01 Sentyabr 2022 00:47
950
CƏMİYYƏT
A- A+
Ödəmə terminalları niyə yoxa çıxıb?

Ödəmə terminalları niyə yoxa çıxıb?

 

Avtobus dayanacaqlarının əksəriyyətindən "MilliÖn" ödəmə aparatlarının yığışdırılması sərnişinlərin narazılığına səbəb olub

 

Son vaxtlar paytaxtın avtobus dayanacaqlarında "BakıKart"ların balansının artırılması üçün nəzərdə tutulan ödəniş terminallarına, demək olar ki, rast gəlinmir. Bir-iki ay əvvələ qədər dayanacaqlarda mövcud olan terminalların bir çoxu  yığışdırılıb. 
Bu vəziyyət isə ictimai nəqliyyatdan istifadə edən vətəndaşların narahatlığına və narazılığına səbəb olub. Çünki dayanacaqlarda karta gediş haqqı vura bilməyən vətəndaşlar  kimdənsə onun əvəzinə pul ödəməyi xahiş etmək məcburiyyətində qalırlar. Ya da  müəyyən məsafə qət edərək metro stansiyalarına, terminalların olduğu başqa ünvanlara üz tuturlar. 
Bəs bu vəziyyətin yaranma səbəbi nədir? Vətəndaşları narahat edən məsələ ilə bağlı kiçik araşdırma apardıq. 

 

"Terminallara zərər verildiyi üçün yığışdırılıb"

 

"BakıKart"a ödənişlərin edilməsi iki sistemlə - "BakıKart" satış və yükləmə aparatlarında, həmçinin "MilliÖn" ödəmə terminalları vasitəsilə mümkündür. Hazırda "BakıKart" yükləmə aparatları əsasən metro stansiyalarda quraşdırılıb. Avtobus dayanacaqlarında isə "MilliÖn" terminalları ilə sərnişinlər kartlarının balansını artırırlar. O da həmin terminalları tapa bilsələr...
 "BakıKart"ın rəhbəri Orxan Bayramov yükləmə aparatları ilə bağlı sualımıza cavabında bildirdi ki, hazırda "BakıKart" sisteminə inteqrasiya olunan 1350 "MilliÖn" ödəmə terminalları mövcuddur. Terminallar olmayan dayanacaqların yaxınlığındakı marketlərdə də ödəmə aparatları qoyulub. O.Bayramov ödəniş terminallarının sayının artırılıb-artırılmayacağı məsələsi ilə bağlı isə Bakıda bu istiqamətdə təkmilləşdirmə işlərinin aparıldığını vurğuladı. 
"MilliÖn" şirkətindən isə qəzetimizə bildirdilər ki, müvafiq ərazilərdən yığışdırılan terminallara zərər verildiyi üçün bu addım atılıb. Qeyd edildi ki, qoyulan terminallar vaxtaşırı sındırıldığına, oğurlandığına, yararsız hala salındığına görə əvvəllər yerləşdirildiyi dayanacaq məntəqələrindən götürülüb. Beləliklə də, onların sayı azalıb. 
Görünən odur ki, aidiyyəti qurumlar məsələnin həllini alternativ yollarda yox, birbaşa aparatları dayanacaqlardan götürməkdə görüblər. 

 

Onlayn ödənişlərdə də bəzi çətinliklər mövcuddur

 

Burada bir məsələ də diqqət çəkdi. Ödəniş terminallarından əlavə kartların balansını "online.bakikart.az" saytına daxil olmaqla da artırmaq mümkündür. Bunun üçün əvvəlcə portala daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Şəxsi kabinet yaratdıqdan sonra "BakıKart"ın nömrəsini və bank kartının məlumatlarını əlavə edərək ödəniş həyata keçirmək olar. 
Kart balansı 2 üsulla - birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə artırıla bilər. Əgər kart kabinetə əlavə edilərsə, daha operativ ödəniş etmək imkanı yaranacaq. Ödənilən məbləğ kartın balansına bir saat ərzində oturur.
Növbəti neqativ bir hal da elə burada baş verir. Belə ki, kartın balansının onlayn artırıldığı zaman məbləğin karta dərhal yüklənməməsi vətəndaşlar arasında narazılığa səbəb olur. Çünki belə vəziyyətdə sərnişin dayanacağa yaxınlaşıb kartının balansını  yerindəcə artırmaq istəyərsə, dəqiqələrlə dayanıb balansa pulun yüklənməsini gözləmək məcburiyyətində qalacaq. Eyni zamanda şəxsi kabinetdə kartın balansındakı məbləğ də göstərilmir. Bu kimi hallara görə "BakıKart"a onlayn pul yüklənilməsi heç də əlverişli hal kimi qiymətləndirilmir. Çünki nəqliyyat vasitəsi vətəndaşı gözləmir.
Bu məqamla bağlı suala cavabında isə Orxan Bayramov portaldakı vəziyyətin texniki məsələ olduğunu söyləyərək məsələyə dəqiq cavab verə bilməyəcəyini bildirdi. 
Bir sözlə, məsələ ilə bağlı hər iki aidiyyəti qurumdan hazırkı vəziyyətin aradan qaldırılması üçün görüləcək işlərlə bağlı cavab almağa çalışsaq da, təəssüf ki, cəmiyyəti maraqlandıran məqamlara aydınlıq gətirilmədi. Belə görünür ki, hər kəs bu günün "nadir tapıntısı" olan ödəmə terminallarından əlini üzməlidir. Əks halda sərnişin gününü yükləmə aparatlarının axtarışına çıxmaqla keçirməli olacaq... 

Aydan XƏLİLOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib VİDEO  

13:05
18 Dekabr

On bir ayda əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib  

12:21
18 Dekabr

Prezident: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir  

12:16
18 Dekabr

ABŞ Prezidenti: İndi biz dünyanın ən güclü ordusuna malikik  

11:55
18 Dekabr

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə  

11:27
18 Dekabr

Xankəndidə oftalmoloji aksiya keçirilir  

11:26
18 Dekabr

Ali Məhkəmə: Faizdən faiz tutulması qanunaziddir  

11:21
18 Dekabr

Anar Əliyev: Əmək müqavilələrinin 1,8 milyondan çoxu elektron formada bağlanılıb  

11:17
18 Dekabr

Bakıda ilk dəfə “ağıllı işıqforlar” quraşdırılıb  

10:53
18 Dekabr

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:47
18 Dekabr

Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

10:43
18 Dekabr

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!