18 Avqust 2026 09:31
469
İQTİSADİYYAT
A- A+
Naxçıvan həqiqətən "nəqşi cahan"a çevriləcək

Naxçıvan həqiqətən "nəqşi cahan"a çevriləcək


Muxtar respublika paytaxtının Baş planında qədim Şərq üslubu ilə müasir şəhərsalma prinsipləri birləşir


Əsrlərin sınağından mərdliklə çıxaraq Şərqin qapısında məğrur dayanan bu şəhərimizin indiki növrağı bambaşqadır. Əsrlər dedik, amma onun yaşı minilliklərlə ölçülür. Buna baxmayaraq, özünün qədim tarixə malik zəngin maddi-mədəni irsini etibarla qoruyub saxlayır. Eyni zamanda müasir memarlıq və abadlıq layihələri ilə sürətlə yeniləşir Naxçıvan şəhəri.

Bir yandan, yüzilliklərin yadigarı olan, qədim Naxçıvanın ruhunu yaşadan unikal memarlıq abidələri - Möminə xatun və Yusif ibn Küseyir türbələri, Naxçıvanqala və Xan sarayı, Nuh Peyğəmbər türbəsi ilə tarix vərəqlənir. Digər tərəfdən, təhsil, səhiyyə, mədəniyyət  müəssisələrinin yaraşıqlı binaları şəhərə təkrarolunmaz gözəllik verir. Və bütün bunlar  yamyaşıl yeni parklar, geniş və abad  prospektlərlə əhatələnir. Bir sözlə, Naxçıvanda  qədimliklə müasirlik qol-boyun olublar. 

Qədim Şərq üslubu ilə müasir şəhərsalma prinsiplərini birləşdirən bu şəhər təkcə muxtar respublikanın deyil, bütövlükdə ölkəmizin mədəni, turizm və iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Uzun illər blokada şəraitində yaşamış Naxçıvan diyarının baş şəhərinə baxdıqca bu gün sakinlərin də, qonaqların da ürəyi açılır.

Bildirildiyi kimi, Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində şəhərin 2044-cü ilədək inkişafını müəyyənləşdirən Baş planı ilə tanış olub. Bu, Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan şəhərinin ilk dəfə hazırlanan yeni Baş planıdır. Əslində bu sənədi şəhərin yeni inkişaf mərhələsinə keçidinin strateji xəritəsi kimi  də qiymətləndirmək olar.

Baş plan "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət "Chapman Taylor" tərəfindən hazırlanıb. "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı"na əsasən, növbəti illər üçün şəhər mərkəzinin yenilənməsi, yaşıllıq və rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı nəqliyyat sisteminin qurulması, yaşayış və sosial infrastrukturun gücləndirilməsi,  turizm potensialından daha səmərəli istifadə olunması əsas prioritetlər kimi müəyyənləşdirilib.

Şəhərin mərkəzi hissəsinin yenidən formalaşdırılması əsas inkişaf istiqamətlərindən biridir. Bu məqsədlə 74 hektar ərazini əhatə edən mərkəzi rayonun müfəssəl planı, həmçinin bu rayon daxilində mövcud planlaşdırma strukturu qorunmaqla 12,5 hektarlıq ərazidən ibarət hissə üçün yeni memarlıq konsepsiyası hazırlanıb. Layihədə şəhər mərkəzinin daha canlı, yığcam və əlçatan məkana çevrilməsi nəzərdə tutulur.

Konsepsiya tarixi əhəmiyyət kəsb etməyən köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənərək müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binalarla əvəzlənməsini nəzərdə tutur. Eləcə də ərazidə yeni inzibati kompleksin yaradılması, mərkəzi meydanın yeni landşaft və kiçik memarlıq elementləri əlavə edilməklə insanyönümlü ictimai məkana çevrilməsi təklif olunur. Bütün bu yanaşmalar birlikdə  yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir-birini tamamladığı müasir şəhər mərkəzi formalaşdırmağa imkan verəcək.

Baş planda ekoloji məsələlər də unudulmayıb. Belə ki, ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən Baş planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək. Naxçıvançay boyunca ərazi şəhər həyatına inteqrasiya olunacaq, burada yeni parklar, istirahət zonaları və ictimai məkanlar yaradılacaq. Bu da adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılmasına  səbəb olacaq.

Şəhər mobilliyinə yanaşma da yeni prinsiplər üzərində qurulub. Dayanıqlı, ekoloji təmiz nəqliyyat həllərinin tətbiqini dəstəkləyən konsepsiyaya görə, küçə-yol şəbəkəsinin ümumi uzunluğu 188,4 kilometr, velosiped infrastrukturunun uzunluğu isə 122 kilometr təşkil edəcək. Bu, ümumi küçə-yol şəbəkəsinin 65 faizdən çoxunun velosiped hərəkəti üçün uyğunlaşdırılması deməkdir.

Təbii ki, şəhərin gələcək inkişafı onun sakinlərinn sayının artacağı nəzərə alınmaqla planlaşdırılıb. Sözügedən sənədə əsasən, göstərilən müddət ərzində məskunlaşma ərazisi 1831 hektardan 2630 hektara qədər artırılacaq.  Proqnozlaşdırılır ki, bununla şəhərin mövcud ərazisi təxminən 44 faiz genişlənəcək, əhalinin  sayı isə 97 min 200 nəfərdən 130 min nəfərə çatacaq.

Şəhərdə əhalinin sıxlığı nəzərə alınaraq yaşayış fondu da genişləndiriləcək. Yeni yaşayış məhəllələri sosial, nəqliyyat və mühəndis infrastrukturu ilə kompleks şəkildə formalaşdırılacaq. Yaşayış fondunun 3,9 milyon kvadratmetrə çatdırılması hesablanıb ki, bu da  orta hesabla adambaşına 30 kvadratmetr yaşayış sahəsinin təmin olunmasına imkan verəcək. 

Bununla yanaşı olaraq şəhərdə sosial infrastruktur da zənginləşdiriləcək. Ümumtəhsil müəssisələrinin tutumu 23 min 400, məktəbəqədər təhsil müəssisələrinin tutumu 7 min 800, xəstəxanaların çarpayı fondu isə 650 yerə çatdırılacaq. 

Baş planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq.

Bütün bunlar o deməkdir ki, Orta dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri növbəti 18 ildə daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.

Və daha bir  vacib məqam: xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluq səviyyəsinin də 40 faizə yaxın artacağı, 78 min nəfərə çatacağı gözlənilir.

Deyilənlərə onu da əlavə edək ki, Prezident İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 12 avqust 2026-cı il tarixli sərəncamında da Naxçıvan şəhərinin Baş planında əksini tapmış  bir çox tədbirin adı çəkilib. Həmin layihələr üçün vəsait də  nəzərdə tutulub. Bu fakt da bir daha göstərir ki, Naxçıvan şəhərinin inkişafı dövlətin diqqətində olan məsələlərdən biridir.


Flora  SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!