15 Dekabr 2025 16:31
274
CƏMİYYƏT
A- A+
Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  


Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın başçılıq etdiyi nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının dekabrın 8-12-də Nayrobidə keçirilən 7-ci sessiyasında (UNEA7) iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində nümayəndə heyəti ətraf mühitin qorunması və iqlim dəyişmələri ilə bağlı bir sıra plenar iclaslar, müzakirələr və tematik tədbirlərdə iştirak edib. Azərbaycan nümayəndə heyətinin başçısı UNEA7-nin yüksəksəviyyəli plenar iclasında ölkəmizin milli məruzəsini edərək qlobal iqlim fəaliyyətinə töhfələri, təşəbbüsləri, milli səviyyədə görülən işlər barədə məlumat verib, beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycan nümayəndə heyəti UNEA7 çərçivəsində bir sıra ölkələr və beynəlxalq təşkilatların təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib.

İclas və görüşlərdə UNEA7-də Azərbaycanın 2026-cı ilin 5 iyun tarixində ev sahibliyi edəcəyi BMT-nin Ətraf Mühit Gününə (WED2026) hazırlıq prosesləri, təşəbbüsləri barədə iştirakçı dövlətlərin heyətlərinə məlumat verilib.

Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinə sədrliyi ilə 193 üzv ölkə arasında müzakirəsi və hazırlanması təmin edilən ətraf mühitin qorunması və əlaqədar proseslərin idarəolunması üzrə 11 qətnamə və 3 qərar layihəsi və, eyni zamanda, Nazirlər Bəyannaməsi UNEA7-də qəbul olunub. UNEA7-nin açılış iclasında Daimi Nümayəndələr Komitəsinin sədri Azərbaycanın Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyevin məruzəsi dinlənilib.

UNEA7-də 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) mahiyyəti, Azərbaycanın təşəbbüsləri və fəaliyyətləri, o cümlədən Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçiriləcəyi barədə məlumat verilib. Ölkələr WUF13-də fəal təmsil olunmağa təşviq edilib.

Umayra Tağıyeva və Sultan Hacıyev Keniyanın KİV nümayəndələrinə qlobal şəhərsalma çempionu olaraq qəbul edilən Azərbaycanın COP29-a ev sahibliyinin ardınca gələn il WUF13-ə və WED2026-a ev sahibliyi etməsi ilə ölkəmizin dayanıqlı şəhərsalma və iqlim sahəsində lider fəaliyyəti, gələcək planları barədə müsahibə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həftəsonu Alp dağlarında qar uçqunlarında 6 nəfər ölüb  

22:19
11 Yanvar

Ukrayna Rusiyanın strateji neft və hərbi obyektlərinə hava zərbələri endirib

19:03
11 Yanvar

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır VİDEO  

18:17
11 Yanvar

Almaniya Kansleri Hindistana səfər edib  

18:02
11 Yanvar

Sabah bəzi meteohəssas insanlarda narahatlıq hissi yarana bilər  

17:58
11 Yanvar

Məsud Pezeşkian: İran hökuməti bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır  

17:48
11 Yanvar

Ekokönüllülər Zəngəzur Milli Parkına ekskursiya edib  

17:17
11 Yanvar

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub  

16:39
11 Yanvar

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb 

15:29
11 Yanvar

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

14:57
11 Yanvar

Almaniyada sol ekstremistlərə və radikal iqlim fəallarına qarşı tədbirlər sərtləşdiriləcək  

14:30
11 Yanvar

Volodimir Zelenski: Rusiyanın kritik infrastrukturlara zərbələrindən sonra Ukraynada vəziyyət ağır olaraq qalır  

14:02
11 Yanvar

“Qalatasaray” üzərində qələbəyə görə “Fənərbağça”nın futbolçularına 1,5 milyon avro mükafat verilib

13:53
11 Yanvar

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:23
11 Yanvar

IRENA-nın Baş direktoru: Ölkələrin bərpaolunan enerji strategiyalarını gücləndirməsinin vaxtı çatıb  

12:54
11 Yanvar

Stokholmda Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinə start verilib 

12:43
11 Yanvar

Zaqatalada 27, Qaxda 15 santimetrədək qar yağıb – FAKTİKİ HAVA

11:31
11 Yanvar

Azərbaycan Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 16-cı Assambleyasında təmsil olunur  

11:05
11 Yanvar

Xarici işlər nazirinin müavini Somali ilə bağlı fövqəladə iclasda iştirak edib  

10:48
11 Yanvar

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür  

10:11
11 Yanvar

ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı hücumla bağlı açıqlama yayıb- YENİLƏNİB  

09:09
11 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!