26 Dekabr 2025 10:51
427
İQTİSADİYYAT
A- A+
Pambıq yığımı başa çatır - sahələrdən 360 min tondan çox məhsul yığılıb  

Pambıq yığımı başa çatır - sahələrdən 360 min tondan çox məhsul yığılıb  


2025-ci ildə pambıqçılıqda müstəqillik dövrünün ən yüksək orta məhsuldarlıq göstəricisi əldə olunub


Respublikanın pambıq tarlalarında məhsul yığımı başa çatır. Dekabrın 26-dək ölkə üzrə əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 360 047 ton xam pambıq tədarük olunub. Operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 35,84 sentner/hektar təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, respublikada pambıqçılıqda müstəqillik dövrünün ən yüksək orta məhsuldarlıq göstəricisidir.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə əsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid və herbisidlərlə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerə zəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərclərini qarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsulu yetişdirmək və müqavilədə müəyyən olunmuş qiymətə şirkətə təhvil vermək öhdəliyinə malikdir. “Contract farming” formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur.

Respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 min 634,1 ha), Ağcabədi (11 min 821,7 ha) və Sabirabad (11 min 86,2 ha) rayonlarında əkilib.

2025-ci təsərrüfat ilində pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonunda qeydə alınıb. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,88 sentner/hektar təşkil edib. Dekabrın 26-dək rayon üzrə əkin aparılmış 8 min 898,3 hektar sahədən 37 min 264,1 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,79 sentner/ hektar), Biləsuvar (39,90 sentner/ hektar), Tərtər (37,61 sentner/ hektar), Bərdə (37,31 sentner/ hektar) və Saatlı (36,06 sentner/ hektar) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığın təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Dekabrın 25-dən başlayaraq pambıqçı fermerlərə təhvil verdikləri məhsula görə subsidiyaların ödənilməsinə başlanıb. Subsidiya ödənişləri maliyyə qrafikinə uyğun olaraq dekabrın 30-da başa çatacaq. Qaydalara əsasən, məhsulun təhvil verilmə qəbzlərini EKTİS-ə dekabrın 15-dən sonra daxil edən fermerlərə isə subsidiyaların ödənişi 2026-cı maliyyə ilinin 2-ci rübündə həyata keçiriləcək.

Qeyd edək ki, bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məmmədbəyli sakini: Bu gün doğma yurduma qayıtdığım üçün böyük sevinc hissi keçirirəm  

09:22
29 Yanvar

Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  

09:22
29 Yanvar

Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb  

09:21
29 Yanvar

Diqqət əskikliyi niyə artır?

08:50
29 Yanvar

Tanınmış memar və ictimai xadim

08:45
29 Yanvar

Şəhərlərimizin özünəməxsus siması formalaşır

08:40
29 Yanvar

Zəngəzur dəhlizi regional və qlobal geosiyasətdə

08:35
29 Yanvar

ARDNF ötən ilin hesabatını açıqlayıb

08:30
29 Yanvar

Heç kim uğurlarımıza kölgə sala bilməz

08:25
29 Yanvar

Ağ Evin Cənubi Qafqaz prioritetləri

08:20
29 Yanvar

Yüksək nüfuzun göstəricisi

08:15
29 Yanvar

Təhlükəsizliyimiz yüksək peşəkarlıqla təmin olunur

08:10
29 Yanvar

Müasir çağırışlara cavab verən uğurlu strategiya

08:05
29 Yanvar

Sənaye zonaları - dayanıqlı inkişafın möhkəm dayağı

08:00
29 Yanvar

Türkiyənin Milli Təhlükəsizlik Şurası: Ankara dünyada sülhün və sabitliyin qorunması istiqamətində addımlarını davam etdirəcək  

07:52
29 Yanvar

Arne Slot: ”Qarabağ” bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi  

07:51
29 Yanvar

Qurban Qurbanov: Daha yaxşı oynaya bilərdik  

07:50
29 Yanvar

Çempionlar Liqasında əsas mərhələyə yekun vurulub

07:48
29 Yanvar

Çempionlar Liqası: “Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub  

07:47
29 Yanvar

Çempionlar Liqası:“Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb

07:46
29 Yanvar

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında

01:38
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!