12 Avqust 2026 19:00
1340
SİYASƏT
A- A+
Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  


Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi müsahibədə əsas mesajlardan biri muxtar respublikanın gələcək nəqliyyat imkanları ilə bağlı idi. Prezidentin açıqlamalarından aydın görünür ki, məqsəd yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantısını bərpa etmək deyil. Daha böyük strateji hədəf Naxçıvanı regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevirməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, 2020-ci il Vətən müharibəsində qazanılmış Zəfər regionda yeni geosiyasi reallıq yaratmaqla yanaşı, Naxçıvanın uzun illər məhdudlaşdırılmış tranzit potensialının reallaşdırılması üçün də tarixi imkan açdı. Zəngəzur bağlantısının yaradılması bu baxımdan Azərbaycanın yalnız milli deyil, daha geniş regional maraqlara xidmət edən təşəbbüsüdür.

Azərbaycan bu istiqamətdə siyasi bəyanatlarla kifayətlənməyib. Müharibədən dərhal sonra Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisinə başlanması, Naxçıvanda dəmir yolu infrastrukturunun yenidən qurulması ölkəmizin öz üzərinə düşən işi ardıcıl şəkildə həyata keçirdiyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb”.

"Naxçıvan dəmir yolunun gələcək yükdaşıma imkanları isə məsələnin miqyasını daha aydın göstərir. Yeni infrastrukturun ən azı 15 milyon ton yükün daşınmasına hesablanması Naxçıvanın, sadəcə, daxili nəqliyyat bağlantısı deyil, beynəlxalq tranzit xəttinin mühüm hissəsinə çevriləcəyindən xəbər verir. Dövlətimizin başçısının sözləri ilə desək, “15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır”.

Burada əsas üstünlük Naxçıvanın coğrafi mövqeyidir. Zəngəzur bağlantısı Şərq-Qərb nəqliyyat dəhlizinin yeni və mühüm qoluna çevrilə, eyni zamanda, Şimal-Cənub marşrutu ilə əlaqələnə bilər. Türkiyənin Qars-Naxçıvan dəmir yolunun tikintisinə başlaması isə bu sistemin beynəlxalq miqyasını daha da genişləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaq”.

Belə bir nəqliyyat şəbəkəsinin iqtisadi təsiri yalnız tranzit gəlirləri ilə məhdudlaşmayacaq. Yük axınlarının artması logistika mərkəzlərinin, anbar komplekslərinin, xidmət və istehsal müəssisələrinin yaradılmasını, sahibkarlığın genişlənməsini və yeni iş yerlərinin açılmasını stimullaşdıracaq. Azərbaycanın yanaşması da məhz tranzit ölkəsi olmaqdan daha genişdir. Prezident daha əvvəl Orta Dəhliz barədə danışarkən vurğulamışdı ki, Azərbaycanın mövqeyi “sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil”. Məqsəd nəqliyyat imkanlarını real iqtisadi fəaliyyətə və özəl sektor üçün yeni fürsətlərə çevirməkdir.

Bu perspektiv Naxçıvanın enerji potensialı ilə birləşdikdə daha böyük əhəmiyyət qazanır. Yeni generasiya gücləri, Günəş və su elektrik stansiyaları, gələcək enerji ixracı imkanları nəqliyyat, energetika və istehsalın vahid inkişaf modelinin tərkib hissələrinə çevrildiyini göstərir", - deyə A.Kərimli vurğulayıb.

Deputat əlavə edib ki, Naxçıvana açılan yeni yollar, sadəcə, coğrafi təcridin aradan qaldırılması demək deyil. Söhbət muxtar respublikanın iqtisadi və geostrateji funksiyasının dəyişməsindən gedir. Vaxtilə Naxçıvanın imkanlarını məhdudlaşdıran coğrafiya indi onun ən böyük üstünlüklərindən birinə çevrilir.

Prezident İlham Əliyevin ifadə etdiyi yanaşmanın mahiyyəti də bundan ibarətdir, Azərbaycan öz maraqlarını təmin etməklə yanaşı, dünya üçün yeni nəqliyyat yollarını təqdim edir. Naxçıvan isə bu yeni nəqliyyat arxitekturasında Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm iqtisadi və tranzit qovşaqlarından biri olmaq üçün yeni inkişaf mərhələsinə qədəm qoyur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

18:34
22 Sentyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:32
22 Sentyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub

18:28
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

18:18
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!