24 Oktyabr 2025 18:07
1950
PARLAMENT
A- A+
“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib  

“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib  


Parlament “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin oktyabrın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihə 8 fəsil, 31 maddədən ibarətdir. Qanun layihəsi nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlərin tənzimlənməsi, bu sahədə olan boşluqların tamamilə aradan qaldırılması, daha yüksəkkeyfiyyətli xidmətin göstərilməsi məqsədilə hazırlanıb.

Layihəyə əsasən, nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir. Üçüncü şəxslərə münasibətdə ekspeditor bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz adından hərəkət edir. Ekspeditorun öz adından bağladığı müqavilələr üzrə hüquq və vəzifələr ekspeditora aiddir. Nəqliyyat-ekspedisiya müqaviləsi ilə nəzərdə tutulan hallarda, eləcə də müqavilədə ekspeditora belə hüquq verilmədikdə müştəri tərəfindən verilən etibarnamə əsasında ekspeditor üçüncü şəxslərlə münasibətlərdə müştərinin adından hərəkət edir. Bu zaman ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müştərinin adından bağladığı bütün müqavilələrin əslini 5 gün ərzində müştəriyə təqdim etməlidir. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün başqa ekspeditor cəlb etdikdə müştərinin razılığı ilə əlavə nəqliyyat-ekspedisiya müqaviləsi bağlamalıdır. Bu halda digər ekspeditoru cəlb edən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən müştərinin hüquq və vəzifələrini əldə edir.

Qanun layihəsinə əsasən, ekspeditor özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən yükü qəbul etdikdən sonra nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə çatdıranadək həmin yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə müştəri qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 859-cu maddəsinə uyğun olaraq məsuliyyət daşıyır, bu şərtlə ki, yükün itirilməsinin (məhv olmasının), əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) ondan asılı olmayan hallar nəticəsində, eləcə də qarşısıalınmaz qüvvə səbəbindən baş verdiyini sübut etməsin.

Ekspeditor müştəri qarşısında aşağıdakı hədlərdə məsuliyyət daşıyır:

- müştəri tərəfindən elan olunmuş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin elan edilmiş dəyəri nisbətində;

- elan olunmamış dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün itirilməsinə, məhv olmasına və əskik çıxmasına görə – yükün və ya əskik çıxan hissəsinin faktiki dəyəri nisbətində;

- müştəri tərəfindən elan edilmiş dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul olunmuş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün elan edilmiş dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda elan edilmiş dəyəri nisbətində;

- elan olunmamış dəyər əsasında ekspeditor tərəfindən daşınmaq üçün qəbul edilmiş yükün zədələnməsinə (xarab olmasına) görə – yükün faktiki dəyərinin azaldığı məbləğdə və ya zədələnmiş (xarab olmuş) yükü bərpa etmək mümkün olmadıqda faktiki dəyəri nisbətində.

- Yükün elan edilmiş dəyəri nəqliyyat-ekspedisiya müqaviləsində və ya ekspeditorun qeydində göstərilən qiymətə əsasən müəyyən edilir. Yükün faktiki dəyəri isə onun bazar qiymətinə, bu mümkün olmadıqda isə analoji malların mövcud bazar qiymətinə əsasən müəyyən edilir.

- Ekspeditor yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəticəsində müştəriyə dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin əvəzini ödəməklə yanaşı, müştəri tərəfindən nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən ödənilən muzdu müştəriyə geri qaytarır.

- Daşıyıcı tərəfindən yük daşımağa qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmadıqda və ya nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yükalana təhvil verilmədikdə əksi sübut edilənədək yük itirilmiş hesab olunur. Təyinat yerinə çatdırılan, lakin muzdun ödənilməməsi səbəbindən nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilməyən yük itirilmiş hesab olunmur, bu şərtlə ki, ekspeditor nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi barədə müştəriyə dərhal yazılı və ya elektron formada məlumat versin.

- Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmadıqda ekspeditor yükü qəbul etdikdən sonra müştəri (yükalan) qarşısında yükün qablaşdırılmasının mövcud olmamasına, habelə yükün çəkisinin və sayının təkrar yoxlanılması nəticəsində əksik çıxmasına, yükün zahirən görünən qüsurlarının olmasına görə məsuliyyət daşıyır. Müştəri daşınma üçün hazırladığı və qablaşdırdığı yükün zahirən görünməyən qüsurları üçün, habelə qiymətli əşyaların, tez xarab olan və ya təhlükəli yüklərin, həmçinin xüsusi mühafizə tələb edən yüklərin bəyan edilməməsinə görə ekspeditor (yükalan) qarşısında cavabdehdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!