20 İyul 2022 22:44
5608
Təhsil
A- A+
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (bundan sonra – Filial) 2022/2023-cü tədris ili üçün aşağıdakı istiqamətlər üzrə tələbə qəbulu elan edir (bakalavr pilləsi, təhsil rus dilində, əyani şöbə):

İstiqamətlər və təhsil proqramları

Qəbul planı

Dövlət sifarişli yerlərin sayı

Ödənişli yerlərin sayı

Filologiya fakültəsi

45.03.01 Filologiya

33

30

3

Təhsil proqramı “Rus dili və ədəbiyyatı”

11

10

1

Təhsil proqramı “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatları” (ispan və fransız dilləri)

22

20

2

Tətbiqi riyaziyyat fakültəsi

02.03.01 Riyaziyyat və kompüter elmləri

26

25

1

Kimya fakültəsi

04.03.01 Kimya

27

25

2

Psixologiya fakültəsi

37.03.01 Psixologiya

30

25

5

İqtisadiyyat fakültəsi

38.03.01 İqtisadiyyat

14

13

1

38.03.02 Menecment

13

12

1

Fizika fakültəsi

03.03.02 Fizika

26

25

1

Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız dövlət sifarişi ilə ayrılmış yerlərə iddia edirlər və qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr pilləsinə daxil olmaq istəyən şəxslər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanlarında birinci və ya ikinci cəhddən hər hansı bir ixtisas qrupu üzrə 150 və ya daha çox (400 mümkün baldan) bal toplamalıdırlar.

Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, həmçinin vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi qəbul sınaqlarına DİM-in keçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar.

Əvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçün illik təhsil haqqı 1750 manat, Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış əcnəbilər üçün, həmçinin vətəndaşlığı olmayan və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isə illik təhsil haqqı 1100 ş.v. (şərti vahid) təşkil edir.

DİM tərəfindən keçirilən imtahanlarda toplanan ballar qəbul sınaqlarında toplanan ballara əlavə edilmir, onlar yalnız Filialın keçirdiyi qəbul sınaqlarında iştirak hüququ verir və yekun nəticəyə təsir göstərmir.

Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarında topladıqları ballar əsasında və qəbul planına uyğun olaraq ümumi müsabiqədə iştirak edirlər.

Qəbulda iştirak edən bütün şəxslər Moskva Dövlət Universitetinin Bakı filialının bir fakültəsinə sənəd verə bilərlər. Fakültə seçimi DİM tərəfindən keçirilən imtahanlarda balların hansı ixtisas qrupunda toplanmasından asılı deyil.

Filologiya və ya iqtisadiyyat fakültələrinin bakalavr pilləsinə daxil olmaq istəyən şəxs bir fakültə çərçivəsində iki təhsil proqramı və ya iki istiqamət üzrə müsabiqədə iştirak edə bilər.

Bir fakültə çərçivəsində iki təhsil proqramı və ya iki istiqamət üzrə müsabiqədə iştirak edən şəxs sənədlərini təqdim edərkən proqram və ya istiqamətlərin siyahısını prioritet qaydada göstərməlidir (əvvəl üstünlük verilən istiqamət göstərilməlidir), əks halda, sənədlər qəbul komissiyası tərəfindən qəbul edilməyəcək.

Proqram və ya istiqamətlərin ardıcıllığının prioritet qaydasını dəyişmək, həmçinin ərizəyə hər hansı bir dəyişiklik etmək birinci kursa sənəd qəbulunun axırıncı günündən gec olmayaraq mümkündür.

Daha çox üstünlük verdiyi təhsil proqramı və ya istiqamətində müsabiqədən keçmiş şəxs digər təhsil proqramlarının və ya istiqamətlərinin müsabiqəsindən kənarlaşdırılır. Daha çox üstünlük verdiyi təhsil proqramı və ya istiqamətində müsabiqədən keçmədiyi zaman prioritetə əsasən, digər təhsil proqramı və ya istiqaməti üzrə ümumi müsabiqədə iştirak edir.

Bakalavr pilləsinə ərizə qəbulu elektron qaydada 2022-ci il iyulun 1-dən avqustun 7-dək keçiriləcək. Ərizəni Filialın http://msu.az saytında və yaxud DİM-in http://dim.gov.az/ saytında vermək olar.

