02 Avqust 2023 10:40
2291
Mədəniyyət
A- A+
Onun qəlbi azadlıq həsrəti ilə çırpınırdı

Onun qəlbi azadlıq həsrəti ilə çırpınırdı

 

Bir gün kiçik ekranlı "ağ-qara" televizorumuzun ekranında  gürcü  klassiki Mixail Cavaxaşvilinin  "Günahsız Abdulla" televiziya tamaşasına rast düşdüm. Kaş ki baxmayaydım. Sanki dünyam alt-üst oldu. Əsərin baş qəhrəmanının ifaçısı aktyor Mikayıl Mirzə "səhnədə od tutub yanırdı". "Başına gələn" haqsızlığa, ədalətsizliyə qarşı etiraz edirdi. İndiyə kimi özünü bu dərəcədə ifadə edən bir sənətkara rast gəlməmişdim. Həmin gecə səhərə kimi Abdullanın "mən günahsızam" hayqırtısı qulaqlarımdan getmədi... 10 il haqsız cəza verilmiş bu zavallının taleyini düşünürdüm.
Bu hadisədən (hadisə sözünü heç də təsadüfən işlətmədim. Bu həqiqətən Azərbaycan teatr sənətində əsl hadisə idi. Bunu gənc aktyor Mikayıl Mirzə yaratmışdı) təqribən 10-15 gün sonra Akademik Milli Dram Teatrının qarşısında təsadüfən "günahsız Abdulla" ilə rastlaşdım. Onunla görüşüb azadlığa çıxması münasibətilə təbrik etdim. Ağzını qulağıma yaxınlaşdırıb pıçıltı ilə "Keşkə azadlığa çıxa biləydik. İndi biz hamımız SSRİ adlı böyük xalqlar həbsxanasının məhbuslarıyıq...", - dedi. Deyəsən, qorxulu söz deyirdi. Pıçıltı ilə danışırdı... 
Sonralar Mikayıl Mirzə ilə daha tez-tez rastlaşdıq. Təbii ki, biz onu televiziya ekranlarında, teatr tamaşalarında görürdük. Bu böyük aktyor, bənzərsiz bədii  qiraət ustası daha çox Məmməd Arazın şeirlərini söyləyərdi. Sanki göy guruldayan kimi guruldayar, ildırım kimi çaxar, dəli dağ çayı kimi axıb gedərdi. Vətən sevgisini və vətənə olan məhəbbətinin ifadə tərzini Məmməd Arazın şeirlərində tapardı.
Daha sonralar ürəyi azadlıq həsrəti ilə çırpınan Mikayıl Mirzəni Azadlıq meydanında Xəlil Rzanın şeirləri ilə meydanı coşduran gördük. Mikayıl Mirzənin səsi millətin səsi olmuşdu. Hara gedirdin, harada bir etiraz səsi var idisə, orada Mikayıl var idi. Mikayıl Mirzə şeirin fəlsəfəsini yaşayırdı. Obraz yaradırdı. Öz ifa  tərzi ilə dinləyənləri ovsunlayırdı.
Aktyor Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il  yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) Talış kəndində anadan olub. Gözünü açıb dağ-dərə, eniş-yoxuş görən aktyor həyatın da bütün enişli-yoxuşlu yollarından keçib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirən Mikayıl Mirzə SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. İnstitutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyən aktyor 1976-cı ildən 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
Akademik Milli Dram Teatrında çalışdığı illərdə aktyor L.Frankın "Yad adam" əsərində Qoca, Səməd Vurğunun "Vaqif"ində Kürd Musa, "Fərhad və Şirin"ində Fərhad, H.Cavidin "İblis"ində İxtiyar, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Zahid, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan, Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı"nda Cinli Mustafa obrazlarını özünəməxsus şəkildə ifa edərək Azərbaycan teatr sənətinə öz möhürünü vurmuşdur.
Biz Mikayıl Mirzəni ölkəmizin siyasi səhnəsində də ciddi rol aldığını müşahidə edirdik. Mikayıl Mirzə 1980-ci illərdən başlayaraq sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. O, müxtəlif yerlərdə təşkil olunmuş məclislərdə, poeziya gecələrində inqilabi ruhlu şeirlər deyərdi, insanları mübarizəyə səsləyərdi.
Mikayıl Mirzənin fərqli aktyor olduğu inkarolunmazdır. Epizodik rollarda çəkildiyi obrazlar onun bənzərsiz ifa tərzi sayəsində əbədiyaşarlıq qazanıb. "Dədə Qorqud" filmində yaratdığı "gör qazan oğlan" obrazı  filmə xüsusi kalorit qatıb. Aktyor "Ağlar-güləyən", "Anın quruluşu", "Babək", "Yeddi oğuldan biri", "Faydalı qazıntılar", "Qatır Məmməd", "Təbəssüm", "Üzeyir ömrü", "Yeddi oğul istərəm...", "Topal Teymur", "Türkün ulusu", "Min birinci söz" filmlərində də böyük ustalıqla öz sənətkarlıq qabiliyyətini nümayiş etdirib.
Mikayıl Mirzədə özünəməxsus təşkilatçılıq qabiliyyəti vardı. Vaxtdan səmərəli istifadə etməyi bacaran sənətkar Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995-ci illərdə həm də Bakı Mədəni-Maarif Texnikumuna rəhbərlik edirdi.
Xalqımızın ictimai-siyasi həyatında yaxından iştirak edən, xalqın sevimli aktyoru Mikayıl Mirzə iki çağırış 1995-2000-ci və 2002-2005-ci illərdə Milli Məclisin deputatı seçilib.  
22 may 1991-ci ildə Xalq artisti fəxri adına layiq görülən aktyor, bədii qiraət ustası  2006-cı il iyun ayının 3-də dünyasını dəyişib. İkinci Fəxri xiyabanda dəfn olunan aktyorun məzarı sənətsevər insanların ən çox üz tutduğu ziyarətgahdır.

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!