19 Yanvar 2026 13:14
179
CƏMİYYƏT
A- A+
Ombudsman 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat verib  

Ombudsman 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat verib  


Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bəyanat 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ombudsman Aparatında keçirilən anım tədbirində səsləndirilib.

Bəyanatda deyilir: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür.

İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.

Həmin gecə Bakı şəhərində və respublikanın digər bölgələrində mülki və silahsız əhaliyə qarşı qeyri-mütənasib hərbi güc tətbiqi nəticəsində 150 nəfər dinc sakin qətlə yetirilmiş, 744 nəfər yaralanmış, nəticədə beynəlxalq hüquq normaları ilə bərabər, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları da kobudcasına pozulmuş, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxan çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulmuşdu.

Dinc əhaliyə qarşı hərbi güc tətbiqi, xəbərdarlıq edilmədən və real təhlükə mövcud olmadan insanların həyat və sağlamlığına qəsd edilməsi beynəlxalq insan hüquqları hüququna görə yolverilməzdir və dövlətlərin fövqəladə vəziyyətlərdə belə riayət etməli olduqları mütləq hüquqların pozuntusu hesab olunur. Bu baxımdan, 20 Yanvar hadisələri beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulduğunu təsdiq edir.

O dövrdə Azərbaycan xalqı adından ən ciddi bəyanatı Ulu Öndər Heydər Əliyev vermişdi. Təzyiqlərə və şəxsi təhlükəsizlik risklərinə baxmayaraq, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat qarşısında çıxış edərək dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayəti açıq şəkildə pisləməsi, onun birbaşa keçmiş SSRİ rəhbərliyinin məsuliyyəti olduğunu bəyan etməsi 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymətin verilməsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edirdi.

Bununla yanaşı, beynəlxalq ictimaiyyət və aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən həmin dövrdə bu hadisələrə lazımi siyasi-hüquqi qiymətin verilməməsi beynəlxalq ədalət prinsiplərinin pozulması ilə nəticələndi, cəzasızlıq mühiti formalaşdırdı. BMT-nin insan hüquqları mexanizmləri çərçivəsində kütləvi və ağır pozuntulara vaxtında və prinsipial reaksiya verilməməsi sonrakı mərhələlərdə regionda insan hüquqlarına qarşı törədilmiş digər ağır cinayətlər üçün əlverişli zəmin yaratdı.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq vurğulamaq istərdim ki, 20 Yanvar faciəsinin beynəlxalq hüquq normaları prizmasından obyektiv və hərtərəfli araşdırılması, bu hadisələrin insanlıq əleyhinə cinayət kimi tanınması, habelə yalnız icraçıların deyil, qərar qəbuletmə prosesində iştirak etmiş bütün məsul şəxslərin hüquqi cavabdehliyinin təmin edilməsi ədalətin bərpası baxımından zəruridir.

Bu istiqamətdə beynəlxalq təşkilatları, xüsusilə BMT-nin müvafiq mexanizmlərini prinsipial mövqe sərgiləməyə, 20 Yanvar hadisələrini törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə birgə əməkdaşlığa dəvət edirəm.

20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb  

15:19
19 Yanvar

Ötən il Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb  

15:19
19 Yanvar

Neft məhsullarının istehsal dəyəri 14 faizə yaxın artıb  

15:18
19 Yanvar

Azərbaycan ilə Malayziya arasında fövqəladə hallarla bağlı əlaqələrin genişləndirilməsi müzakirə edilib  

15:17
19 Yanvar

Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfərə gəlib  

15:16
19 Yanvar

“Qarabağ” – “Ayntraxt” oyununa 24 500 bilet satılıb  

15:15
19 Yanvar

2025-ci ildə Azərbaycanın istehsal etdiyi qızıl 11 faizdən çox artıb  

15:15
19 Yanvar

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb  

15:14
19 Yanvar

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb  

15:13
19 Yanvar

Ötən il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 23 milyard kubmetrdən çox qaz nəql olunub  

15:12
19 Yanvar

2025-ci ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi 12 faiz artıb  

15:10
19 Yanvar

Ötən ilin yanvar-noyabr ayları ərzində 45 minə yaxın nikah bağlanıb  

15:10
19 Yanvar

Neft-qaz sektorunda 36 milyard manatdan çox ÜDM istehsal olunub  

15:09
19 Yanvar

Ötən ilin on bir ayında Azərbaycanda 88 mindən çox körpə doğulub  

15:08
19 Yanvar

Azərbaycan əhalisinin sayı açıqlanıb

15:06
19 Yanvar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib 

15:05
19 Yanvar

Toni Bleyer ABŞ Prezidentinin Qəzza üçün Sülh Şurasından uzaqlaşıb  

15:04
19 Yanvar

Sankt-Peterburqda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib  

15:03
19 Yanvar

Ekspert: Azərbaycanda süni intellekt ekosisteminin inkişafı üçün əsas maneə “Big Data” bazalarının çatışmazlığıdır  

15:02
19 Yanvar

Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib  

14:42
19 Yanvar

Aqrar İnnovasiya Mərkəzi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığı genişləndirir  

14:41
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!