01 Sentyabr 2026 14:50
104
SİYASƏT
A- A+
Pakistanın Baş naziri ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb  

Pakistanın Baş naziri ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb  


Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif artan geosiyasi gərginlik fonunda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sülh və sabitliyin təmin olunmasında rolunun gücləndirilməsinə çağırıb.

AZƏRTAC xəbər verir ki, Baş nazir bunu Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə deyib.

Baş nazir terrorizmi region üçün ən ciddi təhdidlərdən biri adlandırıb və bildirib ki, terrorçularla mübarizədə 90 mindən çox pakistanlı həlak olub, ölkənin iqtisadi itkiləri isə 150 milyard dolları ötüb. O vurğulayıb ki, terror qruplaşmaları Pakistana qarşı hücumlar həyata keçirmək üçün Əfqanıstan ərazisindən istifadə etməməlidirlər. Bununla yanaşı, İslamabadın dinc və sabit Əfqanıstanda maraqlı olduğunu qeyd edib.

Məhəmməd Şahbaz Şərif dəmir yolu, avtomobil və energetika layihələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, su ehtiyatlarından siyasi məqsədlərlə və ya təzyiq vasitəsi kimi istifadə edilməsi qəbuledilməzdir və bu sahədə beynəlxalq sazişlərə əməl etməyə çağırıb.

O ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb və bildirib ki, təşkilatın inkişaf bankının yaradılması regional iqtisadi əməkdaşlığı gücləndirə bilər.

Pakistanın 2026–2027-ci illərdə ŞƏT Dövlət Başçıları Şurasına sədrliyi ilə əlaqədar Məhəmməd Şahbaz Şərif bildirib ki, İslamabad energetika, İT, səhiyyə, mədəniyyət və idman sahələrinə diqqət yetirəcək, həmçinin ŞƏT çərçivəsində süni intellekt sahəsində infrastruktur və idarəetmə sisteminin yaradılmasını təklif edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ekspres marşrut xətlərində gündəlik 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır 

15:15
01 Sentyabr

ŞƏT liderləri Bişkek Bəyannaməsini imzalayıblar

15:10
01 Sentyabr

Nepalda sel fəlakəti nəticəsində ölənlərin sayı 987 nəfərə çatıb

15:05
01 Sentyabr

Bişkek görüşü regional reallıqların növbəti təsdiqidir

15:03
01 Sentyabr

Avropanın yeraltı qaz anbarları 65,09 faiz doludur  

15:00
01 Sentyabr

Azərbaycan Avrasiyanın yeni güc xəritəsində öz sözünü deyən ölkəyə çevrilib 

14:55
01 Sentyabr

Pakistanın Baş naziri ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb  

14:50
01 Sentyabr

Çin Xalq Respublikasının Sədri: ŞƏT birgə inkişafın əsas platformalarından birinə çevrilib  

14:45
01 Sentyabr

Çinli ekspert: Azərbaycan Prezidentinin ŞƏT sammitlərində iştirakı Bakının bu platformaya sadiqliyini göstərir  

14:40
01 Sentyabr

Azərbaycanın çimərlik voleybolu üzrə yığmaları Avropa çempionatlarında iştirak edəcəklər

14:35
01 Sentyabr

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın böyük önəm verdiyi mühüm beynəlxalq platformadır

14:30
01 Sentyabr

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyənləşdirilib

14:25
01 Sentyabr

Bu gündən balıq ovu mövsümü başlayır

14:15
01 Sentyabr

Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumundan danışıb

14:10
01 Sentyabr

13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib

14:05
01 Sentyabr

Nazir müavini: Balıqçılıq və toxumçuluq sahələrində rəqəmsallaşmanın tətbiqi əsas yeniliklərdəndir

14:00
01 Sentyabr

Sabaha olan hava proqnozu açıqlanıb  

13:55
01 Sentyabr

Yaponiyada ölkənin ən yaşlı sakini vəfat edib  

13:50
01 Sentyabr

ŞƏT məkanında nəqliyyat və bağlantıların gündəmə gəlməsi Azərbaycan üçün əhəmiyyətlidir

13:45
01 Sentyabr

Azərbaycanın ŞƏT ilə əlaqələri ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirir 

13:40
01 Sentyabr

Deputat: “Azərbaycan artıq orta güc dövlətinə çevrilib“

13:35
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!