22 Iyul 2024 15:17
116
CƏMİYYƏT
A- A+

Nərimanov rayonunda Qərbi Azərbaycan əsilli şəhid ailələrinin iştirakı ilə görüş keçirilib

 

Nərimanov rayonunda yaşayan Qərbi Azərbaycan əsilli şəhid ailələrinin iştirakı ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan övladların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin İcmanın Nərimanov təşkilatının təşəbbüsü ilə keçirildiyini deyən Qərbi Azərbaycan İcması sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrini, müharibə əlillərini və müharibə iştirakçılarını diqqətdə saxladığını, göstərilən diqqət və qayğı sayəsində bu təbəqədən olan şəxslərin, onların ailələrinin sosial vəziyyətinin yüksəldiyini bildirib. Mənfur ermənilərin Qərbi Azərbaycandan – öz yurd-yuvasından didərgin saldıqları insanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirakını, habelə göstərdikləri qəhrəmanlıqların dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən icma sədri Vətənimizin müdafiəsi uğrunda mübarizədə canlarını fəda etmiş övladları unutmayacaqlarını vurğulayıb.

Respublika Ağsaqqallar Şurasının üzvü Vahid Novruzov, Ağsaqqallar Şurası Nərimanov təşkilatının sədri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudrəliyevin həyat yoldaşı Nazilə Nudrəliyevə və digər natiqlər çıxışlarında ölkəmizdə şəhid və qazi ailələrinə göstərilən qayğı, diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının sədri Təmraz Tağıyev çıxışında Ali Baş Komandan İlham Əliyevin və müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində Qarabağımıza qayıtdığımız kimi, hər bir Qərbi azərbaycanlının doğma torpaqlara qayıdacağı günü səbirsizliklə gözlədiyini deyib. Vurğulayıb ki, icmada təmsil olunan şəhid və qazi ailələri onlara göstərdiyi qayğı və diqqətdən razılıqlarını bildirirlər.

Sonda iştirakçılara icmanın üzvlük vəsiqələri təqdim olunub.

Tədbirdə şəhid ailələri və Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının üzvləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video