10 Dekabr 2025 19:29
1449
PARLAMENT
A- A+
Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  


Dekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Musa Quliyev iclasda iki məsələnin müzakirəyə çıxarıldığını deyib və həmin sənədləri təqdim edib.

Əvvəlcə Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxaran Musa Quliyev bildirib ki, sənəddə 457 dəyişiklik təklif olunub və bu dəyişikliklər təkcə sayına görə deyil, həm də sanbalına görə böyük dəyişikliklərdir.

Komitə sədri bildirib ki, ölkəmizdə işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda elektron hökumət qurulması istiqamətində böyük iş gedir, texnologiyaların, xüsusilə süni intellektin tətbiqinin əmək münasibətlərinə təsiri daha da genişlənir. Bu səbəbdən təklif olunan layihədə də əmək qanunvericiliyinin müasir çağırışlara uyğunlaşdırılması, beynəlxalq əmək normalarını nəzərə almaqla təkmilləşdirilməsi, elektron sistemlərlə bağlı yeni qaydaların müəyyənləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə bir sıra dəyişikliklər təklif olunub. Komitə sədri təklif olunan dəyişikliklərdə əmək münasibətlərinin təkmilləşdirilməsi, çevik və sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqi, müasir iş şəraitinə uyğun yeni anlayışların qanunvericiliyə daxil edilməsi, Beynəlxalq Əmək Təşkilatının normaları əsasında milli qanunvericiliyin yenilənməsi ilə bağlı müddəalar haqqında fikirlərini bölüşüb.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihədə nəzərdə tutulan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib. O bildirib ki, layihə 18 qanunun 178 maddəsinə dair dəyişikliyi ehtiva edir. Dəyişikliklərin böyük qismi Əmək Məcəlləsinə aiddir. Digər qanunlara təklif olunan dəyişikliklər isə Əmək Məcəlləsindəki təklif olunan dəyişikliklərdən irəli gəlir.

Layihə ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxış edərək bildirib ki, dəyişikliklər əmək münasibətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması, beynəlxalq əmək standartlarının tələblərinin təmin edilməsi və praktikada üzə çıxan boşluqların aradan qaldırılması zərurətindən irəli gəlir. O qeyd edib ki, layihə aidiyyəti dövlət qurumları və sosial tərəfdaşlarla geniş müzakirə olunub, daxil olan təkliflər nəzərə alınmaqla təkmilləşdirilib.

Nazir müavini dəyişikliklərin əsas nəticələri barədə danışaraq qeyd edib ki, layihə Azərbaycanın ratifikasiya etdiyi BƏT konvensiyalarının tələblərinin milli qanunvericilikdə daha sistemli və aydın əks olunmasına şərait yaradacaq. Həmçinin sənəddə distant iş anlayışının hüquqi əsası daha aydın şəkildə müəyyənləşdirilib. Nazir müavini vurğulayıb ki, layihədə sosial həssas qrupların, xüsusilə ailə öhdəlikləri olan işçilərin əmək münasibətlərində müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir.

Layihənin müzakirəsində çıxış edənlər təklif olunan dəyişiklikləri mütərəqqi dəyişikliklər kimi dəyərləndiriblər, həm beynəlxalq standartlara uyğunlaşma, həm də sosial ədalətin təminatı baxımından vacib addım kimi qiymətləndiriblər.

Onlar əmək qanunvericiliyinə müasir əmək münasibətlərinə uyğun, sosialyönümlü və ədalətə əsaslanan yeni anlayışların, qaydaların gətirilməsini təqdir ediblər, əlilliyi olan şəxslərin, digər sosial həssas qruplardan olan işçilərin əmək hüquqlarının möhkəmlənməsi, əmək təhlükəsizliyinin təmini kimi məsələlər dair bəzi qeydlərini və suallarını səsləndiriblər.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Sonra iclasda dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutan Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda baxılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!