29 Avqust 2025 12:52
474
SİYASƏT
A- A+
Ombudsman: Beynəlxalq təşkilatlar itkin düşmüş 4 minə yaxın soydaşımızla bağlı səylərini artırmalıdır

Ombudsman: Beynəlxalq təşkilatlar itkin düşmüş 4 minə yaxın soydaşımızla bağlı səylərini artırmalıdır


30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü dünyada minlərlə itkin düşmüş, müharibə və hərbi əməliyyatlar zamanı həlak olmuş naməlum şəxslərin, tutularaq gizli yerlərdə saxlanılan və ya gizli şəkildə öldürülmüş şəxslərin xatirəsini yad etmək məqsədilə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr itkin düşmüş şəxslərin sayını günbəgün artırmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın (ombudsman) 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar müraciətində əksini tapıb.

Müraciətdə, həmçinin qeyd olunur ki, uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə bağlı problem Azərbaycandan da yan keçməyib. Ermənistanın ötən 30 il ərzində Azərbaycana qarşı həyata keçirmiş olduğu hərbi təcavüzü nəticəsində minlərlə soydaşımız itkin düşüb və bu günədək taleləri haqqında hər hansı bir məlumat yoxdur.

Rəsmi məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 4000-dək şəxs vardır ki, bunlardan da 71-i uşaq, 284-ü qadın, 316-sı isə ahıl şəxslərdir.

Beynəlxalq humanitar hüququn normaları iştirakçı dövlətlərin üzərinə itkin düşmüş şəxslər barədə məlumatların qarşılıqlı olaraq verilməsi ilə bağlı öhdəliklər müəyyən edir. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barədə məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə edilib.

“İtkin düşmüş azərbaycanlıların taleyi barədə problem dəfələrlə tərəfimizdən əlaqədar beynəlxalq təşkilatların diqqətinə çatdırılıb, Cenevrə Konvensiyalarının tələblərinə müvafiq olaraq itkin düşmüş soydaşlarımız barədə məlumatların Ermənistan tərəfindən təqdim olunması tələb edilib.

Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan dövləti tərəfindən 2002-ci ildən etibarən mütəmadi olaraq BMT-nin Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə irəli sürülür. Buna baxmayaraq, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində indiyədək hər hansı əməli addımlar atılmayıb.

İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonrakı dövrdə Azərbaycan dövləti tərəfindən aparılan sistemli axtarış tədbirləri nəticəsində, eləcə də görülən tikinti-quruculuq işləri, habelə hadisə şahidlərinin ifadələrinə əsasən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş qazıntı işləri zamanı bir sıra kütləvi məzarlıqlar aşkarlanıb, tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bəzi şəxslərin taleyinə aydınlıq gətirilib. Təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, digər kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları da ölkəmizə təqdim etmir, nəticədə uzun illərdir öz doğmalarından xəbər ala bilməyən ailə üzvləri iztirablar çəkməkdə davam edir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili olaraq, müharibə və digər səbəblərlə əlaqədar itkin düşmüş şəxslərin xatirəsini dərin ehtiramla yad edir və bir daha vurğulamaq istəyirəm ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar itkin düşmüş dörd minə yaxın soydaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində öz səylərini artırmalı, Ermənistan isə beynəlxalq humanitar hüququn normalarına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, - deyə ombudsmanın müraciətində vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!