19 May 2023 16:58
632
İQTİSADİYYAT
A- A+
Özbəkistanda “Caspian Energy Investment Forum Tashkent 2023” keçirilib

Özbəkistanda “Caspian Energy Investment Forum Tashkent 2023” keçirilib

 

“Caspian Energy Club" və "Caspian Energy Uzbekistan"ın birgə təşkilatçılığı ilə beynəlxalq “Caspian Energy Investment Forum Tashkent 2023” tədbiri keçirilib. Forum "Caspian Energy Club" tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində reallaşıb.

Bu barədə AZƏRTAC-a "Caspian Energy Uzbekistan"ın İdarə heyətinin sədri Tehran Əliyev bildirib.

Xatırladaq ki, bu tədbirə həsr olunmuş ilk üç forum fevralın 28-də Tbilisidə, martın 22-də Praqada və aprelin 30-da İstanbulda təşkil olunmuşdu.

Forumun açılışında "Caspian Energy Club"un İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev salamlama nitqi ilə çıxış edib.

"Caspian Energy Uzbekistan"ın İdarə Heyətinin sədri Tehran Əliyev qeyd edib ki, təşkil olunmuş beynəlxalq "Caspian Energy Investment Forum Taskent 2023"ün əsas mövzuları Özbəkistanın investisiya potensialı və ölkənin inkişaf modeli, “Yeni Daşkənd” layihəsinin imkanları, investisiyalar, İT layihələrin imkanları, Orta Dəhlizin inkişafı, yaşıl enerji tranziti, enerji təhlükəsizliyi, ixrac və idxal imkanları oldu.

“İki ölkə arasında ikitərəfli münasibətlər daima inkişaf etdirilir və bu əlaqələrin potensialının maksimum dərəcədə artırılması üçün hər cür səy göstərilir. Bu baxımdan forumun iki ölkənin dövlət və özəl strukturları arasında qurulmuş dialoqun platforması kimi böyük əhəmiyyətini vurğulamaq istəyirəm”, - deyə Tehran Əliyev bildirib.

Tədbirdə Özbəkistanın Xarici İnvestisiyaların Təşviqi Agentliyi, Özbəkistanın Beynəlxalq Ekspeditorlar Assosiasiyası, Özbəkistan Biznes və Sənaye Şurası (UZBIC), həmçinin IT Park, UZTEXTIL kimi müxtəlif təşkilatlar iştirak edib və klub üzvlərinin suallarını cavablandırıblar.

Tehran Əliyev, həmçinin əlavə edib ki, "Caspian Energy Club" nümayəndə heyətinin səfəri 25-ci dəfə keçiriləcək “Özbəkistanın neft və qazı - OGU 2023” 25-ci yubiley beynəlxalq sərgiyə, eləcə də “TEXNOPARK” MMC, İT Park və s. kimi müəssisələrə işgüzar turla davam edəcək.

Forumda Özbəkistanın 200-dən çox dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların rəhbər və nümayəndələri, həmçinin Xəzər, Qara dəniz və Baltikyanı region ölkələrindən dövlət və özəl şirkətlərin top-menecerləri, o cümlədən şirkətlərin nümayəndələri iştirak ediblər.

Forumun məqsədi ikitərəfli iqtisadi əlaqələrin inkişafı, peşəkar problemlərin həlli üçün beynəlxalq səviyyədə B2B networkingin yaradılması, xarici sahibkarlar və investorlar üçün yaradılan imkanların işıqlandırılması olub.

Forum çərçivəsində DESTEC GROUP və UZTEXTIL arasında memorandum imzalanıb.

“Caspian Energy Investment Forum Tashkent 2023” çərçivəsində 9-cu beynəlxalq “Caspian Business Award” mükafatın təqdimetmə mərasimi keçirilib. Mükafatın qalibləri "Azersun", "Logix" və "F-chain" şirkətləri elan olunub.

Forumun sonunda "Caspian Energy Club"a yeni üzv olan tədbir iştirakçılarına sertifikatlar verilib.

Qeyd edək ki, "Caspian Energy Club" dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb  

11:53
04 Noyabr

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir  

11:37
04 Noyabr

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

11:32
04 Noyabr

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır  

11:27
04 Noyabr

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

11:21
04 Noyabr

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur  

11:19
04 Noyabr

Avropanı qışda çətin günlər gözləyir

11:17
04 Noyabr

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib  

11:01
04 Noyabr

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək  

10:57
04 Noyabr

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

10:43
04 Noyabr

Birjalarda neft qiymətləri 

10:23
04 Noyabr

Azərbaycan nefti 113 dollara satılır

10:16
04 Noyabr

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

10:14
04 Noyabr

Qızıl və gümüş bahalaşır 

10:06
04 Noyabr

 Regionlarda sahibkarlara 500 milyon manatlıq kredit dəstəyi  

10:06
04 Noyabr

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

09:47
04 Noyabr

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

09:47
04 Noyabr

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

09:45
04 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

08:55
04 Noyabr

Kukla Teatrı "Balaca səyyah"la uşaqları sevindirəcək

08:50
04 Noyabr

"Niyyətin hara, mənzilin ora"

08:45
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!