31 Iyul 2024 15:09
115
CƏMİYYƏT
A- A+

Ombudsman Aparatı və MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dəyirmi masa keçirib

 

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, hər iki qurumun əməkdaşlarının, həmçinin media nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müvafiq dövlət qurumları ilə birgə təşkil edilən genişmiqyaslı maarifləndirmə layihələrinin seçkilərin azad, ədalətli və şəffaf keçirilməsindəki əhəmiyyətindən danışıb, seçki qanunvericiliyinin və seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər və atılan addımlardan danışıb, parlament seçkilərinin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb.

Seçki prosesində media subyektlərinin üzərinə düşən vəzifələri vurğulayan MSK sədri, həmçinin seçkilərdə yerli və beynəlxalq müşahidənin həyata keçirilməsi üçün yaradılan hərtərəfli və geniş imkanları iştirakçıların diqqətinə çatdırıb.

Ombudsman Səbinə Əliyeva vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunması və seçki sisteminin hərtərəfli inkişaf etdirilməsi üçün seçki subyektlərinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə birgə maarifləndirici tədbirlərin həyata keçiriləcəyini bildirib, artıq MSK ilə birgə növbədənkənar parlament seçkiləri ərəfəsində həmin tədbirlərin keçirilməsi üzrə təqvim planının təsdiqləndiyini və icrası istiqamətində zəruri addımların atıldığını diqqətə çatdırıb.

Müvəkkil seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsinin ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmini, milli qanunvericiliyin inkişafı prinsiplərinə daim sadiq olduğunu bir daha təsdiqlədiyini deyib.

Eyni zamanda, ombudsman, onun aparatının və regional mərkəzlərinin əməkdaşları ötən illərdəki müsbət təcrübəyə uyğun olaraq, həm Bakıda, həm də ölkənin bütün regionlarında müstəqil şəkildə, özlərinin təşəbbüsü ilə müşahidəçi qismində növbədənkənar parlament seçkilərinin müşahidəsini aparacaqları qeyd edilib.

S.Əliyeva, həmçinin ombudsman təsisatının əvvəlki seçkilər zamanı həyata keçirdiyi fəaliyyət nəticəsində əldə etdiyi təcrübə əsasında seçki hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı tövsiyələrini verib.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov “Seçki hüququnun səmərəli təminatına konstitusional və qanunvericilik imkanları" mövzusunda məruzə ilə çıxış edib. O, ölkəmizin mövcud seçki qanunvericiliyi və seçkilərin yüksək səviyyədə keçirilməsi istiqamətində atılan məqsədyönlü addımların seçicilərin öz konstitusion hüquqlarını azad və sərbəst şəkildə həyata keçirməsinə şərait yaratdığını bildirib.

Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və ombudsmanın bu prosesdə rolu” mövzusunda çıxışı zamanı seçki prosesində müşahidəçilik institutunun tətbiqinin əhəmiyyətindən bəhs edib. Aparat rəhbəri müşahidəçilik institutunun vətəndaşların seçki hüququnun müdafiəsinə, seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasına, aşkarlıq və şəffaflıq mühitinin yaradılmasına töhfə verdiyini bildirib, ombudsman təsisatının müşahidəçilik təcrübəsindən danışıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video