14 Yanvar 2026 12:07
130
İQTİSADİYYAT
A- A+
Neftin qiymətinin üzərinə qoyulan “geosiyasi bonus”  

Neftin qiymətinin üzərinə qoyulan “geosiyasi bonus”  


İranda baş verən hadisələrin daha da kəskinləşməsi fonunda qlobal enerji bazarında neftin qiymətində yüksəliş baş verdi. Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 65 dollara, WTI markalı neft isə 59,55 dollara qədər artıb. Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 3,21 dollar artaraq 71,75 dollar olub.

AZƏRTAC xəbər verir ki, ötən ilin noyabrın ayından bu günə kimi qiymətlərdə belə yüksəliş müşahidə edilməyib.

Bir sıra analitiklər hesab edirdilər ki, İrandakı hadisələr rejimin istefasına səbəb olacaq və bundan istifadə edən yeni hakimiyyət ölkəni iqtisadi böhrandan çıxarmaq üçün Qərbin iri neft şirkətlərini ölkəyə dəvət edəcək. Həmin şirkətlərdə neft sənayesinə sərmayə yatıraraq hasilatı artıracaq və İrandan neft ixrac etməyə başlayacaq ki, bu da dünya bazarına təklifin artmasına və qiymətlərin düşməsinə səbəb olacaq. Lakin ABŞ Prezidenti Donald Trampın yanvarın 13-də səsləndirdiyi bəyanatdan sonra qiymətlər gözləntilərin əksinə olaraq yüksəlməyə başladı.

D. Trampın qərarına əsasən İranla ticarət aparan bütün ölkələr ABŞ-la ticarətində 25 faiz gömrük rüsumu ödəməli olacaqlar. Qərarın icra mexanizmi açıqlanmasa da aydındır ki, rüsumlar İranla ticarəti dayandırmayan ölkələrə şamil ediləcək. ABŞ Prezidentinin qərarı İranın ən böyük ticarət tərəfdaşları olan Hindistan, Çin, Türkiyə kimi ölkələrə ağır təsir edəcək. Hər üç ölkə İran ilə yanaşı, həm də ABŞ-la irihəcmli ticarət dövriyyəsinə malikdir. Üstəlik, hazırda Çin mallarının ABŞ-a idxal rüsumu 60 faizdən yuxarı, Hindistan malları üzrə rüsum 50 faiz, Türkiyə malları üzrə rüsum isə 15 faiz təşkil edir. Əlavə 25 faizlik rüsum hər üç ölkə üçün ciddi iqtisadi problemə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, sanksiyalara baxmayaraq Çin və Hindistan İranın ixrac etdiyi neftin 95 faizini alır. İran isə sutkada 1,3 - 1,4 milyon barel neft hasil edir.

Çin və Hindistan Amerikanın rüsum vasitəsi ilə göstərdiyi təzyiq altında İrandan neft almağı dayandırsa bu hal qlobal bazara təsirini göstərəcək. Təklif azalacaq tələb artacaq və nəticədə qiymətlər yüksələcək. Hazırda bazarda neftin bir barelinin qiymətinin 65 dolları üstələməsi məhz bu psixoloji məqamla bağlıdır. Onu da qeyd etmək lazımdır ki, əsas artım cari ilin mart ayı üçün verilən sifarişlərdə (fyuçer nefti) artıb.

“Saxo Markets” İnvestisiya Bankının investisiyalar üzrə baş strateqi Çaru Çanana “Bloomberg”ə bildirib ki, ABŞ-ın siyasəti ilə əlaqədar yaranan qeyri-müəyyənlik və risklər qiymətlərin artmasını şərtləndirir. Treyderlər hərbi əməliyyatların nəticəsi olaraq bazarın dayanıqlı təminatının pozulacağından qorxaraq qiymətləri yuxarı səviyyədə saxlayırlar. Strateq bu qiymət artımını bir barel neftin qiymətinin üzərinə qoyulan “geosiyasi bonus” adlandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdərə şəhərinin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq  

14:28
14 Yanvar

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir  

14:17
14 Yanvar

“Bitcoin”in qiyməti iki ayın ən yüksək səviyyəsindədir  

14:16
14 Yanvar

Ötən il Azərbaycanın ixrac və idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb  

14:10
14 Yanvar

Fransada fermerlər “İlbiz əməliyyatı” həyata keçirib, yolu bağlayıblar  

14:09
14 Yanvar

Qlobal miqyasda elektromobillərin satışı rekord göstəriciyə çatıb  

14:08
14 Yanvar

Kiberpolis sosial şəbəkələrdə 150-dən artıq profilə müdaxilə edən hakeri saxlayıb VİDEO  

14:08
14 Yanvar

Azərbaycanda Günəş və külək enerjisi istehsalı 27 faizədək artıb  

14:07
14 Yanvar

Sabah yağıntılar tədricən kəsiləcək – PROQNOZ

14:02
14 Yanvar

İranlı ekspert: Azərbaycan və İran Hindistan-Rusiya yükdaşımalarından ildə 1,5 milyard dollar gəlir əldə edə bilər  

14:01
14 Yanvar

Çapar kəndində yeni həyat: Evlər və infrastruktur bərpa olunur  

13:52
14 Yanvar

Fransa Qrenlandiyada konsulluq açmağı planlaşdırır  

13:51
14 Yanvar

Ağdərənin Heyvalı kəndində mövcud olan 126 fərdi evdən 45-i bərpa edilib  

13:51
14 Yanvar

Naxçıvanın dağlıq ərazilərində qarın hündürlüyü yarım metrdən çoxdur  

13:50
14 Yanvar

Ötən il Azərbaycanda orta illik inflyasiya 5,6 faiz olub  

13:48
14 Yanvar

Azərbaycan ilə İraq arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub  

13:35
14 Yanvar

Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib  

12:36
14 Yanvar

“Köndələnçay” su anbarları vasitəsilə 6 min hektardan çox əkin sahəsinin suvarılması mümkündür 

12:23
14 Yanvar

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulu yanvarın 29-da başa çatacaq

12:19
14 Yanvar

Neftin qiymətinin üzərinə qoyulan “geosiyasi bonus”  

12:07
14 Yanvar

Pekin ABŞ-la ticarət dövriyyəsinin azalmasının miqyasını qiymətləndirib  

12:01
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!