20 Mart 2024 09:25
1988
Mədəniyyət
A- A+
Novruzun yaddaşlardan silinməyən xalq tamaşaları

Novruzun yaddaşlardan silinməyən xalq tamaşaları

 

Bahar fəslinin gəlişi ulularımız üçün, sadəcə, fəsil dəyişməsi deyildi. Qarlı, şaxtalı günlərin bitməsi, təbiətin qış yuxusundan oyanaraq canlanması idi. İlıq nəfəsli yaz fəslinin yurda qədəm qoyması ilə bol məhsul götürmək, bütün ilboyu aclıqdan, qıtlıqdan uzaq olmaq ümidi, inamı ilə əkin-biçin işlərinə başlayırdılar. 
Əkinçilər baharda can-dildən çalışırdılar ki, özlərinin, ailələrinin, ümumilikdə insanların illik azuqələrini təmin edə bilsinlər. Novruz  bayramında bağ-bağata da əl gəzdirilir, ağaclar budanırdı.
Bu dövrdə təbiət yavaş-yavaş qış yuxusundan oyanır, dirçəlməyə başlayır. Azərbaycanda  keçmişdən bu günədək bahar bayramına günlərlə hazırlıq görülür. Novruz bayramına qədərki dörd çərşənbənin hər biri xüsusi mərasimlərlə qeyd edilir. Qədimdə el şənlikləri, kütləvi yarışlar, oyunlar, tamaşalar, mərasimlər təşkil olunur, mahnılar oxunur, aşıqlar deyişir, kəndirbazlar öz hünərlərini göstərirdilər. Onların bəziləri unudulsa da, bir çoxu bu gün də adət-ənənəyə uyğun olaraq keçirilir. "Kosa-kosa", "Kəndirbaz", "Cıdır", "Gizlənpaç", "Fincan-fincan", "Bənövşə" və başqa oyun və tamaşalar kütləvi olaraq oynanılır.
Novruzda təşkil olunan bir-birindən maraqlı oyun və tamaşaların hər birinin öz mənası var. Məsələn, "Cütçü şumu" adlı tamaşa torpağı oyatmaq məqsədilə keçirilirdi. Tamaşanın əsas qəhrəmanı - Cütçü babanın şəninə rəqs edilir, idman yarışları, məzəli oyunlar oynanırdı. Folklorşünas Ülkər Nəbiyeva yazır: "Vaxtilə Torpaq çərşənbəsində "Cütçü şumu", yaxud "Əkin toyu", "Səpin toyu", "Torpaqbasdı", "Xış-kotan bayramı" adlanan böyük bir mərasim keçirilərdi. Mərasimin baş qəhrəmanı Cütçü baba, yaxud "Gilbaba", "Turab baba" olmuşdur. Rəvayətə görə, Cütçü baba ilk dəfə insanlara taxıl əkib-biçməyi öyrətmiş övliya, müqəddəs adam hesab olunmuşdur. Bu mərasimdə Cütçü baba vəzifəsini icra etmək üçün elin hörmətli, uzunömürlü ağsaqqalı seçilərdi. Səhər-səhər "Cütçü baba" mərasimi başlamazdan əvvəl hamı el şənliyinə hazırlaşardı. Adətə görə, bir mismarın işlənmədiyi, iydə, ərik ağacından düzəldilən bir cütü, qarakotanı günün altında qoyurdular və onu güzgü qırıntıları, qırmızı parça və s. ilə bəzəyirdilər. Mərasimdə "Cüt gözəlləməsi" oxunardı ki, burada şum aləti vəsf olunardı. Sonra meydana bir cüt Ağ öküz gətirilərdi, onların ayaqlarını qırmızı parçalarla bəzəyib kotana qoşardılar. Bundan sonra meydana Cütçü baba, yaxud Xızırzinda gəlir, bu zaman "Budur gəldi Yer sahibi, Baba, xoş gördük, xoş gördük" deyərək onu salamlayırdılar".
Novruzun maraqlı xalq tamaşalarından biri də "Padşah oyunu"dur. Folklorşünaslar qeyd edirlər ki, bu oyun Azərbaycanın bir çox bölgəsində keçirilir, Qarabağda "Padşah oyunu", Qubadlıda "Şah bəzəmə", Ordubadda "Xan bəzəmə" adı ilə tanınır. Oyunun keçirilməsi üçün ayrıca mağar qurulur. "Şah" mərasim başlayanda məclisə musiqi sədaları altında, "vəzir-vəkil"in, "fərraş"ların əhatəsində gəlir və "taxt"ında oturur. Onu "fərraş"lar qoruyurlar. Fərraşların qollarında qırmızı sarğı, başçılarının isə çiynində şal olur. Oyunun qaydasına görə, "şah" danışmır, "əmr"ləri "vəzir" verir. Yanındakı adamlar onun "əmr"lərini icra edirlər. Əmrlərə tabe olmayanı, yaxud qaydaları pozanları "fərraş"lar tutub "şah"ın hüzuruna gətirirlər və onları "cəzalandırırlar". Bəzən cəza verilən adamı kəndirə bağlayıb "dar ağacı"ndan asırlar. Ancaq "cəzası" olanlar daha çox pulla cərimələnirlər. Pullar "xəzinə"yə yığılır. Toplanmış vəsait xeyirxah işlərə xərclənir. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Futuristik robot əl təqdim olunub  

18:38
22 Yanvar

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib  

18:32
22 Yanvar

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

18:02
22 Yanvar

Tramp: Bizim Qrenlandiyaya tam çıxışımız olacaq  

17:55
22 Yanvar

MEDİA “Meta”nı Prezidentin adından yayılan zərərli “deepfake” məzmunu aradan qaldırmağa çağırıb  

17:43
22 Yanvar

“Onkoloji yardım haqqında” Qanuna edilən dəyişiklik birinci oxunuşda plenar iclasa tövsiyə edilib

17:41
22 Yanvar

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib  

17:31
22 Yanvar

Qazaxıstan və Özbəkistan liderləri Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar  

17:27
22 Yanvar

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:13
22 Yanvar

Burkina Fasoda silahlılar 11 polisi öldürüblər  

17:09
22 Yanvar

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Olimpiya və dünya çempionları Şuşada

16:57
22 Yanvar

Gürcüstan polisi radikal qruplaşma üzvlərini ələ keçirib

16:54
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib

16:44
22 Yanvar

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olub YENİLƏNİB

16:39
22 Yanvar

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  

16:33
22 Yanvar

Dünya mediası: "Qarabağ"ın Avropa arzusu davam edir  

16:27
22 Yanvar

Tramp Venesuelanın neft fondlarına nəzarəti ələ alıb  

16:23
22 Yanvar

Almaniya Kansleri: Böyük güclərin formalaşdırdığı bir dünya artıq yeni reallıqdır  

16:19
22 Yanvar

Putin Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu bildirib

16:13
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!