Dövlət Miqrasiya Xidməti tərəfindən verilən daimi (seriya DYİ) və ya müvəqqəti yaşayış (seriya MYİ) haqqında sənədi olan xarici vətəndaşlar qeydiyyat zamanı bu sənədin seriya və nömrəsini göstərməlidirlər. Yuxarıda göstərilən sənədləri olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində xarici pasportun məlumatlarını göstərməli və Azərbaycan Respublikası vətəndaşlığı və Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin olmaması haqqında əl ilə yazılmış ərizəni yükləməlidirlər (msu.az saytında nümunə verilmişdir) və [email protected] ünvanına orta təhsil haqqında attestat və ya təhsili uğurla bitirmək haqqında məktəbdən arayış göndərməlidirlər (2022-ci ilin məzunlarının attestatı olmadıqda).

İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında keçiriləcək. İmtahana gələndə şəxsiyyəti təsdiq edən sənəd və elektron qeydiyyat sistemindən çap edilmiş, şəxsi imzası olan buraxılış vərəqəsi təqdim edilməlidir.

Qəbulla bağlı bütün məlumatlar, o cümlədən sənəd qəbulunun müddəti, qəbul sınaqlarının tarixləri, həmçinin siyahılar MDU-nun Bakı Filialının https://msu.az/ saytında və məlumat stendlərində yerləşdirilir.

İlkin plana uyğun olaraq, qəbul imtahanları avqustun 10-dan 16-dək aşağıdakı fənlər üzrə keçiriləcək:

Fakültə, istiqamət, təhsil proqramı

Qəbul sınaqları

Tarix

45.03.01

Filologiya fakültəsi

İstiqamət “Filologiya”

Təhsil proqramı “Rus dili və ədəbiyyatı”

Rus ədəbiyyatı

(yazılı, inşa)

13 avqust

Rus dili

(yazılı, ifadə)

16 avqust

Təhsil proqramı “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatları” (ispan və fransız dilləri)

Xarici dil

(yazılı)

10 avqust

Rus ədəbiyyatı

(yazılı, inşa)

13 avqust

Rus dili

(yazılı, ifadə)

16 avqust

02.03.01

Tətbiqi riyaziyyat fakültəsi

İstiqamət “Riyaziyyat və kompüter elmləri”

Riyaziyyat

(yazılı)

13 avqust

Rus dili

(yazılı, ifadə)

16 avqust

04.04.01

Kimya fakültəsi

İstiqamət “Kimya”

Kimya

(yazılı)

10 avqust

Riyaziyyat

(yazılı)

13 avqust

Rus dili

(yazılı, ifadə)

16 avqust

37.03.01

Psixologiya fakültəsi

 

İstiqamət “Psixologiya”

 

Biologiya

(yazılı)

13 avqust

Rus dili

(yazılı, ifadə)

16 avqust

38.03.01

İqtisadiyyat fakültəsi

İstiqamət “İqtisadiyyat”

Riyaziyyat

(yazılı)

13 avqust

Rus dili

(yazılı, ifadə)

16 avqust

38.03.02

İstiqamət “Menecment”

Riyaziyyat

(yazılı)

13 avqust

Rus dili

(yazılı, ifadə)

16 avqust

03.03.02

Fizika fakültəsi

İstiqamət “Fizika”

Fizika

(yazılı)

10 avqust

Riyaziyyat

(yazılı)

13 avqust

Rus dili

(yazılı, ifadə)

16 avqust

Bakalavr pilləsinə qəbul olunmuş abituriyentlər Moskva Dövlət Universitetinin rektorunun adına yazılmış ərizə ilə yanaşı, aşağıdakı sənədləri Filiala təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;
  • Ümumi orta təhsil, orta peşə təhsili və ya ali təhsil haqqında sənədin əsli və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;
  • 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda);
  • Sağlamlıq haqqında arayış (forma 086) ;
  • Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (hərbi mükəlləfiyyətli şəxslər üçün).

Aşağıdakı məlumata diqqət yetirilməsi xahiş olunur:

  1. Filialın qəbul imtahanlarından keçə bilməyən abituriyentlər DİM tərəfindən digər ali məktəblərə keçirilən müsabiqədə iştirak edə bilərlər;
  2. Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər;
  3. Filialda təhsil prosesi M.V. Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir;
  4. Dərslər, əsasən, M.V. Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır;
  5. Filialın məzunlarına MDU-nun diplomu verilir.

E-mail: [email protected]

Əlaqə nömrəsi: +99412 409-33-71.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!