06 Dekabr 2025 15:51
378
CƏMİYYƏT
A- A+
Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  


Bu günlərdə Cenevrədə BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”nın 60 illiyinə həsr edilmiş 116-cı sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, yüksəksəviyyəli tədbirin 1-ci və 3-cü panel sessiyalarında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparat rəhbərinin müavini Rəşid Rumzadə və Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin müdir müavini, Bərabərlik hüququnun təmini sektorunun müdiri Cavidan Qorçiyev gündəliyə uyğun müvafiq çıxışlar ediblər.

Azərbaycan ombudsmanının müvafiq Konvensiyanın implementasiyası sahəsində gördüyü işlər, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində həyata keçirdiyi tədbirlər, bu sahəyə gətirdiyi yeniliklər barədə məlumat verilib, ölkədə müvafiq sahə üzrə formalaşmış müsbət təcrübələr bölüşülüb.

Aparatın nümayəndələri Ombudsmanın bu sahədə gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, ayrı-seçkiliyin qarşısının alınması üzrə hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və əməkdaşlıqla bağlı təklifləri diqqətə çatdırıblar.

Sessiya çərçivəsində sözügedən Komitənin sədri və komitə üzvləri, müxtəlif beynəlxalq təşkilatların və milli insan hüquqları təsisatlarının nümayəndələri ilə keçirilmiş görüşlərdə milli insan hüquqları təsisatı olaraq, Azərbaycan ombudsmanının bu sahədə gördüyü işlər barədə fikir mübadiləsi aparılıb.

Bu fəaliyyət istiqamətinə uyğun yaradılmış müvafiq struktur bölmənin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin Aparatında yaradılmış monitorinq qruplarının fəaliyyətindən, Ombudsmanın bu sahədə hazırladığı hesabatlardan danışılıb və nüsxələri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!