21 Fevral 2026 08:25
246
SİYASƏT
A- A+
Nəcib əməllər sahibi

Nəcib əməllər sahibi


2016-cı ildə Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərlə təsis olunan Birinci vitse-prezidentlik institutu respublikamızın demokratik inkişafının göstəricisi və idarəçilikdə həyata keçirilən uğurlu islahatlardan biridir. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təyin olunması əlamətdar siyasi hadisə olmaqla ölkə ictimaiyyəti tərəfindən razılıq və rəğbətlə qarşılandı.

Çünki Azərbaycan ictimaiyyəti buna qədər Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin, dövlətə və xalqa xidmətinin nümunələrini görmüşdü. Mehriban Əliyeva daşıdığı bütün vəzifələrdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa layiqli dəstək vermişdi. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi vəzifələrı uğurla daşıyan Mehriban  Əliyevanı ölkə ictimaiyyəti hələ Birinci vitse-prezident təyin olunana qədər vətən üçün çalışan siyasi-ictimai xadim, nəcib əməllər sahibi, qayğıkeş insan, böyük xeyriyyəçi, mədəniyyətimizin hamisi və Azərbaycan həqiqətlərinin fədakar təbliğatçısı kimi tanımışdı. 

Bəli, Mehriban Əliyeva hər zaman respublikamızın yüksəlişinə xidmət etmiş, köməyə ehtiyacı olan insanların yanında olmuş, həvalə edilmiş bütün məsul vəzifələrdə Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük töhfələr vermişdir. "Avroviziya" Mahnı Müsabiqəsinin, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunması da məhz Mehriban Əliyevanın dövlətimiz qarşısındakı layiqli xidmətlərinin nəticələri kimi tariximizə həkk olunub.  Bu mənada 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi idi.

Prezident İlham Əliyev 2017-ci il fevralın 21-də keçirilən Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı demişdi: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının Sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır.

Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda Mehriban xanımın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb.

2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir".

Prezident İlham Əliyevin bu fikirləri həm də onu deməyə əsas verirdi ki, Mehriban Əliyeva ona həvalə olunan yeni missiyanı da uğurla həyata keçirəcək. Bu baxımdan ötən 9 ilin mənzərəsi göstərir ki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bütün vəzifələri qətiyyətlə, əzmlə reallaşdırır. 

Qeyd etmək lazımdır ki, ötən 9 ildə respublikamız olduqca möhtəşəm uğurlara nail olub. Bu dövrdə dövlətimiz Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunun nəticəsi olaraq həm də bütün sınaqlardan alnıaçıq, başıuca çıxıb. Və bu illər ərzində Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi hər bir sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edib, öz yeni missiyası ilə sosial sahədə ölkə ictimaiyyətinin böyük razılıqla qarşıladığı işlər görüb, dövlətimizin beynəlxalq əlaqələrinin inkişafına böyük töhfələr verib.  Birinci vitse-prezidentin keçmiş məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, Aprel döyüşlərində sağlamlığını itirmiş hərbçilərimizin yüksəkkeyfiyyətli protezlərlə təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, koronavirusla mübarizə işinə verdiyi töhfələr hər zaman böyük minnətdarlıqla xatırlanır.

Ötən 9 ilin ən böyük uğuru ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Torpaqlarını işğaldan azad edən, Qarabağdakı erməni separatizminə son qoyan Azərbaycan bu gün müasir dövlətçilik və müstəqillik tarixinin şərəfli dövrünü yaşayır. Azərbaycana zəfərlər bəxş edən Prezident İlham Əliyev özünün qətiyyətli və prinsipial siyasəti ilə həm də regionda sülhü təmin edir. 

Bu gün dövlətimizin qarşısındakı əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpasıdır.  Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti altında Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, "Böyük qayıdış" proqramı uğurla həyata keçirilir. Bu prosesdə də Müzəffər Ali Baş Komandanın ən yaxın silahdaşı Mehriban xanım Əliyevadır. Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq layihələri bir daha Mehriban Əliyevanın milli təəssübkeşliyindən, vətənpərvərliyindən, yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Şuşada, Ağdamda və işğaldan azad edilmiş şəhərlərimizdə mədəni, tarixi və mənəvi irsimizin bərpası istiqamətində həyata keçirilən layihələr həm də Mehriban Əliyevanın fəal vətəndaşlıq mövqeyini göstərir.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN ötən gün cinayət törətməkdə şübhəli bilinən 63 nəfəri saxlayıb  

10:49
21 Fevral

Volodimir Zelenski: Ukrayna ordusu cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib  

10:47
21 Fevral

Volodimir Zelenski: Müharibənin ləyaqətli şəkildə başa çatdırılması üçün imkanlar hələ ki, qalır  

10:46
21 Fevral

Tramp: Ali Məhkəmənin qərarı səhvdir, amma bizim çox güclü alternativlərimiz var  

10:45
21 Fevral

TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 15-ci iclası Azərbaycanda keçiriləcək  

10:43
21 Fevral

Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb  

10:42
21 Fevral

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb 

10:38
21 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni məğlub edib

10:09
21 Fevral

Ötən il Azərbaycanda 96 minə yaxın körpə doğulub

10:03
21 Fevral

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

09:35
21 Fevral

Bilmək istəyirəm

09:20
21 Fevral

Torpaq oyanır, bitkilər cana gəlir

09:15
21 Fevral

Ombudsman Aparatının əməkdaşları Şirvanda "İnformasiya əldə etmək hüququnun müdafiəsi"ndən danışıblar

09:10
21 Fevral

Özü olmasa da, arzuları övladlarının həyatında çin olur

09:05
21 Fevral

Şəhid ailəsinin evi təmir ediləcək

09:00
21 Fevral

Ana dilimiz milli varlığımızdır

08:55
21 Fevral

Siyasət dili, dil siyasəti

08:50
21 Fevral

İlham Əliyevin sülh formulunun ABŞ tərəfindən dəstəklənməsi tarixi-siyasi hadisədir

08:45
21 Fevral

Azərbaycan-ABŞ: siyasi və iqtisadi münasibətlər strateji səviyyəyə çatıb

08:40
21 Fevral

Bəşəri dəyərlərə həsr olunmuş nəcib missiya

08:35
21 Fevral

Dövlətə sədaqət, insanlara sevgi, milli dəyərlərə hörmət

08:30
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!