10 Noyabr 2025 13:55
634
SİYASƏT
A- A+
Azərbaycan Ordusu: tarixin sınaqlarından Zəfərin zirvəsinə

Azərbaycan Ordusu: tarixin sınaqlarından Zəfərin zirvəsinə

Ordu vətənə sevgidən, dövlətə inamdan yaranır. Dövlətin bütövlüyü və millətin təhlükəsizliyi hər bir müstəqil ölkənin ən müqəddəs dəyəridir. Bu dəyərləri qoruyub yaşatmaq  güclü, peşəkar və müasir orduya sahib olmaqdan keçir. Azərbaycan Ordusunun formalaşması və inkişafı təkcə bir hərbi qüvvənin yaradılması deyil, həm də dövlətçilik iradəsinin, milli özünüdərkin və tarixi yaddaşın möhtəşəm ifadəsidir. Hər bir dövlətin ordusu həm də onun xalqının iradəsinin güzgüsü, gücünün,  qüdrətinin simvoludur.  

Bu gün ölkəmizin ordu quruculuğunda qət etdiyi yol strateji baxışın, ardıcıl siyasətin və dövlətimizn iqtisadi inkişafının inikasıdır. Dövlətimizin hərbi sahəyə verdiyi prioritet, milli ruhun orduda təcəssümü və modernləşmə xətti Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü hərbi qüvvəsinə çevirib. Ordu quruculuğunun hər mərhələsi həm peşəkarlığın artması, həm texnoloji modernləşmə, həm də döyüş ruhunun yüksəlişi ilə müşayiət olunaraq, müasir Azərbaycan dövlətinin qürurla təqdim etdiyi strateji nailiyyətlərdir.

Azərbaycanda ordu quruculuğunu şərti olaraq üç mərhələyə bölmək olar. Birinci mərhələ — müstəqilliyin ilk illəridir. Əslində, o illəri  tam mənası ilə ordu quruculuğu dövrü adlandırmaqla böyük qəbahət etmiş olarıq. Fikrimizi daha düzgün  ifadə etsək, o dövr  ordu quruculuğu adı ilə imitasiyaların, xaotik idarəetmənin hökm sürdüyü bir mərhələ idi. Müstəqilliyini yenicə elan etmiş Azərbaycanın hərbi təhlükəsizlik sistemini yaratmaq  əvəzinə, bu işlə məşğul olan “məsul şəxslər” hərbi strukturları siyasi iddiaların və şəxsi ambisiyaların meydanına çevirmişdilər. O illərdə orduda peşəkarlıqdan uzaq, hərbi sahəyə heç bir aidiyyəti olmayan şəxslər vəzifələrə gətirilir, siyasi ritorikadan başqa funksiyası olmayan “Müdafiə şurası” kimi qondarma qurumlar yaradılırdı. Beləliklə, dövlətin ən zəruri dayağı siyasiləşdirilir, döyüş hazırlığı və müdafiə planlaması arxa plana keçirilirdi. Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr də bu xaosdan məharətlə istifadə edib, gənc dövlətin yaranmaqda olan  müdafiə sisteminə istədikləri vaxtı işə sala biləcəkləri  “partlayıcı mexanizim” qoyurdular.

Dövlət idarəçiliyi təcrübəsi olmayan, populist şüarlarla hakimiyyəti ələ keçirən AXC-Müsavat qaragüruhu da nizami ordu qurmaq əvəzinə, başıpozuq silahlı dəstələr, yerli icra hakimiyyətinə tabe “birliklər” yaratmaqla siyasi intriqalara başçılıq edirdi. Elə bir vəziyyət yaranmışdı ki, demək olar, hər rayon rəhbərinin öz silahlı qruplaşması mövcud idi. Vətəni qorumaq üçün yaradılmalı olan ordu, faktiki olaraq, hakimiyyət uğrunda çəkişmələrin güc alətinə çevrilmişdi. 

Xalq arasında deyildiyi kimi, “su çanağı suda sınar”. Hakimiyyətə tankların üstündə  gələnlər, elə yarıtmaz siyasətlərinin nəticəsi olaraq hakimiyyətdən getdilər. 

Həmin ağır, taleyüklü məqamda xalqın təkidli istəyi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda ordu quruculuğunda tamamilə yeni bir dövrün başlanğıcı oldu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yalnız siyasi və iqtisadi fəlakətin astanasından qurtulmadı, həm də məhz dövlətçilik üçün həyati əhəmiyyət daşıyan nizami, peşəkar Milli Ordu quruculuğunda dönüş mərhələsi oldu. Heydər Əliyevin  rəhbərliyi altında Azərbaycan Ordusu tamamilə yenidən formalaşdırıldı, nizamsız silahlı dəstələr ləğv edildi, orduda vahid komandanlıq sistemi yaradıldı. Hərbi sahənin idarə olunması peşəkarların öhdəsinə verildi, şəxsi heyətin hazırlığı, nizam-intizam, təlim-tədris prosesi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Heydər Əliyev ordunun sadəcə bir güc strukturu deyil, həm də dövlətçiliyin əsas sütunu olduğunu xüsusi olaraq vurğulayırdı. Məhz bu prinsipial yanaşma nəticəsində bu gün qürur  duyduğumuz Azərbaycan Ordusunun əsası qoyuldu. Yeni hərbi məktəblər və təlim bazaları yaradıldı.

