
SİYASƏT
A- A+
Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib


Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə bu il yanvarın 20-də Riqa şəhərinin tarixi-memarlıq abidəsi olan Kiçik Gildiyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada yaşanan 20 Yanvar faciələrinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edib. O xatırladıb ki, 1980-ci illərin sonlarında Ermənistan ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürüb, indiki Ermənistandan yüz minlərlə azərbaycanlı tarixi torpaqlarından qəddarlıqla deportasiya edilib və sovet rəhbərliyinin bu qanunsuz hərəkətlərə dəstək verməsi Azərbaycanda haqlı etirazlara səbəb olub və milli azadlıq hərəkəti geniş vüsət alıb. Səfir 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi amansız qırğın barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, keçirdiyi mətbuat konfransı ilə informasiya blokadasını yardığını, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdiyini və qırğını törədənlərin cəzalandırılmasını tələb etdiyini diqqətə çatdırıb. Ulu Öndərin bu cəsarətli addımının Azərbaycan xalqını azadlıq uğrunda mübarizəyə ilhamlandırdığını bildirən səfir 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın bu dövr ərzində çətin, lakin şərəfli yol keçdiyini, ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdiyini, müstəqil siyasət həyata keçirdiyini və güclü iqtisadiyyat qurduğunu vurğulayıb.

Sonra Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs çıxışında faciə qurbanlarının xatirəsinin qəlblərimizdə daim yaşayacağını diqqətə çatdırıb və 1991-ci il yanvarın 20-də Riqada baş verən faciə və “barrikadalar hərəkatı” barədə danışıb. O, hər iki ölkənin oxşar tarixi keçmişinin olduğunu, azadlıq uğrunda xalq hərəkatında fəallıq göstərən insanların qorxmayaraq sovet ordusunun qarşısına əliyalın çıxdıqlarına diqqət çəkib və 20 Yanvar tarixinin iki ölkənin azadlıq uğrunda mübarizə simvoluna çevrildiyini qeyd edib. O.Burovs, həmçinin Azərbaycan və Latviya arasında güclü əsaslara dayanan əlaqələrin mövcud olduğunu və 2024-cü ilin may ayında Latviya Seyminin spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfəri çərçivəsində azad olunmuş əraziləri ziyarət etdiyini xatırladaraq, Azərbaycan Hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirdiyini söyləyib.

Anım tədbiri faciə qurbanlarının xatirəsinə həsr edilmiş klassik musiqi proqramı ilə davam edib. Latviya Milli Simfonik Orkestrinin musiqiçiləri Azərbaycan, Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının əsərlərini səsləndirib.

Tədbirdə Latviya Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmiləri, diplomatik missiyaların rəhbərləri, akademik, dini və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi təşkil edilib.

Həmçinin qeyd edək ki, Azərbaycanın Latviyadakı səfirliyinin qarşısında 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət guşə qurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 14 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə

03:15
22 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması qaydasına dair

03:13
22 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə

03:12
22 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə  

03:11
22 Yanvar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" adlı müsabiqə keçirir

03:10
22 Yanvar

Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib

22:57
21 Yanvar

Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib

22:56
21 Yanvar

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb

22:54
21 Yanvar

Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

21:18
21 Yanvar

Vladimir Putin Türkiyə Prezidentinə başsağlığı verib

21:17
21 Yanvar

Mexikoda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

21:16
21 Yanvar

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb

21:14
21 Yanvar

İran Prezidenti Məsud Pezeşkian Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

21:14
21 Yanvar

Françesko Randazzo: Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır - MÜSAHİBƏ

21:13
21 Yanvar

Türkiyədəki yanğınla bağlı ölkədə bir günlük matəm elan edilib 

21:12
21 Yanvar

Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb

21:11
21 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib

21:10
21 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in sədri Numan Kurtulmuşa başsağlığı verib

19:33
21 Yanvar

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb YENİLƏNİB

19:30
21 Yanvar

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub

19:27
21 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub

19:09
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!