22 Yanvar 2026 17:13
669
İDMAN
A- A+
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  


Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib. Mərasimdə Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkə boksunda son illər böyük nailiyyətlər əldə olunub: “Ötən ilin dekabrında yeni tarix yazıldı. Azərbaycanın 19 yaşlı boksçusu Sübhan Mamedov dünya çempionu tituluna yiyələndi. O, bununla Azərbaycanda deyil, dünyada ən gənc dünya çempionu tituluna sahib oldu. Sevindirici haldır ki, bu il Azərbaycan çempionatında da gənclərdən böyüklər yaş kateqoriyasına bir çox güclü idmançıların keçdiyini görürük. Bu səbəbdən də yarışda böyük rəqabət olacaq. Çempionatın əhəmiyyəti isə ondan ibarətdir ki, artıq “Los-Anceles-2028” Yay Olimpiya Oyunları üçün də seçimlərə başlayırıq. Milli komandanın heyəti formalaşmalıdır. Əminəm ki, birgə səyimiz nəticəsində Los-Anceles-2028-də xalqımızı qızıl medallarla sevindirəcəyik”.

S.Hüseynov boksda infrastrukturun güclənməsi istiqamətində ciddi addımlar atıldığını vurğulayıb: “Ötən il Cənub Regional Boks Mərkəzinin açılışı oldu. Bu il isə Gəncə və Naxçıvanda infrastrukturun gücləndirilməsi istiqamətində ciddi işlər görüləcək. Nəticə qazanan boksçularımız arasında da Bakı ilə yanaşı, regionlarda yetişənlər də kifayət qədərdir. Əminik ki, milli komandalarımızın uğurlu çıxışı davam edəcək. Məşqçi və hakimlərin təlimlərinə də xüsusi diqqət ayrılacaq”.

Çempionatın supervayzeri Sid Ali Mokretari (Əlcəzair) Azərbaycan Boks Federasiyasına dəvət üçün təşəkkür edib. O, yarışın yüksək səviyyədə və ədalətli keçməsi üçün inamla çalışacaqlarını deyib.

Mərasimdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparır. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edir.

Çempionatda qaliblərin adına yanvarın 28-də aydınlıq gələcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!