22 Dekabr 2021 00:45
807
CƏMİYYƏT
A- A+
Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və həkim-uçuş komissiyası yaradılıb

Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və həkim-uçuş komissiyası yaradılıb

 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də nailiyyətlərin qazanılmasında, hər bir vətəndaşımızın, hərbi qulluqçularımızın və onların ailə üzvlərinin sağlamlıqlarının qorunmasında mühüm rol oynayır. Bu gün Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Muxtar respublikada daimi fəaliyyət göstərən ştatlı Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və həkim-uçuş komissiyasının yaradılması da həyata keçirilən genişmiqyaslı islahatların bəhrəsidir.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında keçirilən yeni yaradılmış komissiyanın təqdimat mərasimində muxtar respublikada yerləşən qoşun və orqanların, nazirliklərin və digər aidiyyəti qurumların rəhbər heyəti, Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Hərbi həkim ixtisasının tələbələri iştirak ediblər.

Təqdimat mərasimində Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev komissiyanın yaradılmasının əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksi ilə yanaşı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının da açılışını edib və burada yaradılan şəraitlə tanış olub. Yeni

5 mərtəbəli binada hərtərəfli şərait mövcuddur və bu da Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının və həkim-uçuş komissiyasının fəaliyyətinə geniş imkanlar açır. Sülh və müharibə dövrlərində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən ordu, birlik, birləşmə və hissələrində, hərbi təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında tibbi şəhadətləndirilməni və hərbi-həkim ekspertizasını keçirmək Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasına həvalə olunub.

General-polkovnik Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikasının ərazisində hərbi xidmətə (orqanlara) könüllü daxil olan Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq kateqoriyasının, hərbi qulluqçuların və vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla) səbəb əlaqəsinin operativ şəkildə təyin edilməsi, eləcə də hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə aid digər məsələlərin mərkəzləşdirilmiş qaydada Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasında və həkim-uçuş komissiyasında öz həllini tapacağını qeyd edib.

Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının rəisi, tibb xidməti polkovniki Tarqulu Tarquluyev komissiyanın tərkibi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Komissiyanın rəisi bildirib ki, hərbi xidmətə könüllü daxil olan, orqanlara xidmətə daxil olan vətəndaşların, hərbi qulluqçuların, orqanlarda xidmət keçən və xidmət keçmiş vətəndaşların, ixtisas təhsilli hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyə daxil olan və liseydə təhsil alan, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə daxil olan, hərbi toplanış keçən və keçmiş vətəndaşların, hərbi xidmət keçmiş, Azərbaycan Ordusunda və orqanlarda ehtiyatda olan vətəndaşların, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa, hərbi qulluqçuların ailə üzvlərinin, orqanlarda xidmət keçən şəxslərin ailə üzvlərinin, qoşunların və orqanların uçuş heyətinin, ehtiyatda olan uçuş heyətinin qanunvericiliyə uyğun olaraq tibbi şəhadətləndirilməsi yeni yaradılan komissiyada aparılacaq. Xəsarətlərin və xəstəliklərin, ölümlə nəticələnmiş xəsarətlərin və xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi, vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi, hərbi qulluqçuların və orqanlarda xidmət keçən vətəndaşların nəqliyyat vasitələrini idarə etməyə yararlılığının təyin edilməsi komissiyaya həvalə olunub.

Tədbirin sonunda Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev muxtar respublikada yerləşən qoşun və orqanların heyətləri adından göstərilən qayğıya və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlıq edib və yeni yaradılan komissiyanın fəaliyyətinə uğurlar arzulayıb.

Təqdimat mərasimindən sonra tədbir iştirakçıları Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında yaradılan şəraitlə və Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və həkim-uçuş komissiyasının fəaliyyət göstərəcəyi xidməti otaqlarla tanış olublar, komissiyaya və Naxçıvan Dövlət Universitetinin Hərbi həkim ixtisasının tələbələrinə ayrılmış nəqliyyat vasitələrinə baxıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!