11 Iyun 2024 12:30
701
Elm və texnika
A- A+

Nazir müavini: Son 20 ildə bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb  

 

Uşaqların təhsili üçün ölkəmizdə müvafiq şərait yaradılıb. Ölkəmizdə 1 milyon 500 min məktəbli var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Elm və təhsil nazirinin müavini Firudin Qurbanov BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsi ilə bağlı iyunun 11-də keçirilən tədbirdə səsləndirib.

Nazir müavini deyib ki, son 20 ildə 4 minə yaxın məktəb əsaslı təmir edilib və yeniləri inşa olunub. Bunun da nəticəsində 1 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb.

“İnsanlarımız Qarabağa qayıtdıqları kimi, təhsilimiz də Qarabağa qayıdır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir standartlar əsasında məktəblər inşa edilib və uşaqlarımız həmin məktəblərdə təhsillərini davam etdirirlər”, - deyə F.Qurbanov vurğulayıb.

2016-cı ildən nazirlik tərəfindən “Məktəblinin dostu” layihəsinin həyata keçirildiyini xatırladan F.Qurbanov bu layihənin 30-dan çox məktəbdə artıq tətbiq edildiyini deyib. Qeyd edib ki, layihə digər məktəblərdə də həyata keçiriləcək. O, layihənin məktəb və valideynlər arasında əlaqələrin dərinləşdirilməsinə imkan verdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video