24 Sentyabr 2026 10:32
323
SİYASƏT
A- A+
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub 

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub 

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Ortaq gələcək naminə etimadın, əməkdaşlığın və qlobal sabitliyin bərpası” mövzusunda XXXVII Yüksəksəviyyəli Görüşünün birinci günü keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində təşkil olunan ikigünlük toplantı dövlət və hökumət başçılarını, sabiq liderləri, beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələrini və ekspertləri bir araya gətirib.

Birinci gün Monteneqro Prezidenti Yakov Milatoviç, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT Baş katibinin müavini və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan, BMT Baş katibinin sabiq müavini Vu Hunbo, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin və digər yüksək səviyyəli şəxslər çıxış ediblər.

Çıxışlarda beynəlxalq sistemdə etimadın bərpası, çoxtərəfliliyin gələcəyi, beynəlxalq hüququn rolu, geosiyasi qarşıdurmalar, diplomatiya və qlobal səhiyyə sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. T.A.Qebreyesus qlobal təhdidlər qarşısında əməkdaşlığın və dövlətlər arasında etimadın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. M.A.Moratinos çoxqütblü dünyanın sülh üçün effektiv beynəlxalq institutlar və preventiv diplomatiya tələb etdiyini bildirib. T.Molçan Ukraynadakı müharibə, iqtisadi qeyri-müəyyənlik və iqlim risklərinin yaratdığı təzyiqlərə, Vu Hunbo isə suveren bərabərlik, beynəlxalq hüquq və çoxtərəflilik məsələlərinə toxunub.

Görüşün birinci günündə müzakirələr dörd əsas panel üzrə davam etdirilib.

“Güc siyasətinin geri qayıdışı və irəliyə doğru yol” mövzusunda paneldə dəyişən geosiyasi şərait, güc amilinin beynəlxalq münasibətlərə təsiri, mövcud münaqişələr, diplomatiyanın rolu və qlobal sabitliyin qorunması imkanları müzakirə olunub.

“Təzyiq altında çoxtərəflilik: beynəlxalq əməkdaşlığa yenidən baxış” mövzusunda paneldə beynəlxalq institutların dəyişən qlobal reallıqlara uyğunlaşdırılması, çoxtərəfli əməkdaşlığın effektivliyi və dövlətlər arasında etimadın bərpası ətrafında fikir mübadiləsi aparılıb.

“Borc, inkişaf və inkişaf etməkdə olan iqtisadiyyatların gələcəyi” mövzusunda paneldə artan borc yükü, inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına çıxışı, beynəlxalq maliyyə sisteminin mövcud çağırışlara uyğunlaşdırılması və inkişafın maliyyələşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Paneldə çıxış edən BMT-Habitatın icraçı direktoru Ana Klaudiya Rossbax şəhərlərin və mənzil sektorunun maliyyələşdirilməsində mövcud çətinliklərdən danışıb. O, qarşıdakı onilliklərdə şəhərlərə gələcək təxminən iki milyard insanın ehtiyaclarının qarşılanması üçün dayanıqlı mənzil maliyyələşdirmə sistemlərinin yaradılmasının vacibliyini vurğulayıb.

Birinci günün digər paneli “Ambisiyadan yekun investisiya qərarınadək: COP31 iqlim öhdəliklərini necə investisiya imkanlarına çevirə bilər?” mövzusuna həsr olunub. Burada iqlim öhdəliklərinin konkret və maliyyələşdirilə bilən layihələrə çevrilməsi, özəl investisiyaların cəlbi, enerji, okeanlar, sıfır tullantı yanaşması və yeni texnologiyaların imkanları müzakirə edilib.

COP31-in iqlim üzrə yüksək səviyyəli çempionu, “Zero Waste Foundation”ın prezidenti Səməd Ağırbaş biznesin iqlim layihələrinə daha inamla sərmayə yatırması üçün əlverişli şəraitin yaradılmasının vacibliyini bildirib. O, süni intellekt də daxil olmaqla yeni texnologiyaların resurslardan daha səmərəli istifadəyə imkan verdiyini, COP31-in isə hökumətləri, investorları və biznesi bir araya gətirərək iqlim ambisiyalarını real investisiya imkanlarına çevirə biləcəyini qeyd edib.

XXXVII Yüksəksəviyyəli Görüş bu gün enerji təhlükəsizliyi, iqlim, süni intellekt və rəqəmsal suverenlik, çoxtərəfliliyin gələcəyi və qlobal səhiyyə məsələlərinə həsr olunan müzakirələrlə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır  

22:51
17 Oktyabr

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb  

21:34
17 Oktyabr

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib  

21:13
17 Oktyabr

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

19:58
17 Oktyabr

Hörmüz boğazında daha bir tanker minaya düşüb  

18:13
17 Oktyabr

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!