22 Yanvar 2026 17:31
415
SİYASƏT
A- A+
Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib  

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib  


Yanvarın 22-də İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanın İraqdakı səfiri Eldar Səlimovu qəbul edib.

Azərbaycanın İraqdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfir etimadnaməsini təqdim edərək, Prezident İlham Əliyevin salamlarını İraq Prezidentinə çatdırıb.

Əbdüllətif Camal Rəşid də salamlarının və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatdırılmasını xahiş edib.

O, Azərbaycan ilə tarixən formalaşmış güclü münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulayıb.

İraq Prezidenti indiyədək Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafından danışıb, 2025-ci ildən etibarən Bağdad-Bakı istiqamətində AZAL və İraq hava yolları şirkətlərinin həyata keçirdiyi reyslərin əhəmiyyətini diqqətə çatdırıb və ölkələrimizin digər şəhərləri arasında da birbaşa hava əlaqəsinin yaradılmasının vacib olduğunu bildirib.

Səfir E.Səlimov iki ölkə arasında tarixən təşəkkül tapmış əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, son illər ərzində ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, 2023-cü il noyabrın 20-21-də İraq Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə həyata keçirilən rəsmi səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını bildirərək, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd edib.

Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!