22 Yanvar 2026 18:38
2937
DÜNYA
A- A+
Futuristik robot əl təqdim olunub  

Futuristik robot əl təqdim olunub  


Alimlər insan əlinin klassik quruluşundan tamamilə kənara çıxan, qeyri-adi imkanlara malik innovativ robot əl hazırlayıblar. Yeni nəsil bu mexanizm yalnız əşyaları tutmaq funksiyası ilə kifayətlənmir, eyni zamanda barmaqlarının ucları üzərində hərəkət edə, barmaqlarını qeyri-adi istiqamətdə bükə, robot qoldan ayrılıb müstəqil şəkildə fəaliyyət göstərə və yenidən ona birləşə bilir. Robot əl eyni vaxtda bir neçə obyekti daşımaq qabiliyyətinə də malikdir. Araşdırmanın elmi nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Layihəyə rəhbərlik edən İsveçrənin Lozanna şəhərində yerləşən Federal Texnologiya İnstitutunun alimi Aude Billard bildirir ki, əsas hədəf insan anatomiyasını təqlid edən ənənəvi robot modellərindən uzaqlaşmaq olub. Onun sözlərinə görə, uzun müddətdir insan əlinə oxşamayan, tamamilə fərqli funksional yanaşma əsasında formalaşan bir mexanizm yaratmaq ideyası üzərində çalışıblar. Bu yanaşma “əl” anlayışına yeni baxış bucağı qazandırır.

Tədqiqat zamanı dizayn prosesi üçün genetik alqoritm adlanan süni intellekt əsaslı metoddan istifadə edilib. Bu alqoritm müxtəlif mexaniki parametrlərin qarşılıqlı təsirini virtual mühitdə analiz edərək ən optimal formaları müəyyənləşdirib. Nəticədə sürünmə, tutma və daşıma qabiliyyətlərinə malik bir neçə alternativ model ortaya çıxıb. Son mərhələdə isə laboratoriya şəraitində 5 və 6 barmaqlı real robot əl prototipləri hazırlanaraq sınaqdan keçirilib.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunmasına dair ictimai müzakirə olub

20:20
09 İyul

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının kompleksi ucaldılır

19:55
09 İyul

Zəngilanda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim olunub

19:53
09 İyul

Naxçıvanın 2025-ci il büdcəsinin icrasına dair məsələ müzakirəyə çıxarılıb

19:50
09 İyul

Çində fabrikdə baş verən yanğın zamanı 28 nəfər ölüb

19:46
09 İyul

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

19:43
09 İyul

Azərbaycan və Fransa arasında parlament diplomatiyası məsələləri müzakirə olunub

19:40
09 İyul

Parlamentlərarası İttifaqın konfransında Azərbaycanın ekoloji bərpa təcrübəsindən danışılıb

19:36
09 İyul

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib

19:33
09 İyul

Azərbaycanda quraqlıq və səhralaşma prosesi üzrə tədqiqat aparılır  

19:30
09 İyul

Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar

17:36
09 İyul

Paytaxtda iki küçədə təmir işləri başa çatıb, daha dörd yolda yenidənqurma davam edir

17:33
09 İyul

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!