17 Sentyabr 2026 15:00
437
CƏMİYYƏT
A- A+
Fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib

Fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib


 Ağcabədidə təşkil olunan Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası çərçivəsində fermer və sahibkarların iştirakı ilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Paneldə kənd təsərrüfatının inkişafı üzrə dövlət siyasətinin əsas istiqamətləri, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn hədəflər, yeni subsidiya mexanizmləri, “Toxumçuluq haqqında” Qanunun əsas müddəaları, aqrar sığorta və fermerlərin maliyyə imkanlarına çıxışı ilə bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, Dövlət Proqramı kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, intensiv və texnoloji təsərrüfatçılığa keçidin sürətləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, emal və ixracyönümlü istehsalın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması istiqamətlərini əhatə edir.

Qeyd olunub ki, Aqrar Subsidiya Şurasının yeni qərarı ilə bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrində subsidiya mexanizmləri yenilənib, fermerlər üçün mövcud dəstək şərtlərində dəyişikliklər edilib. Yeni mexanizmlər müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ərzaq təminatının gücləndirilməsinə yönəlib.

Paneldə, həmçinin “Toxumçuluq haqqında” Qanunun əsas müddəaları, toxum istehsalçıları və digər toxumçuluq subyektləri üçün müəyyən edilən tələblər, toxumların sertifikatlaşdırılması, qablaşdırılması, etiketləşdirilməsi və satışına dair qaydalar barədə məlumat verilib. Qeyd olunub ki, yeni qanunvericilik toxumçuluq sahəsində şəffaflığın və keyfiyyətə nəzarətin gücləndirilməsinə, toxum istehsalçılarının qeydiyyatının və sertifikatlaşdırma proseslərinin elektronlaşdırılmasına, fermerlərin keyfiyyətli və sertifikatlı toxuma çıxışının yaxşılaşdırılmasına xidmət edir.

Müzakirələrdə müasir suvarma, lazer hamarlama, texnika və texnoloji avadanlıqlara güzəştlər, bağçılıq və yeni istehsal istiqamətlərinə dövlət dəstəyi kimi yeni imkanların fermerlər üçün əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirin sonunda fermer və sahibkarların ünvanladığı suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə ilə bağlı tövsiyələr verilib. 


Lazım QULİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın yeni mühüm mərhələsi

21:21
08 Oktyabr

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib  

21:07
08 Oktyabr

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir  

20:31
08 Oktyabr

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB    

20:31
08 Oktyabr

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb  

20:24
08 Oktyabr

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir  

19:53
08 Oktyabr

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

19:42
08 Oktyabr

Kəskin arıqlamağın və qidadan imtina etməyin təhlükəli fəsadları

19:37
08 Oktyabr

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb  

19:32
08 Oktyabr

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib  

19:23
08 Oktyabr

Çin ABŞ-nin F-35 qırıcı təyyarəsinin məxfi hissələrini ələ keçirib  

19:13
08 Oktyabr

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar  

19:07
08 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub

18:57
08 Oktyabr

Başqalarına kömək etmək beyni cavanlaşdırır   

18:49
08 Oktyabr

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb  

18:43
08 Oktyabr

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib  

18:38
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2

18:31
08 Oktyabr

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

18:11
08 Oktyabr

Beyin fəaliyyətini izləyən qulaqlıq  

18:07
08 Oktyabr

Dünyanın ən böyük pinqvin koloniyası yox olmaq üzrədir  

18:03
08 Oktyabr

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır

18:01
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!