06 Fevral 2022 00:32
2253
Elm və texnika
A- A+
Nobel niyə mükafat təsis etdi?

Nobel niyə mükafat təsis etdi?

 

Bakı neftinin hesabına varlanan ən məşhur xarici şirkətlərdən birinin sahibləri Nobel qardaşları olub. Onlar Bakının nefti ilə milyonluq sərvət yığmağı bacarmışdılar. Dinamitin ixtiraçısı Alfred Nobel bəşəriyyət üçün böyük işlər görmək, bu sərvətdən doğru istifadə etmək istəyir. 

Lakin 1888-ci ildə qardaşı Lüdviqin ölümü ilə Alfred gözlənilməz addım atır. Belə ki, bir gün o, qəzetdə öz nekroloqunu görür. Burada qardaşı ilə səhv salınaraq onun öldüyü dərc edilmişdi. Məqalə yazarı dinamitin kəşfinə görə onu “Ölüm taciri” adlandırmışdı. Alfredə bu yazı çox pis təsir edir və o, bəşəriyyət, insanlıq üçün böyük addımlar atmağı özünə borc bilir. Yığdığı 265 milyonluq sərvətin böyük bir qismini Nobel mükafatının təsisinə ayırır.

Alfredin əsl ölümündən sonra vəsiyyəti oxunduğu zaman qohumları çaş-baş qalırlar. O, sərvətini demək olar ki, heç kimə vəsiyyət etməmişdi. Lakin onlar anlamamışdılar ki, Nobel əslində sərvətini hər bir insana - cəmiyyətə bağışlamışdı. Təsis edilən bu mükafatın ilk dəfə seçilən şəxslərə paylanılması 1901-ci il dekabrın 10-da, Nobelin ölümünün beşinci ildönümündə baş tutmuşdu.

Nobel mükafatı 6 sahə üzrə verilir - kimya, fizika, tibb və ya fiziologiya, ədəbiyyat, sülh və iqtisadiyyat. Mükafatın məbləği təxminən 1,4 milyona bərabərdir. Verilən mükafat medalının çəkisi 1980-ci ilə qədər 200 qram və diametri 66 millimetr olan 23 karatlıq qızıldan hazırlanırdı. Lakin hazırda iqtisadiyyat üzrə mükafat medalı istisna olmaqla, bütün medalların ümumi çəkisi 175 qramdı.

Medalların hər biri sahəsinə görə fərqli dizayn olunub. Medalın ilkin dizaynı Erik Lindberqə həvalə edilib. O, qərara gəlib ki, bütün medalların ön hissəsində Alfred Nobelin büstü təsvir edilsin, aşağısında doğum və ölüm tarixləri latın dilində yazılsın. Medalın ön hissəsi qeyd olunduğu kimi hazırlanır, arxa hissəsində isə Nobel laureatının adı qeyd olunur.

Addan əlavə, medalın arxasında sahəyə uyğun təsvirlər də mövcuddur. Bütün medallarda Roma şairi Virgilinin “Eneida” əsərindən “Yer üzündə həyatı yeni bacarıqlarla yaxşılaşdıranlar” sətri qeyd olunub. Alfred Nobelin xatirəsinə iqtisadiyyat elmləri üzrə mükafatı isə 1968-ci ildə İsveç bankı olan “Sveriges Riksbank” hazırlayıb və bir il sonra mükafat mərasimində təqdim edib. Nobel mükafatı texnika üzrə olmasa da, onunla eyniləşdirilir və qaliblər Nobel mükafatı laureatları ilə birlikdə elan edilir.

Nobel sülh mükafatını Gustav Vige

land dizayn edib. Medalın hər iki tərəfi Lindberqin dizaynından fərqlənir. Üst hissədə Alfred Nobelin daha böyüdülmüş portreti yer alıb. Arxa hissəsində bir-birinin çiyinlərini tutan 3 kişinin təsviri verilib. Şəklin ətrafında “İnsanların sülhü və qardaşlığı üçün” kimi tərcümə olunan mətn yer tutub.

Hər il dekabrın 10-da İsveçdə təşkil olunan mərasimdə laureatlara mükafatı İsveç kralı təqdim edir. Sülh mükafatının təqdimatı mərasimi isə eyni gündə Norveçdə Norveç kralının iştirakı ilə baş tutur.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paris ətrafında minlərlə sakin irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyasına çıxıb  

13:03
06 Aprel

Peşəkar Çövkən Liqasında III tura yekun vurulub

12:40
06 Aprel

ABŞ və İran sülh təklifini nəzərdən keçirir

12:40
06 Aprel

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır 

12:34
06 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub YENİLƏNİB

12:27
06 Aprel

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

12:09
06 Aprel

NASA astronavtları Yer kürəsindən 406 min 773 kilometr uzağa uçacaqlar

12:08
06 Aprel

Yaxın Şərqdəki müharibə nəticəsində Avropada yaranan böhran getdikcə dərinləşir  

12:04
06 Aprel

Qazaxıstanda rekord: orta ömür uzunluğu 76 yaşa yaxınlaşır  

11:56
06 Aprel

Fövqəladə hallar naziri Keşlədə görülən təhlükəsizlik tədbirləri ilə yerində tanış olub  

11:54
06 Aprel

Bakıda intensiv yağışlar fəsadlar törədib: qurumlar gücləndirilmiş rejimdə işləyir  

11:48
06 Aprel

“Axios”: İranın enerji infrastrukturuna genişmiqyaslı zərbə planı hazırlanıb

11:33
06 Aprel

Son iki gündə 74 cinayətin açılması təmin edilib

11:32
06 Aprel

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

11:25
06 Aprel

Media: Aİ-yə üzv ölkələrə büdcə böhranı təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

11:21
06 Aprel

Türkiyənin üzən elektrostansiyası Kubada enerji böhranı ilə mübarizəyə kömək edəcək  

11:17
06 Aprel

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

11:08
06 Aprel

Prezident İlham Əliyev Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib  

10:59
06 Aprel

Odessanın yaşayış məntəqələrinə hücumlar insan tələfatı ilə nəticələnib 

10:57
06 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:54
06 Aprel

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib 

10:48
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!