29 Noyabr 2024 21:33
1190
PARLAMENT
A- A+
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025-ci ilin büdcə zərfi ikinci oxunuşda müzakirə edilib  

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025-ci ilin büdcə zərfi ikinci oxunuşda müzakirə edilib  

Noyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov gündəliyə 2025-ci ilin dövlət büdcəsi zərfində yer alan 9 qanun layihəsinin ikinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib. Gündəlikdəki məsələlərin təqdimatları və müzakirəsi birgə aparılıb.

O, 2025-ci ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan layihələrin Prezidentin müəyyənləşdirdiyi strateji vəzifələrə və təşəbbüslərə uyğun olmaqla, dövlətimizin gücünü və qüdrətini, sosial siyasətinin effektivliyini, çoxşaxəliliyini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, cari ildə müşahidə olunan müsbət makro-iqtisadi meyillər gələn il bizə dövlət büdcəsini səmərəli şəkildə icra etməyə imkan verəcək.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov növbəti büdcə ilinə Azərbaycanın müsbət makroiqtisadi göstəricilər şəraitində daxil olduğunu deyib. Vurğulanıb ki, iqtisadiyyatın artım və inkişaf meyilləri, ÜDM-nin artım templəri, investisiya şəraiti və digər göstəricilər milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəflərin reallaşdırılması üçün maliyyə təminatı yaradır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əhalinin sosial təminatının daha da gücləndirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq, dövlət büdcəsinin sosialyönümlü xərclərinin ildən-ilə dinamik olaraq artdığını vurğulayıb.

Qeyd edilib ki, son 5 ildə sosial sahədə aparılmış dərin islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə 4 böyük sosial islahatlar zərfi icra edilib. Bu sosial islahatlar zərfinin illik xərci 7 milyard manat təşkil edir və 4 milyon vətəndaşımız bu islahatlar zərfindən bəhrələnir.

Büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Gələn ilin büdcəsində sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir.

Bundan başqa, əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial təminatının gücləndirilməsi məqsədilə dövlət büdcəsində kifayət qədər vəsaitlər nəzərdə tutulub. Belə ki, müavinət, təqaüd, kompensasiya ödənişlərinə 1,9 milyard manat, ünvanlı sosial yardım proqramının həyata keçirilməsi üçün 457 milyon manat, haqqı ödənilən ictimai işlər proqramının icrası üçün 200 milyon manat vəsait ayrılıb. Növbəti ildə də əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi kifayət qədər vəsait nəzərdə tutulub.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, sənayeləşmə və nəqliyyat-logistikanın inkişaf etdirilməsi kimi istiqamətlər barədə məlumat verib.

İclasda Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov büdcə layihəsinin əsas parametrlərini diqqətə çatdırıb, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov palatanın 2025-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib.

Müzakirələrin sonunda gündəliyin 9 məsələsi – “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!