1994-cü ildə imzalanan atəşkəs razılaşması isə ordumuzun daha da gücləndirilməsi üçün əlverişli şərait formalaşdırdı. Bu illərdə Azərbaycan Ordusu nəinki gücləndirildi, həm də gələcək böyük qələbələrin təməli qoyuldu. Vətənə sədaqət, dövlətə bağlılıq, döyüş hazırlığı və peşəkarlıq — bu dövrdə ordunun əsas ideoloji dayağına çevrildi. Heydər Əliyevin həyata keçirdiyi strategiya sonrakı dövrdə özünü doğrultdu və Azərbaycan Ordusunun regionun ən güclü hərbi qüvvələrindən biri olmasının əsasını təşkil etdi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. Onu da qeyd edək ki, bu dövr artıq sadəcə ordu quruculuğu mərhələsi deyil. Bu dövr həm də ordunun modernləşməsi, hərbi sənayenin inkişafı, texnoloji yeniliklərin tətbiqi və nəticə olaraq- qalib ordunun formalaşması mərhələsi kimi səciyyələndirilir. Prezident İlham Əliyevin “Güclü ordu – güclü dövlət deməkdir” strateji xətti Silahlı Qüvvələrin bütün sahələrində sistemli, ardıcıl və məqsədyönlü islahatlara yol açdı. Müasir silahlar, yüksəkdəqiqlikli pilotsuz uçuş aparatları, raket sistemləri, zirehli texnika, artilleriya vasitələri ordunun imkanlarını tamamilə yeni səviyyəyə yüksəltdi. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, çoxsaylı hərbi zavodlar istifadəyə verildi və ölkə artıq müxtəlif növ texnikanı özündə istehsal edən dövlətə çevrildi. Silahlı Qüvvələrdə komanda idarəçiliyi, kadr məsələləri, döyüş təlimləri, xüsusi təyinatlıların hazırlığı inkişaf etdirildi.

Bu mərhələnin zirvəsi isə 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfər oldu. 44 günlük Vətən müharibəsi təkcə ordunun gücünü yox, həm də Heydər Əliyev məktəbinin, İlham Əliyev liderliyinin və illərlə aparılan sistemli siyasətin nəticələrini ortaya qoydu. Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, həm taktiki ustalığı, həm də əzm və ruh yüksəkliyi ilə müasir hərb tarixində misilsiz bir nümunə göstərdi. 2023-cü ilin antiterror tədbirləri nəticəsində isə ölkə ərazisində tam suverenlik bərpa edildi. Bu, artıq qalib ordunun qalib dövləti tamamladığı bir mərhələ idi.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü, ən hazırlıqlı və ən müasir ordularından biri kimi qəbul edilir. Bu nailiyyətlər  dövlətçilik tariximizin ən möhtəşəm strategiyasının -Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin mükəmməl şəkildə tamamladığı ordu quruculuğu yolunun məntiqi nəticəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində iştirak edən dövlət başçısı İlham Əliyev Silahlı Qüvvələrimizin bugünkü vəziyyətini belə qiymətləndirib: “Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik”.

Vətən Müharibəsində Qələbənin 5 illiyi münasibətilə paytaxtın Azadlıq Meydanında keçirilmiş Hərbi parad konkret olaraq ordumuzun gücünün və qüdrətinin nümayişi oldu. Bu parad yalnız bayram tədbiri deyildi —  dövlətimizin sarsılmaz iradəsini, ordumuzun hazırlıqlı və sistemli olduğunu, həmçinin regionda Azərbaycanın strateji rolunu simvolizə etdi.

Azərbaycan Ordusunun yüksələn inkişaf yoly tariximizin sınaq və zəfərlərlə əlamətdar səhifələridir.

 Ulu Öndər Heydər Əliyevin yaratdığı etibarlı təməl üzərində formalaşan, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və iradəsi ilə daha da güclənərək xalqımıza Zəfər yaşadan Azərbaycan Ordusunun inkişaf yolu hamımızın müşahidə etdiyi  tarixi gerçəkiliklərdir. Qələbənin 5 illiyinə həsr olunmuş parad  bu inkişafın, bu gücün möhtəşəm nümayişi oldu. Ordumuz dövlətimizin etibarlı sütunu, xalqımızın qürurudur.  Ordumuzun gücü qüdrətli Azərbaycan deməkdir.

Elşən QƏNİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!